Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5850/2021 26.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18 fevral 2018-ci il tarixdə vəfat etmiş X5 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X9 28 fevral 2018-ci il tarixdə evdə Binəqədi rayonu, 8 mkr, Hüseynov 11 a ünvanında vəfat etmiş və ölüm faktı Təcili və X7 Stansiaysı tərəfindən qeydə alınaraq “Ölüm haqqında Xəbərdadlıq vərəqəsi” tərtib olunmuşdur. Qardaşı subay olmuş və övladı olmamışdır. Ailəsi baş vermiş bu itki ilə sarsılmışdır. Həmin ərəfələrdə anasının səhətində ciddi narahatlıqlar yaranmış və 29 oktyabr 2020-ci il tarixdə anası da dünyasını dəyişmişdir. Bu səbəbdən də sahə üzrə 10 saylı poliklinikaya müraciət edə bilməmişdir. Sonralar isə mənzilində baş verən dəyişikliklərlə əlaqədar bütün sənədləri və eyni zamanda qardaşının ölüm vərəqəsini tapa bilməmişdir. Anası rəhmətə getdikdən sonra o, ilkin hüquqi və faktiki vərəsəliyi qəbul etmişdir. Belə ki, 1990-cı ilin 20 yanvar tarixində Bakıda baş vermiş faciəli hadisələr zamanı onun qardaşı X6 da şəhid olumuşdur. Şəhid ailəsi kimi 2020-ci ilin iyun ayında Məhəmmədi kəndində yerləşən 7 gözəl massivində anasına mənzil təqdim edilmişdir. Qeyd etdiyi kimi ilkin hüquqi və faktiki vərəsəliyi o, qəbul etdiyi üçün qardaşı Faiq Atakişiyevində ölüm şəhadətnaməsi alınmalı və vərəsəliyin hüquqi cəhətdən tam başa çataraq sənədləşdirilməsi aparılmalıdır. Bir müddət bundan əvvəl Faiq Atakişiyevin qeyd olunan ölümünün qeydə alınmasına dair vərəqəsi tapılmışdır. Ölüm faktının təsdiq olunması ilə bağlı 03 iyul 2021-ci il tarixdə 10 saylı poliklinikaya müraciət etsə də tibbi şəhadətnamənin verilməsi üçün gec müraciət olduğu bildirilmişdir. Bunula yanaşı Ölüm şəhadətnaməsinin alınması ilə bağlı 10 iyul 2021-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsnə müraciət olunmuş və tibbi şəhadətnamə olmdığı üçün imtina verilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi və nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X9 onun xalası oğludur. 28 fevral 2018-ci il tarixdə gecə saatlarında evdə insult keçirərək rəhmətə getmişdir. Ölüm xəbərini ona ərizəçi vermişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X5 qonşusu olmuşdur. 28 fevral 2018-ci il tarixdə gecə saatlarında X9 rəhmətə getmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin oğludur. X9 28 fevral 2018-ci il tarixdə saat 23:00 radələrində insultdan rəhmətə getmişdir. Ölüm xəbərini ona atası vermişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 6, mənzil 3-dür. AZE seriyalı 15169358 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 19 aprel 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 6, mənzil 5-dir. Təcili və X7 Stansiyasının “ölüm haqqında xəbərdarlıq” vərəqəsindən görünür ki, X9 28 fevral 2018-ci il tarixdə rəhmətə getmişdir. 10 nömrəli Şəhər Poliklinikası tərəfindən ərizəçinin nümayəndəsi Vəkil oğluna ünvanlanmış 05 iyul 2021-ci il tarixli məktubundan görünür ki, 28 fevral 2018-ci ildə 00:20də vəfat etmiş 1965-ci il təvəllüdlü X5 ölüm haqqında tibbi şəhadətnaməsinin alınmasına görə gec müraciət edildiyi üçün tibbi şəhadətnaməsinin poliklinika tərəfindən verilməsi mümkün deyil. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli arayışdan görünür ki, 19 aprel 1965-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında 28 fevral 2018-ci il tarixdə Ərizəçi tərəfindən dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçinin nümayəndəsi Vəkil oğluna ünvanlanmış 10 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, onun rəhmətə gedən qardaşı X9 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Qardaşının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X9 28 fevral 2018-ci il tarixdə ev şəraitində ölmüş, lakin ərizəçinin qardaşının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 19 aprel 1965-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 28 fevral 2018-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19 aprel 1965-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 28 fevral 2018-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5850/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5850/2021
26.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver