Məhkəmə qərarları › İş №2(001)-590/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-590/2022

18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-590/2022 18.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”-nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 26 may 1955-ci il təvəllüdlü X3 02 sentyabr 2021-ci il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası 26 may 1955-ci il təvəllüdlü X6 17 sentyabr 2021-ci il tarixdə evdə vəfat etmişdir və həmin vaxt təcili tibbi yardım çağırılmışdır. BST və TTYS-nin 11 saylı bölməsi tərəfindən xx.xx.2021-ci il tarixdə xəbərdarlıq vərəqəsi verilmişdir və xəbərdarlıq vərəqəsində həkiməqədər ölüm, kişi cinsində meyit aşkar edilməsi göstərilmişdir. Mərhum X1 qəsəbəsi qəbirstanlığında dafn edilib və bu barədə xx.xx.2021-ci il tarixli Suraxanı rayonu Bülbülə Bələdiyəsi tərəfindən arayış verilmişdir.. O xx.xx.2021-ci il tarixli TTYS haqqında xəbərdarlıq vərəqəsi ilə Bakı şəhəri, Baş Səhiyyə İdarəsi 9 saylı Şəhər Poliklinikasına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Poliklinika tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavabda mərhum atasını poliklinikaya hər hansı xəstəliklə müraciət etmədiyindən və ona amblator karta açılmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmaması göstərilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə 15 oktyabr 2021-ci il tarixdə cavab verilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda ərizəçi iddia ərizəsində ölüm tarixinin səhv qeyd edildiyini bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Alıyev Safalı ifadəsində bildirmişdir ki, ərizəçini və onun atasının tanıyır. Onlar qonşudurlar.O, Bakı şəhəri ünvan 1 ünvanında yaşayır. Rəsul Qurbanov 17 sentyabr 2021-ci il tarixində saat 10-11 radələrində vəfat etmişdir. O, həmin vaxt şəhərdə olmuşdur. Lakin qayıdanda onun öldüyünü görmüş və yasında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, o, ərizəçini və mərhum Rəsulu tanımışdır. Belə ki, onlar qonşudurlar. O, ərizəçi ilə 10 ildir ki, eyni binada kirayə yaşayır. Rəsul Qurbanov 17 sentyabr 2021-ci il tarixində vəfat etmişdir. Həmin vaxt özü işdə olmuşdur. Lakin saat 7-də işdən qayıdanda Rəsul kişinin vəfat etdiyini bilmişdir. Zaurla görüşüb ona baş sağlığı vermişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Gədəbəy rayon Dəyəqarabulaq kənd soveti tərəfindən verilən X-ЖГ seriyalı, №431706 saylı doğum haqqında şəhadətnaməsindən görünür ki, Ərizəçi atası X4r. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1955-ci il tarixində Gədəbəy rayonunda doğulmuşdur. Bülbülə Bələdiyyəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixdə verilən 254 saylı arayışdan görünür ki, X1 qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının BŞT vəTTYS 11 saylı bölməsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixində saat 16:55-də X5 məxsus kişi cinsində meyid aşkarlanmışdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilən xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatın qaydası”–nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəsisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi sənəd təqdim edilmədiyi üçün X2nun adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı ölüm haqqında şəhadətnamə alınması barədə ərizəsi təmin edilə bilmir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2021-ci il tarixli, 276 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan X6 xx.xx.2021-ci il tarixində ünvan 4 ünvanında saat 16:55-də rəhmətə getmişdir. R.Qurbanovun Bakı şəhəri, Binəqədi rayonu, 9 nömrəli şəhər poliklinikasına heç bir xəstəliklə müraciəti olmadığı üçün və ona ambulator karta açılmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi X2nun oğludur. X3 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi, təqdim edilən arayış, ölüm haqqında xəbərdarlıq vərəqəsi, həmçinin şahid ifadələri ilə sübut olunur. Ərizəçi atasının vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölüm haqqında şəhadətnaməsini almaq, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələləri həll etmək üçün lazımdır. Eyni zamanda nəzərə alınmalıdır ki, ərizəçi ölüm tarixi barədə iddia ərizəsində texniki səhv olaraq atasının xx.xx.2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsini xahiş etmiş, sonradan verdiyi izahatıyla həmin qeydin səhvən yazıldığını bildirmişdir. Odur ki, Ərizəçi atası 26 may 1955-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 26 may 1955-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 may 1955-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar