Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5950/2024 30.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs1 cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2024-cü il tarixində, Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X1 oğludur. X14 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, həmin tarixdə Sulutəpə qəbristanlığında dəfn olunmuşdur. Ölümündən qabaq təcili yardıma zəng vursalar da, təcili yardım gələnə qədər artıq atası vəfat etmişdi. Bu səbəbdən dolayı təcili yardım xidməti həkiməqədər ölüm səbəbi ilə ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib etmiş və 35 nömrəli şəhər poliklinikası bu səbəbə görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Ölüm faktı dövlət orqanları tərəfindən qeydə alınmadığı üçün ölüm haqqında şəhadətnamə də verilmir. Belə olan halda atasından miras qalan əmlak üzrə vərəsəlik işinin açılması mümkün olmur. Bilindiyi kimi vərəsəlik işinin açılması üçün ölüm haqqında şəhadətnamə tələb edilir. Ona görə də müvafiq dövlət orqanları vasitəsilə ölüm haqqında şəhadətnaməni ala bilmədiyi üçün məhkəmə vasitəsilə ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs1 nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, o, ərizəçinin yaxın dostudur və ailə münasibətləri çox yaxşıdır. Əhliman müəllim xəstə idi, o məzuniyyətdə olan vaxt xx.xx.2024-cü il tarixdə evdə vəfat etmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçinin dostudur, uzun müddət birlikdə işləyiblər. Pəhlivanın atası Əhliman müəllim xəstə idi, o, xx.xx.2024-cü il tarixdə evində vəfat etmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, ərizəçinin ailəvi dostudur. Pəhlivanın atası Əhliman müəllim uzun müddətdir qaraciyər və böyrəklərində olan xəstəliklərdən əziyyət çəkirdi. O, xx.xx.2024-cü il tarixdə evində vəfat etmiş və Sulutəpə qəbrstanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan: Xİİ-ЖГ seriyalı 477198 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi atası X4, anası X6r. AZE 16227582 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1956-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Təcili və X11 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 04:25-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 8 ünvanında X1 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Bakı şəhəri Maraqlı şəxs1 Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun vəfat edən atası - X5 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Atasının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. 35 nömrəli şəhər poliklinikasının Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X2 poliklinikaya heç bir xəstəliklə bağlı müraciəti qeydə alınmamışdır. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi imkanları xaricindədir. Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon Bölməsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 8 ünvanında məcburi köçkün kimi qeydiyyatda olmuş, məskunlaşmışdır. Xocəsən Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli yazılı məlumatından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Sulutəpə qəbirstanlığında dəfn edilmişdir. Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Ərizəçi məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin atası - xx.xx.1956-cı il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Binəqədi rayonunda ev şəraitində vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1956-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Binəqədi rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Binəqədi rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5950/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5950/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver