Məhkəmə qərarları › İş №2(001)-5787/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5787/2021

24.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5787/2021 24.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Yasamal və Maraqlı şəxs2 qeydiyyat şöbələri cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12 fevral 1954-cü il tarixdə Ucar rayonu, Şahlıq kəndində anadan olmuş əri X1 30 dekabr 2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Onun əri X4 12 fevral 1954-cü il tarixdə Ucar rayonu Şahlıq kəndində anadan olmuşdur. Əri ünvan 1 ünvanında yaşamışdır. Əri 30 dekabr 2020-ci il tarixdə ünvan 2 ünvanında vəfat etmişdir. Onlar tərəfindən təcili tibbi yardıma çağırış edilmiş, lakin təcili tibbi yardımın həkimləri gələnə qədər əri vəfat etmişdir. Ərinin anidən ölümü mənəvi və psixoloji cəhətdən onu həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından ərinin ölümü haqqında şəhadətnaməsini vaxtında ala bilməmişdir. Buna görə də ərinin ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Ərinin ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Yasamal rayon VVADQ şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxslərin nümayəndələri məhkəməyə gəlməmiş, Maraqlı şəxs2 məhkəməyə ərizə ünvalayaraq, ərizəyə etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmiş, digər maraqlı şəxs isə nümayəndəsinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. 30 dekabr 2020-ci il tarixdə X4 yaşadığı evdə vəfat etmişdir. Ölüm xəbərini ona anası vermişdir. O, anasını da götürüb həmin evə getmişdir. Yas mərasimi rayonda keçirildiyi üçün pandemiya ilə əlaqədar iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin oğludur. Atasının ölüm xəbərini ona bibisi vermişdir. Atası 30 dekabr 2020-ci il tarixdə evdə, axşam saatlarında rəhmətə getmişdir. Atası bir çox xəstəlikdən əziyyət çəkirdi. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin oğlu Şəhriyarın dostudur. 30 dekabr 2020-ci il tarixdə X4 yaşadığı evdə vəfat etmişdir. Ölüm xəbərini ona Şəhriyar vermişdir. Yas mərasimi rayonda keçirildiyi üçün pandemiya ilə əlaqədar iştirak etməmişdir. İş materiallarında olan: AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 12 fevral 1954-cü il tarixdə Ucar rayonu, Şahlıq kəndində doğulmuşdur. AZ-İ seriyalı, 550722 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi 12 yanvar 2010-cu il tarixdə nikaha daxil olmuşlar. Təcili və X5 Stansiyasının “ölüm haqqında xəbərdarlıq” vərəqəsindən görünür ki, X4 30 dekabr 2020-ci il tarixdə rəhmətə getmişdir. Ucar rayonu İcra Hakimiyyəti Başçısının Əlikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, 247 nömrəli arayışdan görünür ki, həqiqətən də Bakı şəhəri Nizami rayonunda qeydiyyatda olan X4 30 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 31 dekabr 2020-ci il tarixdə Ucar rayonu, Şahlıq kəndində qardaşı Elman İbrahimovun həyətində dəfn mərasimi təşkil olunaraq Şahlıq kənd qəbristanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 18 iyun 2021-ci il tarixli məktubun surətindən görünür ki, onun müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Həyat yoldaşının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 08 iyul 2021-ci il tarixli məktubdan görünür ki, sabiq polis əməkdaşı X1 vəfatı ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin tərtib olunması üçün müraciətə baxılmış və bildirilmişdir ki, təqdim edilmiş tibbi sənədlərdə 30 dekabr 2020-ci il tarixdəki ölümün baş vermə səbəbi qeyd olunmadığı üçün Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4-cü bəndinə əsasən tərəflərindən mərhum R.İbrahimov barəsində “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi imkan xaricindədir. Qeyd olunan halda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin əri X4 30 dekabr 2020-ci il tarixdə ev şəraitində ölmüş, lakin ərizəçinin ərinin ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 12 fevral 1954-cü il tarixdə Ucar rayonu, Şahlıq kəndində doğulmuş X1 30 dekabr 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 fevral 1954-cü il tarixdə Ucar rayonu, Şahlıq kəndində doğulmuş X1 30 dekabr 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Maraqlı şəxs2 Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar