Məhkəmə qərarları › İş №2(001)-59/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-59/2021

28.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-59/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakimi Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı1 və İddiaçı2 etibarnamə əsasında nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu X3 nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu X1rşı “torpaq sahəsinin qanunsuz sahiblikdən alınması, torpaq sahəsinin boşaldılması, cavabdehin məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin onun vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu X1rşı “torpaq sahəsinin qanunsuz sahiblikdən alınması, torpaq sahəsinin boşaldılması, cavabdehin məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin onun vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu X3 06 mart 2006-cı il tarixli, 210 nömrəli və 2123 saylı 30 avqust 2004-cü il tarixli sərəncamları ilə iddiaçılara ayrılmış, fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş 300 və 600 kv.m torpaq sahələrinin cavabdeh X6 qanunsuz sahibliyindən götürülməsi, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılması, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi, eyni zamanda həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz tikilinin onun vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, iddiaçılara dəymiş maddi zərərin əvəzi kimi 20.000 (iyirmi min) manat pulun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazisində DSK-4 yanında İddiaçı1 300 kv.m, İddiaçı2 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Belə ki, Bakı şəhəri Binəqədi rayonu X3 2123 saylı 30 avqust 2004-cü il tarixli və 210 nömrəli 06 mart 2006-cı il tarixli sərəncamı ilə Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən iddiaçıların istifadələrində olan 300 kv.m və 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə sahibliyinə verilmişdir. İddiaçılar sözügedən torpaq sahəsində müəyyən müddət müxtəlif səbəblərdən tikinti işləri apara bilməmişlər. Buna həm maddi imkanlarının aşağı olması səbəb olmuş, eləcədə həmin torpaq sahəsinə qurunt suları axdığından bir müddət ərazidə tikinti işlərinin aparılması ümumiyyətlə mümkünsüz olmuşdur. Sonradan iddiaçılara məxsus torpaq sahəsinə tərəflərindən əlavə torpaq tökülərək, düzəldilmiş tikinti işləri aparılması üçün hazır vəziyyətə gətirilmişdir. Lakin 2013-cü ilin noyabr ayında iddiaçıların sahibliyi və istifadələrində olan torpaq sahəsinə baxmağa gedərkən orada məlum oldu ki, müvafiq sərəncam əsasında ayrılmış və torpaq sahəsi Cəmilə adlı şəxs tərəfindən zəbt edilmiş, eyni zamanda onun tərəfindən istifadə edilməkdədir. Bununla bağlı onlar Cəmilə xanıma öz iradlarını bildirib, dərhal onlara məxsus torpaq sahəsini boşaltmağını tələb etsələr də, bu bir nəticə verməmiş, həmin şəxs öz qanunsuz hərəkətlərinə davam etmiş, hətta torpaq sahəsində özünə fərdi yaşayış evinin tikintisinə də başlamışdır. Bununla bağlı müvafiq şikayət ərizəsi ilə Binəqədi RPİ-nin 4-cü PB-nə müraciət edərək, onlara məxsus torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə bağlı cinayət işinin başlanmasını xahiş etmişlər. Lakin, 07.03.2014-cü il tarixli Binəqədi RPİ-nin 4-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, torpaq mübahisəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ iddiaçılara izah edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin qərarın təsviri hissəsində də göstərilmişdir ki, "əlavə araşdırma zamanı Binəqədi qəsəbə Bələdiyyəsindən alınmış məktubda göstərilmişdir ki, vətəndaşların torpaq sahəsinə bələdiyyənin mütəxəssisi A.R.Abbasovun iştirakı ilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi X3 210 saylı, 06.03.2006-cı il tarixli Sərəncamı əsasında İddiaçı1 adına rəsmiləşdirilmiş torpaq sahəsinin eksizi ilə naturada eynilik təşkil edir”. Qeyd olunanlarla əlaqədar, Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etməklə yanaşı iddianın təmini tədbiri barədə ərizə təqdim etmişlər. Binəqədi rayon məhkəməsinin 04 may 2015-ci il tarixli 2(001)-6306/2015 saylı qərardadı ilə ərizə təmin edilmiş, iddianın təmini tədbiri qismində mübahisə həll edilənədək və yekun məhkəmə qərarı qüvvəyə minənədək Binəqədi rayon X3 06.03.2006-cı il tarixli, 210 saylı sərəncamı ilə İddiaçı1 ayrılmış, fardi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş 300 kv.m torpaq sahəsində Cavabdeh1 Nadır qızı tərəfindən aparılan qanunsuz inşaat işlərinin dayandırılması qərara alınmışdır. Həmin qərardadın bir nüsxəsi Bakı şəhəri Binəqədi rayon X5 ünvanlanmış, həmin torpaq sahələri mübahisəli olduğundan xəbərdar olmağına baxmayaraq mülki iş məhkəmə baxışı ərəfəsində olduğu halda Cavabdeh1 Nadır qızı tərəfindən formal qələmə verilmiş Rusiya Federasiyasını vətəndaşı olan-X7 adına olan eskiz-layihəni dəyişərək yenisi verilmiş, hansı ki, yeni tarixdən verilmiş eskiz-layihə əvvəlcədən iddiaçılara məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Eyni zamanda ona torpaq sahasindən 150 kv.m kəsərək, həmin hissəni də cavabdehə vermişdir. Qərardadda göstərilənlərə əhəmiyyət verməyən cavabdeh, onlara məxsus olan X3 06 mart 2006-cı və 30 avqust 2004-cü il tarixli sərəncamları ilə ayrılmış 300 və 600 kv.m torpaq sahələri cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq istifadə edilməsi ilə yanaşı həmin ərazidə onun tərəfindən artıq qanunsuz tikinti işləri başa çatdırılmışdır. Belə ki. cavabdeh inşaat işlərinə başlamış və özünə fərdi yaşayış evi tikmişdir. Bu isə qanunsuz olmaqla yanaşı, onların qanunla qorunan hüquqları kobud şəkildə pozulmasıdır. Ona görə də hesab edirlər ki, Binəqədi rayonu X3 06 mart 2006- cı il tarixli 210 nömrəli və 30 avqust 2004-cü il tarixli 2123 saylı sərəncamları ilə iddiaçılara ayrılmış, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300 və 600 kv.m torpaq sahələri Cavabdeh1 qanunsuz sahibliyindən götürülməli, həmin torpaq sahələri Cavabdeh1 tərəfindən boşaldılmalı, torpaq sahəsi onlara təhvil verilməli, eyni zamanda həmin torpaq sahələrində Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz tikili onun hesabına sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bundan başqa, qeyd edilənlərlə yanaşı ona dəymiş maddi zərərin əvəzi ödənilməlidir. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmişdir. Bu hal məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza rəyində öz əksini tapmışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Binəqədi rayonu X3 nümayəndəsi X8 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı1 məxsusdur. Həmin torpaq sahəsi bələdiyyə tərəfindən verildiyi üçün, ekspertiza tərəfindən torpaq sahəsinin kimə məxsusluğu müəyyən etmək mümkün deyildir. Ekspert sadəcə həmin torpaq sahəsinin yerləşmə yerini müəyyən edə bilər. Mübahisəli torpaq sahəsinin kimə məxsusluğunu ancaq Bələdiyyə müəyyən edə bilər. Məsələnin həllini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu X3 30 avqust 2004-cü il tarixli 1123/1 №-li Sərəncamının surətindən görünür ki, X3 ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı2 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair sərəncam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu X3 06 mart 2006-cı il tarixli 210 №-li Sərəncamının surətindən görünür ki, X3 ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı1 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair sərəncam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu X3 27 may 2004-cü il tarixli 903/2 №-li Sərəncamının surətindən görünür ki, X3 ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 400 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X9 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair sərəncam verilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2015-ci il tarixli 2-1(81)-2249/2015 saylı qərarının surətindən görünür ki, Binəqədi rayonu X3 27 may 2004-cü il tarixli 903/2 №-li Sərəncamı ilə X10 ayrılmış torpaq sahəsinin plancizgiya uyğun olaraq hansı əraziyə düşməsinin və həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilərək, X10 təhvil verilməsi və Binəqədi rayonu, X5 həvalə edilməsi qərara alınmış və və həmin qətnamə əsasında verilmiş icra vərəqəsi 07.08.2015-ci il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və Ünvan Reyestri xidmətinin 22 fevral 2021-ci il tarixli Mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X3 1123/1 nömrəli 30 avqust 2004-cü il tarixli sərəncamında, Bakı şəhəri X3 210 nömrəli 06 mart 2006-cı il tarixli sərəncamında, Bakı şəhəri X3 903/2 nömrəli 27 may 2004-cu il tarixli sərəncamında, miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, Bakı şəhəri Binəqədi rayonu X3 1123/1 nömrəli 30 avqust 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı2 ayrılmış 600 m2 və Bakı şəhəri Binəqədi rayonu X3 210 nömrəli 06 mart 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı1 ayrılmış 300 m2 torpaq sahələri Bakı şəhəri Binəqədi rayonu X3 903/2 nömrəli 27 may 2004-cü il tarixli sərəncamına əsasən X11 ayrılmış 400 m2 torpaq sahəsinin üzərinə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 10/3887 saylı məhkəmə tikinti-texniki ekspertizası rəyindən görünür ki, Daşınmaz əmlakın kadastrı və Ünvan Reyestri xidmətinin Geodeziya işlərinin təsviri və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, X3 1123/1 nömrəli 30 avqust 2004-cü il tarixli sərəncamında, Bakı şəhəri X3 210 nömrəli 06 mart 2006-cı il tarixli sərəncamında, Bakı şəhəri X3 903/2 nömrəli 27 may 2004-cu il tarixli sərəncamında, miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, Bakı şəhəri Binəqədi rayonu X3 1123/1 nömrəli 30 avqust 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı2 ayrılmış 600 m2 və Bakı şəhəri Binəqədi rayonu X3 210 nömrəli 06 mart 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı1 ayrılmış 300 m2 torpaq sahələri Bakı şəhəri Binəqədi rayonu X3 903/2 nömrəli 27 may 2004-cü il tarixli sərəncamına əsasən X11 ayrılmış 400 m2 torpaq sahəsinin üzərinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Lakin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan iddiaçılar ona Binəqədi rayonu X3 06 mart 2006-cı il tarixli, 210 nömrəli və 2123/1 saylı 30 avqust 2004-cü il tarixli sərəncamları ilə əsasında onlara ayrılmış 300 m2 və 600 m2 torpaq sahələrinin ayrılmasını sübuta yetirsələr də, cavabdehin həmin torpaq sahəsinin bir hissəsini zəbt etmiş olduğunu sübut edə bilmədiyindən onun iddiası əsaslı hesab ediliərək təmin oluna bilməz. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu X1rşı “torpaq sahəsinin qanunsuz sahiblikdən alınması,torpaq sahəsinin boşaldılması, cavabdehin məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin onun vəsaiti hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Zəngilan rayonundan məcburi köçkündürlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən və iddiaçılar məcburi köçkün olduğundan, tərəflərdən iş üzrə dövlət rüsumu və işə baxılması ilə əlaqədar olan digər məsrəflər tutulmamalıdır. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu X1rşı “torpaq sahəsinin qanunsuz sahiblikdən alınması,torpaq sahəsinin boşaldılması, cavabdehin məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin onun vəsaiti hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar