Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3765/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu Imanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin və ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində 0,12 ha torpaq sahəsindən (*** nömrəli bağ sahəsi) çıxarılması, cavabdeh tərəfindən qanunsuz şəkildə inşa edilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, həmin torpaq sahəsində iddiaçı tərəfindən aparılacaq tikinti işlərinə maneələrin törədilməsinin cavabdehə və onun ailə üzvlərinə qadağan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh və ailə üzvləri Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində 0,12 ha torpaq sahəsindən (*** nömrəli bağ sahəsi) çıxarılması, cavabdeh tərəfindən qanunsuz şəkildə inşa edilmiş hasar cavabdehin vəsaiti hesabına sökülməsi, həmin torpaq sahəsində iddiaçı tərəfindən aparılacaq tikinti işlərinə maneələrin törədilməsi cavabdehə və onun ailə üzvlərinə qadağan olunması qət edilmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qiyabi qətnaməsini ləğv edib və mülki işi təzələyərək mahiyyəti üzrə baxışa təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, hasarın cavabdehin hesabına sökülməsi, tikinti işlərinə maneələrin törədilməsi ailə üzvlərinə qadağan olunması» tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qiyabi qətnaməsinin ləğv edilməsinə dair cavabdeh Cavabdeh ərizəsi təmin edilməmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qiyabi qətnaməsi X1 tərəfindən şəxsən ##.##.2021-ci il tarixdə alınmadığından, həmin imzanın ona məxsus olmadığını ekspertiza vasitəsilə yoxlanılması və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsininin *(***)-****/**** saylı ## #### 2026-cı il qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün *(***)-****/**** nömrəli mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə əsasən Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Iş materiallarına əlavə edilmiş qətnamənin Cavabdeh göndərilməsi barədə xəbərnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qiyabi qətnaməsini cavabdeh Cavabdeh şəxsən ##.##.2021-ci il tarixdə imzalayaraq qəbul etmişdir. Cavabdeh ərizəyə əlavə etmiş olduğu qəbzin surətindən görünür ki, o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qiyabi qətnaməsini ##.##.2026-cı il tarixdə təhvil almışdır. Göründüyü kimi, sözügedən qətnamə cavabdehə ilk dəfə ##.##.2021-ci il tarixdən təqdim edilsə də, cavabdeh qanunla nəzərdə tutulan 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün ərizə ilə məhkəməyə müraciət etməmiş, yalnız həmin qətnamədən 4 ildən artıq vaxt keçdikdən sonra qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ilə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən haqlı olaraq qiyabi qətnamənin ləğv edilməsi haqqında cavabdeh Cavabdeh ərizəsinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd olunanlar yuxarıda göstərilənlərlə təkzib olunur və mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-3765/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3765/2026
25.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver