Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6006/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçinın nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və qeyrilərinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs4na qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü X3 xx.xx.1962-ci il tarixdə vəfat etməsi ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci il tarixli, 19806 saylı order əsasında Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 63, 33 saylı mənzil atası X7 ailə üzləri ilə birlikdə istifadəsinə verilmişdir. Yuxarıda qeyd olunan order əsasında X2, Rzayeva (Hüseynova) Saida İsmayıl qızı, X8 və özü həmin ünvanda qeydiyyata düşmüşlər. X8 order aldıqdan iki ay sonra, yəni xx.xx.1962-ci il tarixdə rəhmədə getmiş və həmin vaxt bununla bağlı sənədləşmə işi aparılmamışdır. 2022-ci il tarixdə məhrum atasından qalan mənzilin özgəninkiləşdirilməsi zamanı məlum olmuşdur ki, X3 nə doğum, nə də ölüm haqqında qeydiyyatı aparılmamışdır. Doğumun qeydə alınması ilə bağlı müvafiq qurumlara müraciət etmiş, X3 doğum qeydi aşkar edilmiş, bununla bağlı arayış təqdim edilmişdir. Ölümün qeydə alınması ilə bağlı Bakı şəhəri Maraqlı şəxs1nə rəsmi ərizə ilə müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili Vəkil ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər (nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.1962-ci il tarixli, 19806 saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 33 saylı mənzil X7 ailə üzləri ilə birlikdə istifadəsinə verilmişdir. - Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Ərizəçi verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilməmişdir. - Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 21 nömrəli Uşaq Poliklinikanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 21 saylı Uçaq poliklinikası 1985-ci ilin sentyabr ayında fəaliyyətə başladığından xx.xx.1961-ci il tarixdə anadan olmuş, 1962-ci il tarixdə vəfat etmiş X3 ölüm şəhadətnaməsi poliklinikanın arxivində olmaması qeyd edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X9 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X8 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2006-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 538 nömrə ilə qeyd edilmişdir Məhkəmənin iclasında iştirak edən şahidlər X2 və X5 eyni məzmunlu izahat verərək, X3 xx.xx.1962-ci il tarixdə vəfat etdiyini təsdiq etdilər. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndini, MPM-nin 307.1, 307.2.8 və 308-ci maddələrini nəzərə alaraq qeyd edir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi F.Rzayevanın ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin F.Rzayevanın ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X3 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X3 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi F.Rzayevanın ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.1962-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə anadan olmuş X3 xx.xx.1962-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-6006/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6006/2023
20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver