Məhkəmə qərarları › İş №2(001)-5755/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5755/2024

12.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5755/2024 12.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs X9 iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2023-03305 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişinin ödəniləcək alimentin miqdarı və ödənilmə qaydası haqqında olan hissəsinin təsdiq edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat məbləğində alimentin hər ayın 1-dən 10-a kimi cavabdeh Maraqlı şəxs tutulub Ərizəçi ödənilməsi olmasına dair hissədə təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə nikahları xx.xx.2004-ci il tarixdə Füzuli rayonu Arayatile kənd arazi icra nümayəndəliyində 20 nömrəsi ilə rəsmi olaraq qeydiyyata alınmışdır.Birgə nigahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Nikahları xx.xx.2023-cü il tarixli Binəqədi rayon məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Övladları hal-hazırda onun yanındadır. X1 arasında xx.xx.2023-cü il tarixli MŞB/2/2023-03305 saylı Mediasiya sazişi bağlanmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli MŞB/8/2023-03305 saylı Mediasiya sazişin 3cü bəndinə əsasən X15 xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa 70 manat olmaqla cami 140 (yüz qirx manat) sabit pul məbləğində alimentin hər ayın 1-indən 10-u tarixinədək ödənilməli idi. X7İu öhdəliyini könüllü şəkildə Mediasiya sazişində yazıldığı kimi icra etməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, cavabdeh barışıq sazişində təyin olunan alimenti ödəməmişdir. Ancaq imkanı daxilində uşaqlara pul və ərzaq köməkliyini etmişdir. Hazırda barışıq sazişində təyin olunan alimentin məcburi icraya yönəldilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs bildirmişdir ki, xəstədir və özü Qarabağ əlilidir. Rayonda qalır. Əvvəl barışıq sazişində təyin olunan alimentə razılıq versə də, sonradan ödəməyə imkanı olmamışdır. Hazırda heç yerdə işləmir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtləri özündə ehtiva edir:

1. Hər iki tərəf X17 və X15 aralarında bağlanmış xx.xx.2004-cü il tarixdə Füzuli rayonu Arayatile kənd ərazi icra nümayəndəliyinda 20 nömrəsi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında onlara barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razılıq verirler.

2. İl-X3 onların birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X5 İ tərəfin X12 yanında qalmasına razılq verir.

3. Tərəflər razılaşırlar ki, X15 birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X11 xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanilması üçün hər uşağa 70 (yetmiş) manat olmaqla cəmi 140 (yüz qırx manat) sabit pul məbləğin alimentin hər ayın 1-indən 10-u tarixinədək İ tərəf X14 ödənilməsinə razıdır və İ tərəf razılıq verir ya etiraz etmir.

4. İ-X8 İİ X2 övladları ilə ünsiyyətinə maneəçilik yaratmır və görüşməyinə razıdır.

5. İlkin və tam mediasiya xərcini 50 (əlli manat) İ Tərəf ödəyir. Göründüyü kimi, tərəflər arasında nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və alimentlə bağlı mediasiya prosesində xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Sazişin şərtinə əsasən Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2019cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 1-indən 10-u tarixinədək hər uşağa 70 (yetmiş) manat olmaqla, cəmi 140 (yüz qırx manat) sabit pul məbləğində aliment ödəməyə razı olsa da, hazırda sazişin şərtlərini yerinə yetirmir, bunu isə maddi vəziyyəti və səhhəti ilə əsaslandırır. Odur ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyindən Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində məcburi icrasi üçün təsdiq edilməsi barədə ərizəsi aşağıda qeyd edilən normalara görə əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/2-3305/2023 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişinin üçüncü bəndi təsdiq edilsin, barışıq sazişi Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 1-indən 10-u tarixinədək hər uşağa 70 (yetmiş) manat olmaqla, cəmi 140 (yüz qırx manat) sabit pul məbləğində alimentin tutulması hissəsində məcburi icraya yönəldilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar