Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-508/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Xaçmaz rayon Qımıl-qışlaq bələdiyyəsinə qarşı torpağın qanunsuz sahiblikdən geri tələb edilməsi və torpağın boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Xaçmaz rayon Qımıl-qışlaq bələdiyyəsinə qarşı torpağın qanunsuz sahiblikdən geri tələb edilməsi və torpağın boşaldılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.İş materiallarında olan ********** qeydiyyat nömrəli, ************* reyestr nömrəli, ##.##.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2ndə yerləşən 2.41 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydiyyata alınmışdır. 3.İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı və qonşu torpaq mülkiyyətçilərinin faktiki istifadəsində olan torpaq sahələrində ölçü işlərinin aparılması ilə bağlı yerində baxış keçirilmiş və qonşu torpaq mülkiyyətçiləri ilə aralarında mübahisə halları mövcud olduğu məlum olmuşdur. Faktiki vəziyyətdə təsərrüfatdaxili yolun və qonşu torpaq sahələrinin ölçülməsinə şərait yaradılmadığı üçün TEKUİS məlumatlarında düzəliş edilməsi mümkün olmamışdır. 4.İş materiallarında olan cavabdeh cavabdeh2 etiraz ərizəsindən görünür ki, iddiaçının tələb etdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin çıxarışını ##.##.2023cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin * saylı Ərazi İdarəsindən almışdır. Onun xüsusi mülkiyyətidir. O, heç kəsin torpağını zəbt etməmişdir. Əksinə ona verilmiş 0.95 ha torpaq sahəsinin təxminən 0.20 ha hissəsi iddiaçının ərazisinə düşür. Bütün bunlar ekspertiza təyin edilsə üzə çıxacaqdır. Bu səbəbdən də iddiaçının iddiasına etiraz edərək bildirir ki, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Əksinə o onun torpaq sahəsini zəbt etmişdir. Ona görə də düşünür ki, payların müəyyən edilməsi məsələsində ekspert təyin olunsa məlum olacaq ki, həqiqətəndə o iddiaçının payını zəbt etməmiş, əksinə iddiaçı ona məxsus torpaq sahəsindən zəbt edərək mənimsəmişdir. 5.İş materiallarında olan ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ##.##.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Çaykənarı kəndində yerləşən 0.95 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə cavabdeh2 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. 6.İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ##.##.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 2.41 ha torpaq sahəsinin sərhədləri müəyyən edilsmişdir. (sxem əlavə olunur). 2. RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ##.##.2017-ci i! tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 2.41 ha torpaq sahəsinin plan-ölçüsündə olan koordinatlarına əsasən 0.19 ha hissəsi cavabdehin sənədi ilə üst-üstə düşür və cavabdeh tərəfindən istifadə olunur. Torpaqların elektron kadastr üçot informasiya (TEKUİS) sisteminə oian vəziyyətə isə üst-üstə düşmür və cavabdeh tərəfindən istifadə olunmur, 3, Sxem əlavə olunub. 4, ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 2.41 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə gediş-gəliş yolundan(torpaq sahəsinin şərq tərəfindən) istifadəsinə cavabdehlər tərəfindən maneçilik törədilir. 7.İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ##.##.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 2.41 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ##.##.2017-ci i! tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 2.41 ha torpaq sahəsinin plan-ölçüsündə olan koordinatlarına əsasən 0.19 ha hissəsi cavabdehin sənədi ilə üst-üstə düşür və cavabdeh tərəfindən istifadə olunur. Torpaqların elektron kadastr üçot informasiya (TEKUİS) sisteminə oian vəziyyətə isə üst-üstə düşmür və cavabdeh tərəfindən istifadə olunmur. ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 2.41 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə gediş-gəliş yolundan (torpaq sahəsinin şərq tərəfindən) istifadəsinə cavabdehlər tərəfindən maneçilik törədilir. 8.Birinci instansiya məhkəməsində icraat 9.İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq Hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reystrindən, ************* qeydiyyat nömrəli, ##.##.2017-ci tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Alekseyevka kəndində yerləşən, onun mülkiyyətində olan 2.41 ha torpaq sahəsinin zəbt edilmiş 1 ha hissəsinin cavabdehlərin zəbtindən azad edilməklə onların qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması və torpaq səhəsinin boşaldılması, cavabdehlər tərəfindən onun torpaq sahəsinə daxil olmağına olan maneçiliklərə son qoyulması və cavabdehlərdən ödənilmiş 100 manat dövlət rüsumunun və 300 manat hüquqi yardıma görə ödənilən məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************* qeydiyyat nömrəli, ##.##.2017-ci il tarixli çıxarışa əsasən ünvan 2ndə yerləşən 2.41 ha kənd təsərrüfatı torpaq torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdehlər yuxarıda qeyd edilən çıxarış ilə ona məxus torpaq sahəsininin 1 ha hissəsini zəbt etməklə özünün qanunsuz sahibliyində saxlamaqdadır. Cavabdehlər ona aid olan torpaq sahəsini bilərəkdən zəbt edib istifadə etdiyindən ona aid olan torpaq sahəsindən stifadə hüququndan məhrum olmuşdur. Uzun illərdir ki, o, torpaq sahəsinin vergisini ödəyir. Həmin torpaq sahəsi hal-hazırda cavabdehlərin istifadəsindədir. Cavabdehlərə dəfələrlə ona məxsus olan torpaq sahəsini qaytarmaq ilə bağlı müraciət etsə də ancaq cavabdeh buna məhəl qoymayaraq zor tətbiq göstərərək torpaq sahəsini geri qaytarmır. Cavabdehlərdən ona məxsus olan torpaq sahəsini geri istəyəndə torpaq sahəsini qaytarmayacağını bildirmişdir. Torpaq sahəsindən istifadə edə bilmir, cavabdehlər onun torpaq sahəsinə daxil olmağına maneçiliklər yaratmaqdadır. Ona mülkiyyətinə daxil olmağa imkan vermir. Hesab edir ki, mülkiyyətində olan daşınmaz əmlak cavabdehlərin qanunsuz sahibliyindən ona geri qaytarılmalı və onun mülkiyyətinə daxil olmağa yaradılan manelər aradan qaldırılmalıdır. 11.Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq X7, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE00000000000002088501 hesaba köçürülməsi qət edilmişdir. (hakim Sərxan Səmədzadə) 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.1, 152.2, 152.3, 157.2 və 157.5-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 13.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 14.Apellyasiya şikayətinin dəlilləri 15.İddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsi tərəfindən *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixdə qəbul edilmiş Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi tam şəkildə ləğv edilməsini, birinci instansiya müəyyən olunmuş sübutlarla və hallarla yeni qətnamə qəbul edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 16.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə Xaçmaz rayon Məhkəməsinin 2(067)-314/2025 nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsini ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qeyd edir ki, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ##.##.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 2.41 ha torpaq sahəsi onun mülkiyyətindədir. RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ##.##.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, onun mülkiyyətində (qanuni istifadəsində) olan 2.41 ha torpaq sahəsinin plan-ölçüsündə olan koordinatlarına əsasən 0.19 ha hissəsi cavabdehin sənədi ilə üst-üstə düşür və cavabdeh tərəfindən istifadə olunur. Torpaqların elektron kadastr üçot informasiya (TEKUİS) sisteminə olan vəziyyətə isə üst-üstə düşmür və cavabdeh tərəfindən istifadə olunmur, ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 2.41 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə gediş-gəliş yolundan(torpaq sahəsinin şərq tərəfindən) istifadəsinə cavabdehlər tərəfindən maneçilik törədilir. Məhkəmə prosesi zamanı mütəxəsiss Mütəxəssis tərəfindən rəy verdikdən sonra cavabdeh2 və onunla qonşu digər torpaq sahəsi mülkiyyətçisi X2 müraciəti əsasında mübahisə predmeti olan torpaq sahələrinin koordinatları dəyişdirilmiş, onun mülkiyyətində olan 2,41 ha torpaq sahəsindən onun təyinatı üzrə gediş-gəliş yolu X2 mülkiyyətinə verilmişdir. DƏDKR Publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin sorğuya cavab olaraq verilmiş ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahələri ilə bağlı vətəndaş X2 müraciəti əsasında torpaqların elektron kadastrı uçot informasiya sistemində (TEKUİS) düzəlişlər aparılmışdır. İndi mübahisə predmeti olan yol TEKUİS xəritələrinə əsasən dəyişdirilmişdir və yolun hansı tərəfdə yerləşməsi artıq məlum deyildir. Amma yolun kimin tərəfindən, kimin xeyrinə dəyişdirilməsi məlum deyil. Ona görə də yenidən mütəxəssis və ekspert rəyi almalıdırlar. Məhkəmədə çıxış edərkən artıq dəyişiklik olduğu üçün iddiaçı tərəfindən ekspert rəyinin əsaslı olmadığı və obyektiv həqiqəti əks etdirmədiyi iddiaçı tərəfindən vurğulanmışdır. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi mötəbərdir. Məhkəmə əlavə və təkrar ekpertiza təyin etməməklə onun hüquqlarını pozmuş, ədalətli məhkəmə araşdırması həyata keçirməmişdir. Həmçinin onun qanuni gediş-gəliş yolu bağlanmışdır. Hesab edir ki,yenidən məhkəmə tərəfindən əlavə və ya təkrar ekpertiza təyin edilməlidir. Xaçmaz rayon Məhkəməsi əlavə ekspertiza təyin etmədən, yeni rəy olamadan qanunamüvafiq olmayan yekun qərar vermişdir. Yuxarıda göstərilənlərə əsasən Xaçmaz rayon Məhkəməsi qəbul edilmiş, Xaçmaz rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi tam şəkildə ləğv edilməli, birinci instansiya müəyyən olunmuş sübutlarla yeni qətnamə qəbul edilməli və onun tərəfindən qaldırılmış iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim onun hüquq və vəzifələrini izah etməmiş, görüləcək və görülməyəcək hərəkətlərin nəticəsi barədə onu xəbərdar etməmişdir. Hesab edir ki,öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Hakim işə obyektiv, qərəzsiz və hərətfli baxmamışdır. Sübutları araşdırmamışdır. O, öz faktlarını hesab edir ki, sübut etmişdir. Qeyd edir ki, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ##.##.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 2.41 ha torpaq sahəsi onun mülkiyyətindədir. RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ##.##.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, onun mülkiyyətində (qanuni istifadəsində) olan 2.41 ha torpaq sahəsinin plan-ölçüsündə olan koordinatlarına əsasən 0.19 ha hissəsi cavabdehin sənədi ilə üst-üstə düşür və cavabdeh tərəfindən istifadə olunur. Torpaqların elektron kadastr üçot informasiya (TEKUİS) sisteminə olan vəziyyətə isə üst-üstə düşmür və cavabdeh tərəfindən istifadə olunmur, ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 2.41 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə gediş-gəliş yolundan (torpaq sahəsinin şərq tərəfindən) istifadəsinə cavabdehlər tərəfindən maneçilik törədilir. Məhkəmə prosesi zamanı mütəxəsiss Mütəxəssis tərəfindən rəy verdikdən sonra cavabdeh2 və onunla qonşu digər torpaq sahəsi mülkiyyətçisi X2 müraciəti əsasında mübahisə predmeti olan torpaq sahələrinin koordinatları dəyişdirilmiş, onun mülkiyyətində olan 2,41 ha torpaq sahəsindən onun təyinatı üzrə gediş-gəliş yolu X2 mülkiyyətinə verilmişdir. DƏDKR Publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin sorğuya cavab olaraq verilmiş ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahələri ilə bağlı vətəndaş X2 müraciəti əsasında torpaqların elektron kadastrı uçot informasiya sistemində (TEKUİS) düzəlişlər aparılmışdır. İndi mübahisə predmeti olan yol TEKUİS xəritələrinə əsasən dəyişdirilmişdir və yolun hansı tərəfdə yerləşməsi artıq məlum deyildir. Amma yolun kimin tərəfindən, kimin xeyrinə dəyişdirilməsi məlum deyil. Ona görə də yenidən mütəxəssis və ekspert rəyi almalıdırlar. Məhkəmədə çıxış edərkən artıq dəyişiklik olduğu üçün iddiaçı tərəfindən ekspert rəyinin əsaslı olmadığı və obyektiv həqiqəti əks etdirmədiyi iddiaçı tərəfindən vurğulanmışdır. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi mötəbərdir. Məhkəmə əlavə və təkrar ekpertiza təyin etməməklə onun hüquqlarını pozmuş, ədalətli məhkəmə araşdırması həyata keçirməmişdir. Həmçinin onun qanuni gediş-gəliş yolu bağlanmışdır. Hesab edir ki, yenidən məhkəmə tərəfindən əlavə və ya təkrar ekpertiza təyin edilməlidir. Xaçmaz rayon Məhkəməsi əlavə ekspertiza təyin etmədən, yeni rəy olamadan qanunamüvafiq olmayan yekun qərar vermişdir iddiaçı olaraq onun hər hansı sübutu təqdim etməmişdir hissəsi yalandır. Qeyri-mötəbər ziddiyətli qətnamə məhkəmə yazmışdır. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim onun hüquq və vəzifələrini izah etməmiş, görüləcək və görülməyəcək hərəkətlərin nəticəsi barədə onu xəbərdar etməmişdir. Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Hakim işə obyektiv, qərəzsiz və hərtətfli baxmamışdır, sübutları araşdırmamışdır. O, öz faktlarını hesab edir ki, sübut etmişdir. 17.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 18.Cavabdehin cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, verilmiş apellyasiya şikayətinə etiraz edirlər. Belə ki, hazırki iddiaçı onların torpaq sahəsini zəbt etdiyi üçün tərəflərindən mülki qaydada məhkəməyə müraciət olunmuşdur.(iş hazırda Sərxan Səmədzadənin icraatındadır.) həmin iş üzrə mütəxəsis rəyindən də görünür ki, onlar onun torpağını deyil o, onların torpağını zəbt etmişdir. (rəy əlavə edilir) hazırda apellyatorun şikayət verməyinə səbəb vaxt uzatmaqdan başqa bir şey deyil. Göstərilənləri nəzərə alaraq xahiş edirlər ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilsin. 19.Apellyasiya icraatı iştirakçılarının izahatları 20.Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 21.Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 22.Tətbiq edilən hüquq 23.Azərbaycan Respublikası Konstitusiyası 24.Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 25.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 26.Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolu: 27.Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 28.Azərbaycan Respublikası Mülki Məcəlləsi 29.Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 30.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 31.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 32.Azərbaycan Respublikası Torpaq Məcəlləsi 33.Maddə 49.1 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 34.Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə 36.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 39.Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 40.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 42.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 44.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 45.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 46.Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 47.Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 48.Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 49.Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 50.Apellyasiya baxışının hədləri 51.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 52.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 53.Apellyasiya şikayətindən görünür ki, iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə mübahisləndirdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. 54.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 55.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 56.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 57.Məhkəmə kollegiyası əvvəla iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, hesab edir ki, ekspert rəyi ilə Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı i tarixli *** nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUIS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatları nəzərə alınmaqla, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən sahiblik və faktiki istifadə edilməsi müəyyən olunmamışdır. 58.Kollegiya izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 59.Belə olan halda apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 60.Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 61.Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir. 62.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 63.Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir. 64.Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. 65.Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 66.Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 67.Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 68.Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir. 69.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. 70.Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarı). 71.Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 72.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. 73.Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. 74.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 75.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-508/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-508/2026
01.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver