Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6012/2022 25.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, daha sonra isə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 11 avqust 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qardaşı X9 11 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Onun səhhətinin kəskin pisləşməsi səbəbi ilə 103 Təcili və X3 Xidmətinə müraciət etmişdir. Amma buna baxmayaraq qardaşının həyatını xilas etmək mümkün olmamışdır. Onun ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də, imtina almışdır. Mərhum qardaşını Biləcəri qəbiristanlığında dəfn etmişlər. Ölüm faktının təsdiq edilməsi vərəsəlik sənədləri üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, onun qardaşı X9 11 avqust 2022-ci il tarixdə Sumqayıt şəhərində küçədə gedərkən halı pisləşmiş və orada vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirmişdir ki, o, mərhum X6 qaynıdır. 11 avqust 2022-ci il tarixdə mərhumun telefonundan polis əməkdaşları onun nömrəsini taparaq ona zəng etmişlər. O, Sumqayıt şəhərində yaşayır. Dərhal qonşusu ilə Sumqayıt şəhərində yerləşəm morqa getmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində bildirmişdir ki, o, mərhumun qaynının qonşusudur. 11 avqust 2022-ci il tarixdə qonşusu X2 ona ölüm barədə xəbəri vermiş və onlar birlikdə Sumqayıt şəhərində yerləşəm morqa getmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində bildirmişdir ki, o, mərhum X6 dayısı oğludur. Mərhumun və ərizəçinin balaca qardaşı Fazil ona 11 avqust 2022-ci il tarixdə zəng edərək ölüm barədə xəbəri vermişdir. O, dərhal Bakıdan Sumqayıt şəhərinə getmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan: AA1477331 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 təvəllüdü 17 iyul 1961-ci ildir; “Sumqayıt tibb mərkəzi” X14 Təcili tibbi yardım stansiyası tərəfindən ərizəçiyə ünvanlanmış 12 avqust 2022-ci il tarixli, 1688 nömrəli məktubdan görünür ki, 11 avqust 2022-ci il tarixdə saat 21:40-da Sumqayıt şəhəri, 2-ci mikrorayon, 2-ci binanın həyəti ünvanına 1961-ci il təvəllüdlü X9 adına 57 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda yerdə uzanmış vəziyyətdə 1961-ci il təvəllüdlü X6 meyidi aşkar edilmişdir. Yaxınlarının deməsinə görə mərhum bir neçə il əvvəl “insult” keçirmişdir. Meyid üzərində başın sağ alın nahiyyəsində kəsilmiş yara qeyd olunurdu. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Ölüm hadisəsi barədə polisə məlumat verilmiş və meyit polis əməkdaşlarına təhvil verilmişdir. Sumqayıt şəhər prokurorluğunun böyük müstəntiqi Natiq Məmmədovun 12 avqust 2022-ci il tarixli arayışından görünür ki, X9 11 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “SƏBA” marketinin yaxınlığında öz əcəli ilə ölmüş, onun ölümü ilə bağlı heç kimin şikayəti və tələbi, həmçinin hər hansı şəxsin təqsiri, eləcə də ona sağlığında fiziki və psixi zor tədbiq edilməsi halı olmadığından ölümündə hər hansı cinayətin tərkib əlamətləri müəyyən edilməmişdir; Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 16 avqust 2022-ci il tarixli, 05/Q- 2493/13 nömrəli məktubdan görünür ki, onun 11 avqust 2022-ci il tarixdə vəfat edən qardaşı X10 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X7 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər; 12 sentyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəmədə qaldırılması üçün ərizəçi tərəfindən məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X9 11 avqust 2022-ci il tarixdə Sumqayıt şəhərində, küçə şəraitində vəfat etmiş, lakin ərizəçinin qardaşının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 29 may 1987-ci il təvəllüdlü X1 27 sentyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 17 iyul 1961-ci il təvəllüdlü X6 11 avqust 2022-ci il tarixdə Sumqayıt şəhərində, küçə şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6012/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6012/2022
25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver