Məhkəmə qərarları › İş №2(001)-5960/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5960/2024

02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5960/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X11 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi Əlisəfa qızının iştirakı ilə X2 20 avqust 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi Əlisəfa qızının ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə Ərizəçi Əlisəfa qızı ərizə ilə məhkəməyə müraciət edərək 20 noyabr 1953-cü il təvəllüdlü anası X2 20 avqust 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, X4 20 avqust 2024-cü il tarixdə vəfat etmiş, Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi anasına aid ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Həm tibb müəssisəsi, həm də qeydiyyat şöbəsi şəhadətnamə verməkdən imtina etmişlər. Buna görə də, ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi Əlisəfa qızı ərizədə göstərilənləri təsdiq edərək, əlavə olaraq bildirdi ki, mərhum anası ürək xəstəsi olmuş, ürəyinə 2 ədəd stend qoyulmuşdu. 20 avqust 2024-cü il tarixdə anası yaşadıqları evdə qəfil vəfat etmiş, təcili yardım gəlsə də, kömək olmamışdır. Vəfat etdikdən sonra Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Bundan sonra o, anasına aid ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, oradan ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuşdur. O, tibb müəssisəsinə müraciət edərək, ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etsə də, müraciətinin icrasından imtina olunmuşdur. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək maraqlı şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 noyabr 1953-cü il təvəllüdlü Ərizəçi Əlisəfa qızı X2 övladıdır. 20 avqust 2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi”ndən görünür ki, ünvan 1 ünvanında X2 meyiti aşkar edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Vətəndaşlara Xidmət İdarəsinin 26 avqust 2024-cü il tarixli arayışında göstərilmişdir ki, X4 20 avqust 2024-cü il tarixdə vəfat etmiş, Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli arayışda göstərilmişdir ki, “20 aprel 2024-cü il tarixdə vəfat etmiş X4 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinizə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Rəhmətə gedənin adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni hazırda təmin edə bilmirik.” “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X13 35 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli arayışda göstərilmişdir ki, “35 nömrəli Şəhər Poliklinikasında heç bir müraciəti qeydə alınmadığına görə xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 barəsində tərəfimizdən ölüm haqqında şəhadətnamə təqdim olunması mümkün deyil.” Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X1 Mabilə Bahəddin qızının ev şəraitində, öz əcəli, əziyyət çəkdiyi ürək xəstəliyindən 20 avqust 2024-cü il tarixdə vəfat etməsini bildirmişlər. Tətbiq edilən hüquq: Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi Əlisəfa qızının rəizəsi təmin edilməli, tədqiq edilmiş sənədlərlə tam sübuta yetirildiyindən onun anası X2 20 avqust 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. 20 noyabr 1953-cü il tarixdə doğulmuş X2 20 avqust 2024-cü il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar