Məhkəmə qərarları › İş №2(001)-5702/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5702/2020

05.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5702/2020 05.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi qardaşı xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi qardaşı xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, qardaşı xx.xx.1962-ci il təvəllüdlü X7 xx.xx.2006-cı il tarixdə ev şəraitində insult nəticəsində vəfat etmişdir. Təcili və təxirəsalınmaz tibbi yardım çağırsalar da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir. O, ölüm haqqında şəhadətnamənin alınması məqsədi ilə 1 saylı Bakı Asan xidmət mərkəzindəki qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ona xx.xx.2020-ci il tarixli imtina məktubu verilərək ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbi ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mərhum qardaşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən Binəqədi kənd qəbirstanlığında dəfn edilmiş və bu barədə Binəqədi qəsəbə bələdiyyəsinin arayışı mövcuddur. Ölüm faktının qeyd edilməsi ona qardaşının qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılması üçün tələb olunur. Ona görə də xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2006cı il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bakı şəhəri Binəqədi rayonu RPİ tərəfindən xx.xx.2005-ci ildə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1 saylı Bakı Asan xidmət mərkəzinin xx.xx.2020-ci il tarixli ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü X7 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mərkəzi küçəsi 215 saylı evin 3 saylı mənzilində qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 368 saylı arayışından müəyyən olunur ki, X7 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən Binəqədi kənd qəbristanlığında xx.xx.2006-cı il tarixində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, onun valideynləri Ərizəçi 2005-ci ildə ev almış, bundan sonra onlar bir həyətdə yaşayırlar. Ona görə də R.M. Xairovun qardaşı olan X52006-cı ildə yaşadığı evdə ölməsini bilir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, qonşusu olmuş Ərizəçi qardaşı X7xx.xx.2006-cı il tarixdə yaşadığı evdə ölmüş və Binəqədi kənd qəbristanlığında dəfn olunmuşdur. Bütün qonşular kimi o da yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, qonşusu olmuş Ərizəçi qardaşı X7xx.xx.2006-cı il tarixdə yaşadığı evdə ölmüş və Binəqədi kənd qəbristanlığında dəfn olunmuşdur. Bütün qonşular kimi o da yas mərasimində iştirak etmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/q-440/15 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alınması, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizəsinin təmin edilə bilməməsi, ölüm faktının müəyyən edilməsi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi öz təsdiqini tapdığından məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar