Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5901/2020 06.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölüm faktının müəyyən edilməklə, müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən, əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün iddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, bu qəbildən olan işlərə ərizəçilərin və maraqlı şəxslərin iştirakı ilə xüsusi icraat qaydasında baxılır və bu zaman hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyi təqdirdə ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarılır. Bu da artıq həmin məsələ ilə bağlı ümumi əsaslarla iddia verilməsini şərtləndirir. Lakin iddiaçının hazırki məsələ ilə bağlı ilk olaraq məhkəməyə ərizə verməsi və həmin ərizənin hüquq haqqında mübahisə olması əsası ilə baxılmamış saxlanılması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Beləliklə, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, Ərizəçi qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra hazırki məsələyə xüsusi icraat qaydasında baxılması üçün maraqlı şəxsi də cəlb etməklə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi, əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Ərizəçi qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra hazırki məsələyə xüsusi icraat qaydasında baxılması üçün maraqlı şəxsi də cəlb etməklə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-5901/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5901/2020
06.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver