Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5979/2025 09.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya təşkilatında 31 iyul 2025-ci il tarixli Barışıq sazişi bağlanaraq birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılmasına və 2-ci tərəfin uşaqlarla ünsiyyətdə olmasına razılaşmışlar. Maraqlı şəxs 31 iyul 2025-cü il tarixli barışıq sazişini icra etməmiş birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılması barədə razılıq şərtini 2-ci tərəf Maraqlı şəxs xx.xx.2025-ci il tarixində uşaqları verməklə icra etməli olduğu halda, icra etməmişdir. Bu səbəbdən saziş 1-ci bəndi məcburi icra olunması üçün məhkəmə qətnaməsi ilə təsdiq edilməsi zəruridir. Göstərilənlərə əsasən onunla Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 31 iyul 2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin iştirakını təmin etməmiş) və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, maraqlı şəxsin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00850 saylı Barışıq sazişindən göründüyü kimi, həmin saziş mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və həmin sazişdə aşağıdakılar göstərilmişdir: “ 1) (uşaqların atanın himayəsində saxlanılması tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs uşaqların atanın himayəsində saxlanılması tələbi üzrə birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılması barədə razılığa gəldilər. 2-ci tərəf Maraqlı şəxs xx.xx.2025-ci il tarixində birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 1-ci tərəf Ərizəçi təhvil verməklə sazişin şərtini icra edir. 2) (uşaqlarla ünsiyyət tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə uşaqlarla ünsiyyət tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən 1-ci tərəf Ərizəçi birgə nikahdan anadan olan uşaqları xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatana kimi anaları 2-ci tərəf Maraqlı şəxs ilə hər şənbə səhər saat 10:00-dan bazar günü saat 17:00-akimi, bayram günlərində isə bayram günlərinin ümumi sayı nəzərə alınmaqla yarı hissəsi anası 2-ci tərəf Maraqlı şəxs ilə ünsiyyətdə olmasına şərait yaradır. 3) Tərəflərin 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs uşaqların saxlanılması ilə əlaqədar bir-birlərinə qarşı aliment tələbləri yoxdur”. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəHər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəHər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 oktyabr tarixli Qərarının tətbiqi ilə bağlı həyata keçirilmiş məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, - məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar. - Məhkəmələr nəzərə almalıdır ki, ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir. - Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər. Beləliklə, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00850 saylı Barışıq sazişinə əsasən tərəflər birgə nikahdan doğulmuş uşaqların valideynlərdən kimin yanında qalmasına, həmçinin valideynləri ilə uşaqların görüş zamanına dair razılığa gəldiklərindən, sözügedən saziş heç bir şəxsin qanuni maraq və mənafelərinə toxunmadığından məhkəmə qaydasında təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Nəticə hissəsi QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00850 saylı“ Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “ 1) Tərəflər 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs uşaqların atanın himayəsində saxlanılması tələbi üzrə birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılması barədə razılığa gəldilər. 2-ci tərəf Maraqlı şəxs xx.xx.2025-ci il tarixində birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 1-ci tərəf Ərizəçi təhvil verməklə sazişin şərtini icra edir. 2) Tərəflər 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə uşaqlarla ünsiyyət tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən 1-ci tərəf Ərizəçi birgə nikahdan anadan olan uşaqları xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 xx.xx.2025ci il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatana kimi anaları 2-ci tərəf Maraqlı şəxs ilə hər şənbə səhər saat 10:00-dan bazar günü saat 17:00-akimi, bayram günlərində isə bayram günlərinin ümumi sayı nəzərə alınmaqla yarı hissəsi anası 2-ci tərəf Maraqlı şəxs ilə ünsiyyətdə olmasına şərait yaradır. 3) Tərəflərin 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs uşaqların saxlanılması ilə əlaqədar bir-birlərinə qarşı aliment tələbləri yoxdur”. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-5979/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5979/2025
09.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver