Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5851/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, anası X2 1935-ci ildə doğulmuş və xx.xx.1992-ci il tarixdə Laçın rayonunda yaşadıqları evdə vəfat etmişdir. Həmin vaxt mərhumun ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından, ona ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Anası Laçında dəfn edilmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamənin alınması müəyyən sənədləşmə işləri üçün zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ-ЖГ 607505 saylı pasportdan görünür ki, milliyyəti Azərbaycanlı olan X2 1935-ci ildə Laçın rayonunun Qarıqışlaq kəndində doğulmuşdur. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən verilmiş arayışdan görünür ki, milliyyəti azərbaycanlı olan X2 xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi anasıdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X1 adına Ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölümün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirdi ki, mərhum X2 onun nənəsi idi. Nənəsi öləndə onun səkkiz yaşı var idi. Yadındadır ki, nənəsi evin pilləkənində oturduğu yerdə ölmüşdür. Onda Laçında yaşayırdılar. Nənəsi də orada dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində məhkəməyə bildirdi ki, mərhum X2 onun qayınanası idi. Qayınanası xx.xx.1992-ci il tarixdə Laçın rayonunda olmuş evlərində ölmüşdür. Xəstə idi, elə evin pilləkənində oturduğu yerdə qəflətən dünyasını dəyişdi. Laçında dəfn edilib. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1935-ci ildə Laçın rayonunun Qarıqışlaq kəndində doğulmuş X1 xx.xx.1992-ci il tarixdə Laçın rayonunda ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 1935-ci ildə Laçın rayonunun Qarıqışlaq kəndində doğulmuş X1 xx.xx.1992-ci il tarixdə Laçın rayonunda ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5851/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5851/2023
07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver