Məhkəmə qərarları › İş №2(001)-6024/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6024/2021

27.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6024/2021 27.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, X2 23 iyun 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 27 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X2 23 iyun 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X7 ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ərizəçinin mərhum qardaşı 20 sentyabr 1956-cı il təvəllüdlü X4 “ürək” xəstəliyindən əziyyət çəkmişdir. 23 iyun 2021-ci il tarixdə qəfildən halı pisləşmiş, onlar təcili tibbi yardım çağırsalar da, yardım gələnədək qardaşı vəfat etmişdir. Evə gəlmiş həkim ərizəçinin qardaşının ölüm səbəbini müəyyən edə bilmədiyindən bu barədə xəbərdarlıq vərəqəsi vermişdir. Ərizəçinin qardaşı Bakı şəhərində “Keyrəki” qəbirstanlığından dəfn edilmişdir. Sonradan o, qeydiyyat şöbəsinə müraciət etdiyində qardaşının ölümü haqqında tibbi şəhadətnamə olmadığından faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məzmunlu cavab almış, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda A.B.Musayeva məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarımasını xahiş etdi. Mülki iş materiallarında olan: - Təcili və X5 Stansiyasının BŞT və TTYS 16 saylı bölmənin 23 iyun 2021-ci il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsi”nin surətindən görünür ki, həmin tarixdə, saat 11:30 dəqiqədə X1 rayonu, Görədil bağlarında vəfat etmişdir. - Bakı şəhəri Maraqlı şəxs 25.06.2021-ci il tarixli məktubundan görünür ki, X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi tövsiyyə edilmişdir. - Binəqədi Qəsəbə bələdiyyəsinin 02 iyul 2021-ci il tarixli, 1011 saylı arayışından görünür ki, X4 23 iyun 2021-ci il tarixdə Binəqədi qəsəbəsinin “Keyrəki” Qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin nümayəndəsinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X4 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X2 23 iyun 2021-ci il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 20 sentyabr 1956-cı il tarixdə anadan olmuş X2 23 iyun 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar