Məhkəmə qərarları › İş №2(001)-5879/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5879/2024

05.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5879/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Ərizəçi cavabdeh X1 qarşı barışıq sazişinin təsdiqi tələbinə dair ərizəsinin mümkünlüyünə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi cavabdeh X1 qarşı barışıq sazişinin təsdiqi tələbinə dair ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, iddia ərizəsinə qanunla nəzərdə tutlmuş məbləğdə rüsumun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmənin tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizələrə məhkəmə xüsusi icraat qaydasında baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmənin mövqeyi Hazırda iddia ərizəsinin ilkin tədqiqatı zamanı müəyyən olunur ki, tələb üzrə ərizə xüsusi icraat qaydasında verilməli olduğu halda, iddia icraatı qaydasında verilmiş, bununla da mülki prosessual qanunvericiliyin tələbləri pozulmuş, belə ki, işə məhkəmədə baxlması zamanı özüözlüyündə fərqli prosessual yanaşma tələb edən icraatların qarışdırılması istisna edilir. Bundan əlavə tərəflər arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, iddiaçı tələb olunan rüsumu mediasiya təşkilatının hesabına köçürmüşdür, halbuki, məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edilməsi üçün müvafiq məbləğdə rüsum ödəməli, ödənilməsinə dair sənədi də ərizəsinə əlavə etməli idi. Beləliklə, məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, belə bir nəticəyə gəlir ki, iddiaçının mediasiya prosesi zamanı müvafiq qaydada dövlət rüsumu keçirsə də iddianın məhkəməyə verilməsinə görə müvafiq məbləğdə dövlət rüsumu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi və ya şəxsin Azərbaycan Respublikası Dövlət X2 9-cu maddəsinə əsasən rüsumdan azad edilməsini təsdiq edən sənədi əlavə etmədiyindən, həmçinin ərizə qanunvericiliyin tələbinə uyğun olaraq xüsusi icraat qaydasında verilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.0.5, 151 və 152-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Ərizəçi cavabdeh X1 qarşı barışıq sazişinin təsdiqi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar