Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-584/2021 31.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh3-ya, Cavabdeh1 Məhəmməd oğluna, Cavabdeh2 və Cavabdeh5 qarşı müqavilələrin etibarsız hesab edilməsinə və sair tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh3-ya, Cavabdeh1 Məhəmməd oğluna, Cavabdeh2 və Cavabdeh5 qarşı müqavilələrin etibarsız hesab edilməsinə və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X11 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Y.İbrahimli küçəsi 3 saylı ünvanda yerləşən 169,3 m2 qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 002030 saylı 03.02.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsini iddiaçı Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X3 qızı ilə iddiaçı arasında bağlanılmış 24.01.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. İddiaçının daimi yaşayış yeri Naxçıvanda olduğuna görə qeyri-yaşayış sahəsindən icarə kimi istifadə üçün qardaşı Cavabdeh2 2004-cü ildə Bakı şəhəri 41 saylı Notariat Kontorunda etibarnamə vermişdir. Bundan sonra mülkiyyətində olan qeyri-yaşayış sahəsini iddiaçının qardaşları Cavabdeh2 və Cavabdeh1 Məhəmməd oğlu istifadə edərək işlətmiş və bunun müqabilində iddiaçıya icarə pulu ödəmişlər. 2004-ci ilin ortalarında NEO MMC iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin yerləşmiş olduğu 2 mərtəbəli binanı sökərək onun yerində çoxmərtəbəli yaşayış binası tikiləcəyini iddiaçıya bildirmişdir. İddiaçı həmin vaxt NEO MMC-nin icraçı direktoru X4 çağırışı ilə Bakıya gəlmiş və tərəflər X9 ilə iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 2 mərtəbəli binanın sökülməsi və yeni tikiləcək çoxmərtəbəli yaşayış binasının aşağı mərtəbələrindən iddiaçıya sökülən qeyri-yaşayış sahəsinin əvəzi olaraq daha geniş ölçüdə qeyri-yaşayış sahəsi verilməsi barədə razılaşmışlar. İddiaçıya yeni binanın 2007-2008-ci illərdə təhvil veriləcəyi bildirilmişdir. Lakin Cavabdeh3-nın rəhbərliyi iddiaçının müraciətlərinə uzun müddət cavab verməyərək, yeni tikilmiş binadan iddiaçıya düşən və razılaşdıqları sahəni iddiaçıya verməkdən imtina etmişdir. Sonralar cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhəmməd oğlu birləşərək Cavabdeh3 ilə öz aralarında razılığa gələrək iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsini ələ keçirmişlər. İddiaçı Cavabdeh3-dan həmin vaxtlar heç bir sənəd ala bilməmişdir. Belə olan halda iddiaçı Cavabdeh1 Məhəmməd oğlunun Bakı şəhəri Y.İbrahimli küçəsi 3 saylı ünvanda yerləşən 2 mərtəbəli binanın zirzəmisində yerləşən 169,3 m2 qeyri-yaşayış sahəsindən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Həmin iddia Səbail Rayon Məhkəməsinin 06.09.2016-cı il tarixli 2(009)-455/2016 saylı qətnaməsi ilə təmin olunmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq Apellyasiya Məhkəməsi həmin qətnaməni qüvvəsində saxlamış və yenə də cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmə baxaraq öz qərarı ilə qətnaməni dəyişdirmədən saxlamışdır. Bundan sonra Cavabdeh1 Məhəmməd oğlu İddiaçı, X7 və ünvan 1 Notariat Kontoruna qarşı Bakı şəhəri Y.İbrahimli küçəsi 3 saylı ünvanda yerləşən 169,3 m2 qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsi, müqavilənin bağlanmış hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi Səbail Rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli qətnaməsi ilə təmin olunsa da, iddiaçının apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 29.10.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmə baxaraq 29.04.2019-cu il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Cavabdeh1 Məhəmməd oğlu iddiaçının mülkiyyətində olan lakin sökülmüş ünvanla iddiaçıya qarşı alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia qaldırması onu bir daha sübut edir ki, Cavabdeh1 yeni binadakı qeyri-yaşayış sahəsini heç bir səlahiyyəti olmadan iddiaçıya məxsus olan sökülmüş obyektin əvəzi olaraq Cavabdeh3 ilə qanunsuz müqavilə bağlayaraq öz adına sənədləşdirmişdir. İddiaçının qardaşı Cavabdeh1 öz qanunsuz hərəkətlərini ört-basdır etməyə çalışır. Bu hal bir daha təsdiq edir ki, yeni binadakı qeyriyaşayış sahəsi əslində iddiaçının mülkiyyətindədir. Bununla da görünür ki, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Çünki Cavabdeh3 yeni tikilmiş binadan iddiaçıya qeyriyaşayış sahəsi verilməsi üçün iddiaçı ilə müqavilə bağlayacağını öhdəsinə götürsə də, səlahiyyəti olmayan şəxslə müqavilə bağlamışdır. İddiaçı ünvan 2 ünvanda yerləşən 169,3 m2 qeyri-yaşayış sahəsinin əvəzinə təzə ünvanla Bakı şəhəri Səbail rayonu H.Abdullayev küçəsində tikilmiş hündürmərtəbəli yaşayış və ofis binasından iddiaçıya verilmiş qeyriyaşayış sahəsinin sənədlərinin iddiaçıya təqdim olunması üçün dəfələrlə Cavabdeh3-ya müraciət etsə də, Cavabdeh3 Cavabdeh1 tərəfində dayanaraq iddiaçının müraciətlərinə heç bir cavab verməmişdir. Bundan sonra yeni tikilidə qeyri-yaşayış sahəsinin sənədlərini əldə etmək ücün Cavabdeh3-ya dəfələrlə rəsmi qaydada vəkil sorğusu göndərilmişdir. Lakin həmin sorğulara da aylarla cavab verilməmişdir. Nəhayət vəkilin 14.02.2020-ci il tarixli 40 saylı sorğusuna Cavabdeh3-nın 18.03.2020-ci il tarixli cavab məktubuna əsasən aşağıda qeyd olunan sənədləri vermişdir: Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının 179 N-li, 14.03.2002-ci il tarixli sərəncamı mövcuddur. Həmin sərəncamda deyilir: yaşayış binasının tikintisinə icazə verilməsi haqqında Səbail rayonu Ə.Cavad küçəsi 3 saylı ünvanda yaşayan vətəndaş X15 müraciətini nəzərə alaraq, həmin ünvanda ona məxsus, 14.07.1999-cu il tarixli, 30/12666 və 16.11.1996-cı il tarixli, 30/22692 saylı qeydiyyat vəsiqələri, 280 m2 sahənin təhkim olunmasına və yerində altımərtəbəli yaşayış binasının tikintisinə icazə verilsin. İİ sənəd, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 122 №-li, 09.06.2004-cü il tarixli sərəncamı ilə vətəndaş S.A.Babayevin vəfatı ilə əlaqədar Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 14.03.2002-ci il tarixli, 179 saylı sərəncamında dəyişiklik edilmişdir. İİİ sənəd, yenə eyni orqan 147 №-li, 16.07.2004-cü il tarixli sərəncamı ilə: özünəməxsus ərazidə yaşayış, ofis binalarının, istirahət zonasının və istehsalat sahəsinin layihələşdirilməsinə icazə verilməsi və Bakı Şəhəri İcra Hakimiyyətinin 09.06.2004-cü il tarixli, 122 saylı sərəncamında dəyişiklik edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 09.06.2004-cü il tarixli, 122 saylı sərəncamında 0,1666 ha ifadəsi 0,2604 ha kimi oxunması göstərilmişdir. İddiaçının mülkiyyətində olan 169,3 m2 qeyri-yaşayış sahəsi yuxarıda qeyd olunan Bakı şəhəri Səbail rayonu Ə.Cavad küçəsi 3 ünvanında yerləşən 2 mərtəbəli binanın zirzəmisində yerləşmişdir. Həmçinin Cavabdeh3-nın vəkil sorğusuna 18.12.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Səbail rayonu 129-cu məhəllə Ə.Cavad küçəsi 3 ünvanında Cavabdeh3-ya məxsus çoxmərtəbəli yaşayış və ofis binasında A blokunun 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh1 Məhəmməd oğlu arasında 07.06.2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və 15.03.2013-cii il tarixli Cavabdeh3 üzvlərinin ümumi iclasının 09/13 saylı protokolundan çıxarış mövcuddur. Həmçinin həmin ünvanla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 4kil bürosunun 09.12.2019-cu il tarixli 583 saylı sorğusuna cavab olaraq bildirilmişdir ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (yeni qaydalarla: ünvan 6 20.04.2016-cı il tarixdə ilkin olaraq Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda sonuncunun mülkiyyətindədir. Cavabdeh3 Bakı şəhəri Y.İbrahimli küçəsi 3 saylı ünvanda yerləşən və iddiaçıya məxsus olan 169,3 m2 qeyri-yaşayış sahəsinin də daxil olduğu 2 mərtəbəli binanın sökülərək yerində tikilmiş hündürmərtəbəli binadan iddiaçıya yeni qeyri-yaşayış sahəsi verərək iddiaçı ilə müqavilə bağlamalı idi. Lakin Cavabdeh3 Bakı şəhəri Y.İbrahimli küçəsi 3 saylı ünvanda yerləşən 169,3 m2 qeyri-yaşayış sahəsinin əvəzinə iddiaçıya verilməli olan Bakı şəhəri Səbail rayonu H.Abdullayev küçəsi giriş 20 A 2-ci mərtəbə qapı-1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini cavabdeh səlahiyyəti olmayan şəxs Cavabdeh1 Məhəmməd oğluna vermiş sonuncu ilə müqavilə bağlamışdır. İşə məhkəmədə baxılarkən cavabdehin məhkəməyə təqdim etdiyi çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 5 (yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair vermiş olduğu qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06.02.2020-ci il olan çıxarışda obyektin hüquqi sahibi Cavabdeh5dur. ünvan 9otariat Ofisində bağlanılmış 30.01.2020-ci il tarixli, AN-1 № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Məhəmməd oğlu sözügedən qeyri-yaşayış sahəsini Şərur rayonu Alışar kəndində qeydiyyatda olan Cavabdeh5 satmışdır. Bu alqı-satqı müqaviləsi saxta müqavilədir, yəni bu əqd uydurma əqddir. Belə ki, bu iddia ilə əlaqədar olaraq dəfələrlə Cavabdeh3-ya vəkil sorğusu verilmişdir. Lakin Cavabdeh3 sorğuya ya cavab verməmiş, ya da uzun müddətdən sonra cavab vermişdir. Cavabdeh3 ilə Mehracın mənafeyi bir olduğu ücün sorğulardan Mehrac xəbərdar olmuş və sonuncu qeyri-yaşayış sahəsini müvəqqəti olaraq öz qohumu, bacısı X1 yeznəsi Cavabdeh5 adına keçirmişdir. Cavabdeh3-nın vermiş olduğu sorğuya cavabın tarixinə baxdıqda hər şey daha aydın olar. Cavabdeh3 sorğuya 18.12.2019-cu il tarixli cavabında ünvan 7 A blokunun 2-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinə dair 07.06.2012-ci il tarixli müqavilənin və digər sənədlərin surətini vermişdir. Qeyri-yaşayış sahəsinin Cavabdeh1la Cavabdeh5 arasında olan alqı satqı müqaviləsinin tarixi 30.01.2020-ci ildir. Yəni, sorğular verilən tarixdən sonra alqı-satqı həyata keçirilmişdir. Obyektin alqı-satqısının sorğular verilən zaman, həmçinin obyektinxüsusilə qohumun adına keçirilməsi onu göstərir ki, bu əqd uydurma əqddir, görünüş üçün bağlanılmış əqddir. Yəni, guya artıq bu qeyri-yaşayış sahəsi Cavabdeh1 məxsus deyildir. Qeyri-yaşayış sahəsi hazırda Cavabdeh1 istifadəsindədir. Həmçinin qeyri-yaşayış sahəsinin görünüş olaraq satılması onunla təsdiq olunur ki, hüquqi sahibi Cavabdeh5 həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 qardaşı X8 etibarnamə vermişdir. Bu da bir daha təsdiq edir ki, obyekt əslində satılmamış, sadəcə olaraq sənəd üzərində qohumun adına keçirilmişdir. Cavabdeh5la məhkəmə qurtarandan sonra qeyri-yaşayış sahəsinin yenidən Mehracın adına keçiriləcəyi barədə razılaşma əldə olunmuşdur. Ona görə də ünvan 7 ünvanında hündürmərtəbəli binanın A blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 395,0 m2 olan qeyri-yaşayış sahəsinə (yeni ünvanla ünvan 8air cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 07.06.2012-ci il tarixli alqı-satqı müqaviləsinin, həmçinin cavabdehlər Cavabdeh1 Məhəmməd oğlu ilə Cavabdeh5 arasında ünvan 5 yeni qaydalarla Bakı şəhəri Səbail rayonu H.Abdullayev küçəsi giriş 20A 2-ci mərtəbə qapı 1 ünvanına yerləşən ümumi sahəsi 395,0 m2 olan qeyri-yaşayış sahəsinə dair ünvan 9otariat Ofisində bağlanılmış 30.01.2020-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, həmin ünvana dair Cavabdeh5 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06.02.2020-ci il olan çıxarışın ləğv olunmasına, ünvan 5 yeni qaydalarla Bakı şəhəri Səbail rayonu H.Abdullayev küçəsi giriş 20A 2-ci mərtəbə qapı 1 ünvanına dair İddiaçı ilə alqısatqı müqaviləsi bağlanması öhdəliyinin Cavabdeh3-nın üzərinə qoyulmasına, cavabdehlər Cavabdeh3, Cavabdeh1 Məhəmməd oğlu və Cavabdeh2 tərəfindən ünvan 5, yeni qaydalarla Bakı şəhəri Səbail rayonu H.Abdullayev küçəsi giriş 20A 2-ci mərtəbə qapı 1 ünvanında yerləşən ümumi sahəsi 395 m2 olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, vəkili və nümayəndəsi X6 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, o, 2004-cü ildə Bakı şəhərinə mənzil almaq üçün gəlmiş, lakin qardaşı Abazər ona qeyri-yaşayış sahəsi almağı məsləhət görmüşdür. Bundan sonra o, qeyri-yaşayış sahəsini almış, qardaşı Mehrac həmin sahədə reklam şirkəti açmışdır. O, qardaşı Abazərə etibarnamə vermiş, Abazərdə etibarnaməni Mehraca vermişdir. 2015-ci il tarixdə o, məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsinə əsasən qardaşı Cavabdeh1 Məhəmməd oğlunun ona məxsus Bakı şəhəri Səbail rayonu Y.İbrahimli-3 ünvanında yerləşən 169,3 m2 qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Lakin qətnamə icra olunarkən qeyriyaşayış sahəsinin sökülməsi müəyyən olunmuşdur. 2008-ci ildə NEO MMC sahəsi 395 m2 olan qeyri-yaşayış sahəsini ona vermiş, müqaviləyə qardaşı Abazər imza etmişdir. Qardaşı Abazər ona qeyri-yaşayış sahəsinə görə 50000 ABŞ dolları verməmişdir.NEO MMC sahəsi 395 m2 olan qeyri-yaşayış sahəsini ona sökülmüş sahəsinin əvəzində vermişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 Məhəmməd oğlunun vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşıdır və uzun illərdir ki, Rusiyada yaşamışdır. Cavabdeh1 özünə qeyri-yaşayış sahəsi almaq üçün NEO MMC-yə müraciət etmiş, daha sonra MMC-nin icraçı direktoru X9 və alıcı Cavabdeh1 arasında 07.06.2012-ci il tarixli müqavilə bağlanmışdır. NEO MMC-nin Bakı şəhəri Ə.Cavad və Y.İbrahimli küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış və ofis binasının A blokunda 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 395 m2 olan qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır. Daha sonra Cavabdeh1 da 30.01.2020-ci il tarixdə həmin qeyri-yaşayış sahəsini Cavabdeh5 satmışdır. Cavabdeh1 NEO MMC-dən aldığı sahəsi 395 m2 olan qeyri-yaşayış sahəsinin İddiaçı heç bir aidiyyəti olmadığından onun cavabdehlər arasında bağlanan müqavilələri və onların nəticələrini mübahisələndirmək, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Mülki iş üzrə 21.10.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Cavabdeh3nın sədri X9 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2005-ci ildən NEO MMC-nin icraçı direktor vəzifəsində işləyir, indi MTK-ın sədridir. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 14.03.2002-ci il tarixli 179 saylı yaşayış binasının tikintisinə icazə verilməsinə dair sərəncamına əsasən Səbail rayonu Ə.Cavad küçəsi 3 saylı ünvanda yaşayan X15 müraciəti nəzərə alınaraq həmin ünvanda 14.07.99-cu il tarixli 30/12666 və 16.11.96-cı il tarixli 30/22692 saylı qeydiyyat vəsiqələrinə əsasən ona məxsus 280 m2 sahənin təhkim olunmasına və yerində altımərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 14.03.2002-ci il tarixli 179 saylı sərəncamında dəyişiklik edilməsi haqqında 09.06.2004-cü il tarixli 122 saylı sərəncamına əsasən X15 vəfat etməsini nəzərə alaraq Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 14.03.2002-ci il tarixli 179 saylı sərəncamı ilə Səbail rayonu Ə.Cavad küçəsi 3 saylı ünvanda X18 yaşayış binasının tikintisi üçün təhkim olunmuş 280 m2 torpaq sahəsinin təsisçisi mərhumun varisi olan NEO MMC-yə alqı-satqı qaydasında əldə edilmiş əlavə mənzillərin tutduğu torpaq sahəsi nəzərə alınmaqla 0,1666 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 09.06.2004-cü il tarixli 122 saylı sərəncamında dəyişiklik edilməsi haqqında 16.07.2004-cü il tarixli 147 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 09.06.2004-cü il tarixli 122 saylı sərəncamında 0,1666 ha ifadəsi 0,2604 ha kimi oxunması qərara alınmışdır. NEO MMC-yə ayrılan tikinti sahəsində yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərlə həmin vaxt sahələrin alınmasına dair müqavilə yalnız mübahisə olduğu zaman bağlanmışdır. O, İddiaçı ilk dəfə bir il əvvəl görmüşdür. 2005-ci ildə həmin yerin sahibi Cavabdeh2 olmuşdur. Cavabdeh2 deyirdi ki, həmin sahəni o, qardaşı İddiaçı etibarnaməsi əsasında idarə edir. Daha sonra Cavabdeh2 qardaşı İddiaçı etibarnaməsini onlara göstərmiş və onlar qeyri-yaşayış sahəsinə görə Cavabdeh2 50000 ABŞ dolları vermişlər. NEO MMC-nin Cavabdeh1 07.06.2012-ci il tarixdə satdığı qeyri-yaşayış sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Cavabdeh1 pul verib özünə qeyri-yaşayış sahəsi almışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Mülki iş üzrə 21.10.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun qardaşı İddiaçı adına Səbail rayonunda yerləşən zirzəmi olmuş, həmin zirzəmi su basmış vəziyyətdə idi. Bu səbəbdən İsgəndər zirzəminin qapısını bağlayıb getmiş, ona da həm İsgəndər, həm də sonuncunun yoldaşı etibarnamə vermişdi. Etibarnamədə ona sərəncam səlahiyyəti də verilmişdir. Daha sonra həmin zirzəminin yerləşdiyi binanın sökülməsi məsələsi ortaya çıxmış, həmin binada yaşayış, qeyri-yaşayış sahəsi olanlara pul verilmişdir. O da bu barədə qardaşı ilə razılaşmış, etibarnaməni götürüb NEO MMC-yə yaxınlaşmış, danışıqlar nəticəsində zirzəmini 50000 ABŞ dollarına NEO MMC-yə satmışdır. O, 50000 ABŞ dollarını bacı və qardaşlarının yanında qardaşı İsgəndərə vermişdir. Həmin pula İsgəndər ürək əməliyyatı keçirmiş, özünə avtomobil almışdır. Bu vaxta qədər bir mübahisə olmamışdır. O, İsgəndərin niyə belə iddia ilə müraciət etdiyini bilmir. Mehrac da onların qardaşıdır. Mehrac NEO MMC-dən özünə obyekt almışdır. Lakin bu obyektin İsgəndərin zirzəmisinə heç bir aidiyyəti yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Mülki iş üzrə 26.05.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Cavabdeh5 nümayəndəsi və vəkili X13 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı tələbində ünvan 9otariat ofisində Cavabdeh1 Məhəmməd oğlu ilə Cavabdeh5 arasında bağlanmış 30.01.2020-ci il tarixli AN-1 № ******* alqı-satqı müqaviləsinin saxta müqavilə olmasını, uydurma əqd olmasını mübahisələndirərək Cavabdeh3 ilə Mehracın mənafeyinin bir olduğu üçün sorğulardan Mehracın xəbərdar olmasını və Mehracın da qeyri-yaşayış sahəsinin müvəqqəti olaraq öz qohumu, bacıları X2 yeznəsi Cavabdeh5 adına keçirməsini və yəni artıq qeyri-yaşayış sahəsinin sənədlərə əsaslanaraq Cavabdeh1 Məhəmməd oğluna məxsus olmasa da faktiki olaraq Cavabdeh1 istifadəsində olduğunu vurğulamışdır. Halbuki iddiaya dəqiqləşdirilmə barədə ərizədə göstərilənlərin yalnız fərziyələr və cəfəngiyat olması iddianın ümumi mahiyyətindən də açıq-aşkar özünü biruzə vermişdir. Belə ki, iddiaçı qeyd edir ki, 2004-cü ilin ortalarında NEO MMC (indiki Cavabdeh3) ona məxsus olan qeyri-yaşayış sahəsinin yerləşmiş olduğu 2 mərtəbəli binanın sökülərək onun yerində çoxmərtəbəli yaşayış binası tikiləcəyini iddiaçıya bildirmişdir. İddiaçı həmin vaxt NEO MMC-nin icraçı direktoru X4 çağırışı ilə Bakıya gəlməsini, X9 iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 2 mərtəbəli binanın sökülməsi və yeni tikiləcək çoxmərtəbəli yaşayış binasının aşağı mərtəbələrində iddiaçıya sökülən qeyri-yaşayış sahəsinin əvəzi olaraq daha geniş ölçüdə qeyri-yaşayış sahəsi verilməsi barədə razılaşmasını və yeni binanın 2007-2008-ci illərdə təhvil verilməli olmasını bildirmişdir. Sonradan iddiaçı bildirir ki, Cavabdeh3-nın rəhbərliyi iddiaçının müraciətlərinə uzun müddət cavab verməyərək, yeni tikilmiş binada iddiaçıya düşən və razılaşdıqları sahəni verməkdən imtina etmişdir. İddiaçı Cavabdeh2 Cavabdeh1 Məhəmməd oğlu ilə birləşərək NEO MMC ilə öz aralarında razılığa gələrək iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsini ələ keçirdiklərini bildirir. Əlavə olaraq iddiaçı NEO MMC-dən də heç bir sənəd ala bilməməsini göstərsə də, hüququnun pozulmasını, yəni 2007-2008-ci illərdə bilsə də, açıq aşkar iddiaçı iddia müddətini buraxaraq mübahisəli qeyri-yaşayış sahəsinə dair yalnız 2018-ci ildə iddia qaldırmasını ərizəsində etiraf etmişdir. Cavabdeh5 digər cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur və qeyri-yaşayış sahəsinə dair hər hansı bir mübahisə getməsini bilməmiş və bilə də bilməzdi. Əks halda iddiaçı fərziyələrlə deyil, konkret olaraq mötəbər sübutlarla çıxış etməlidir. Cavabdeh5 vicdanlı alıcıdır və onun hüquqlarıda mülki qanunvericiliyin və Konstitusiyanın müddəaları ilə qorunur. İddiaçı hüququnun pozulmasını 2007-2008-ci illərdə bilsə də üstündən 10-12 il keçdikdən sonra əqdin etibarsızlığı ilə bağlı iddia qaldırır. Halbuki əqdin etibarsızlığı ilə bağlı iddia müddəti bir il təşkil edir. Ona görə də hazırki mübahisə üzrə iddia müddətini tətbiq edərək və iddia əsassız olduğundan iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh3-ya, Cavabdeh2, Cavabdeh5 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh3-nın nümayəndəsi, Cavabdeh2, Cavabdeh5 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehlər Cavabdeh3-nın nümayəndəsinin, Cavabdeh2, Cavabdeh5u və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 14.03.2002-ci il tarixli 179 saylı yaşayış binasının tikintisinə icazə verilməsi haqqında sərəncamından müəyyən olunur ki, Səbail rayonu Ə.Cavad küçəsi 3 saylı ünvanda yaşayan X15 müraciəti nəzərə alınaraq həmin ünvanda ona məxsus (14.07.99-cu il tarixli, 30/12666 və 16.11.96-cı il tarixli, 30/22692 saylı qeydiyyat vəsiqələri) 280 m2 sahənin təhkim olunmasına və yerində altımərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 14.03.2002-ci il tarixli 179 saylı sərəncamında dəyişiklik edilməsi haqqında 09.06.2004-cü il tarixli 122 saylı sərəncamından müəyyən olunur ki, X15 vəfat etməsini nəzərə alaraq Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının 14.03.2002-ci il tarixli 179 saylı sərəncamı ilə Səbail rayonu Ə.Cavad küçəsi 3 saylı ünvanda X18 yaşayış binasının tikintisi üçün təhkim olunmuş 280 m2 torpaq sahəsinin təsisçisi mərhumun varisi olan NEO MMC-yə alqı-satqı qaydasında əldə edilmiş əlavə mənzillərin tutduğu torpaq sahəsi nəzərə alınmaqla 0,1666 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 09.06.2004-cü il tarixli 122 saylı sərəncamında dəyişiklik edilməsi haqqında 16.07.2004-cü il tarixli 147 saylı sərəncamından müəyyən olunur ki, Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının 09.06.2004-cü il tarixli 122 saylı sərəncamında 0,1666 ha ifadəsi 0,2604 ha kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanladığı 14.02.2015-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı adına Bakı şəhəri Səbail rayonu Y.İbrahimli küçəsində yerləşən 169,3 m2 olan qeyri-yaşayış sahəsinə dair 03.02.2004-cü il tarixli 002030 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Satıcı NEO MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış 07.06.2012-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, satıcı Cəmiyyətin Bakı şəhəri Ə.Cavad və Y.İbrahimli küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış və ofis binasının A blokunda 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 395 m2 olan qeyri-yaşayış sahəsini müqavilənin bəndləri ilə müəyyən edilmiş şərtlərlə alıcıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin dəyəri tərəflərin razılığı əsasında 540000 manat müəyyən edilmişdir. Cavabdeh3 üzvlərinin ümumi iclasının 09/13 saylı 15.03.2013-cü il tarixli protokolundan çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 MTK-ya üzv qəbul edilməsi və MTK-nın ünvan 12 ünvanında Cavabdeh3-ya məxsus çoxmərtəbəli yaşayış və ofis binasında A blokunun 2-ci mərtəbəsində ümumi sahəsi 395 m2 olan qeyri-yaşayış sahəsinin onun tam mülkiyyətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* seriyalı 20.04.2016-cı il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Səbail rayonu Əhməd Cavad küçəsi 129-cu məhəllə 3; yeni qaydalarla: Səbail rayonu H.Abdullayev küçəsi giriş 20A 2-ci mərtəbə qapı-1 ünvanında yerləşən sahəsi 390,4 m2 olan qeyri-yaşayış sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 15668 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən 20.04.2016-cı il tarixdə tərtib olunmuş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 13 ünvanında yerləşən **********78-05301-083007 reyestr nömrəli qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.09.2016-cı il tarixli 2(009)-455/2016 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 Məhəmməd oğlunun İddiaçı məxsus Bakı şəhəri Səbail rayonu Y.İbrahimli-3 ünvanında yerləşən 169,3 m2 qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli 2(009)-96/2018 saylı qətnaməsindən müəyyən olunur ki, ünvan 14 ünvanda yerləşən 169,3 m2 qeyri-yaşayış sahəsinin alqı-satqısına dair cavabdehlər İddiaçı ilə X12 arasında 24.01.2004-cü il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi, həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri Y.İbrahimli küçəsi 3 saylı ünvanda yerləşən 169,3 m2 qeyri-yaşayış sahəsinin İddiaçı adına aparılmış qeydiyyat və bu qeydiyyata dair dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri Y.İbrahimli küçəsi 3 saylı ünvanda yerləşən 169,3 m2 qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi iddiaçı Cavabdeh1 Məhəmməd oğlu ilə cavabdeh X12 arasında bağlanmış hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29.10.2018-ci il tarixli 2(103)-10900/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29.06.2018ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh1 Məhəmməd oğlunun cavabdehlər İddiaçı, X12 və ünvan 1 notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsinə, müqavilənin bağlanmış hesab edilməsinə dair iddiasının rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.04.2019-cu il tarixli 2(102)-2952/2019 saylı qərarından müəyyən olunur ki, iddiaçı Cavabdeh1 Məhəmməd oğlunun kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10900/2018 saylı 29.10.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanması qərara alınmışdır. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 16.04.2015-ci il tarixli 2-1(81)-1909/2015 saylı qərarının surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayonu Ə.Cavad küçəsi 3 ünvanında A blokunun İİ mərtəbəsində yerləşən ümumi sahəsi 395,0 m2 olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınmasına, mülkiyyət hüququnun dövlət reyestri xidmətində qeydə alınmasına və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddia təmin edilərək Bakı şəhəri Səbail rayonu Ə.Cavad küçəsi 3 ünvanında A blokunun İİ mərtəbəsində yerləşən ümumi sahəsi 395,0 m2 olan qeyri-yaşayış sahəsi iddiaçı Cavabdeh1 adına ilkin hüquqi qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2015-ci il tarixli 2-1(103)-1180/2015 saylı qərarının surətindən müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1909/2015 saylı 16.04.2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.12.2015-ci il tarixli 2-1(102)-1321/2015 saylı qərarının surətindən müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisi Qalib Xudaverdiyev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.07.2015-ci il tarixli 2-1(103)-1180/2015 saylı qərarının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 15 ünvanladığı 24.12.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, ünvan 16 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (yeni qaydalarla: ünvan 13) 20.04.2016-cı il tarixdə ilkin Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X5 30.01.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Makhmudov Mekhradzha məxsus Bakı şəhəri Səbail rayonu Əhməd Cavad küçəsi 3 ünvanında yerləşən (yeni qaydalarla: Səbail rayonu H.Abdullayev küçəsi giriş 20A 2-ci mərtəbə qapı-1) ü/s 390,4 m2 olan qeyri-yaşayış sahəsinin satılmasına etiraz etməmişdir. X17 ilə alıcı Cavabdeh5 arasında bağlanmış 30.01.2020-ci il tarixli AN – İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Səbail rayonu Əhməd Cavad küçəsi 3 ünvanında yerləşən (yeni qaydalarla: Səbail rayonu H.Abdullayev küçəsi giriş 20A 2-ci mərtəbə qapı-1) ümumi sahəsi 390,4 m2 olan qeyri-yaşayış sahəsini alıcıya 400000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* seriyalı 06.02.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Səbail rayonu Əhməd Cavad küçəsi 129-cu məhəllə 3; Yeni qaydalarla: AZ 1001 ünvan 17 ünvanında yerləşən sahəsi 390,4 m2 olan qeyri-yaşayış sahəsi Cavabdeh5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 15668 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR-İ № 947451 saylı 07.02.2020-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh5 ona məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin verdiyi ********** qeydiyyat nömrəsi olan 06.02.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu Əhməd Cavad küçəsi 129-cu məhəllə 3; yeni qaydalarla: AZ 1002 ünvan 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütün sənədləşdirmə əməliyyatlarını aparmağı, bununla əlaqədar onu bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarda təmsil etməyi, sənədləri toplamağı, təhvil verməyi, almağı, aldığına dair imzalamağı, adından ərizə ilə müraciət etməyi, ƏMDYK DƏDRX Əİ-dən forma 1 arayışını, MİS-dən forma-2 və s. lazımı arayışları, sənədləri almağı, sonradan sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, bank əməliyyatları aparmağı, depozitə pulu qoymağı, almağı, buna dair istənilən müqavilələr imzalamağı, müqaviləni ləğv etməyi, pulunu almağı, vəkillə müqavilə bağlamaq, məhkəmələrdə iştirak edilməsi üçün etibarnamə verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi X8 5 il müddətinə, 07.02.2025-ci il tarixədək etibar etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı ona məxsus olmuş Bakı şəhəri Səbail rayonu Y.İbrahimli-3 ünvanında yerləşən sahəsi 169,3 m2 olan qeyri-yaşayış sahəsini sökdükdən sonra Cavabdeh3 tərəfindən ünvan 16 ünvanda yerləşən sahəsi 395 m2 olan qeyri-yaşayış sahəsinin (yeni qaydalarla: ünvan 13) ona verilməsini, lakin həmin sahəyə dair onunla deyil, qardaşı Cavabdeh1la müqavilə bağlanmasını iddia etsə də bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 07.06.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Ə.Cavad və Y.İbrahimli küçələrinin kəsişməsində inşa edilən 14 mərtəbəli yaşayış və ofis binasının A blokunda 3cü mərtəbədə yerləşən, ümumi sahəsi 395 m2 olan qeyri-yaşayış sahəsini dəyərini tam ödəməklə NEO MMC-dən alımış, daha sonra Cavabdeh1 həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları qanuni qüvvəsini alan məhkəmə aktlarına əsasən DƏDRX-də qeydə alınmış, Cavabdeh1 yeni qaydalarla ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh5 satmış, hazırda qeyri-yaşayış sahəsi sonuncunun mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı ona təhvil verilməsini tələb etdiyi qeyri-yaşayış sahəsinə dair nə vaxtsa hər hansı bir hüququnun mövcud olmasını sübuta yetirə bilmədiyindən cavabdehlər arasında bağlanmış müqavilələri mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də iddia ərizəsi tam həcmdə təmin edilmir. Məhkəmə Cavabdeh5 nümayəndəsi və vəkili V.Z.Məmmədovun iddia tələblərinə iddia müddətinin təbiqi ilə bağlı etirazında istinad etdiyihallara münasibət bildirib qeyd edir ki, iddia müddəti hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müəyyən olunmuş müddət olduğundan, iddiaçının cavabdehlərə qarşı hazırkı tələbləri irəli sürmək hüququ olmadığından bu tələblərə iddia müddətinin təbiqi qeyri-mümkündür. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh3-ya, Cavabdeh1 Məhəmməd oğluna, Cavabdeh2 və Cavabdeh5 qarşı ünvan 7 ünvanında hündürmərtəbəli binanın A blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 395,0 m2 olan qeyri-yaşayış sahəsinə (yeni ünvanla ünvan 8air Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 07.06.2012-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 Məhəmməd oğlu ilə Cavabdeh5 arasında ünvan 5, yeni qaydalarla Bakı şəhəri Səbail rayonu H.Abdullayev küçəsi giriş 20A 2-ci mərtəbə qapı 1 ünvanına yerləşən ümumi sahəsi 395,0 m2 olan qeyri-yaşayış sahəsinə dair ünvan 9otariat Ofisində bağlanılmış 30.01.2020-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, həmin ünvana dair Cavabdeh5 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06.02.2020-ci il olan çıxarışın ləğv olunmasına, ünvan 5 yeni qaydalarla Bakı şəhəri Səbail rayonu H.Abdullayev küçəsi giriş 20A 2-ci mərtəbə qapı 1 ünvanına dair İddiaçı ilə alqı-satqı müqaviləsi bağlanması öhdəliyinin Cavabdeh3-nın üzərinə qoyulmasına, Cavabdeh3-ya, Cavabdeh1 Məhəmməd oğluna və Cavabdeh2 ünvan 5, yeni qaydalarla Bakı şəhəri Səbail rayonu H.Abdullayev küçəsi giriş 20A 2-ci mərtəbə qapı 1 ünvanında yerləşən ümumi sahəsi 395 m2 olan qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsinin həvalə edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-584/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-584/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver