Məhkəmə qərarları › İş №2(001)-6097/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6097/2024

01.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6097/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Əkbərli X1 Məti Oleq oğlu ilə rəsmi nikahda olmuş və sonradan nikahları pozulmuşdur. Birgə nikah dövründə Kia Sportage minik markalı, 90TH749 dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Ərizəçi həmin avtomobilin bölünməsi üçün mediasiyaya müraciət etmiş və tərəflər arasında xx.xx.2023cü il tarixli, MŞB/16-001081 saylı barışıq sazişi bağlanmışdır. Mübahisə predmeti olan avtomobilin həmin vaxt bazar dəyəri 25000 manatdan yuxarı olsa da, əmlak bölgüsü ilə bağlı məhkəmə çəkişmələrinə sonrakı qiymətləndirmə və hərrac prossesinə uzun-uzadı vaxt sərf etməmək üşün cavabdehin təklifi ilə razılaşaraq ərizəçi həmin barışıq sazişini imzaladı və avtomobilin bazar dəyərindən asılı olmayaraq cavabdehin ona payının əvəzi olaraq 10000 manat verməsinə razı oldu. Barışıq sazişinə əsasən Maraqlı şəxs hər ay 2000 manat olmaqla xx.xx.2023-cü il tarixinə kimi 5 ay müddətində ərizəçiyə cəmi 10000 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin buina baxmayaraq, Saziş bağlandığı gündən 1 ildən çox vaxt keçsə də, hələ də Maraqlı şəxs üzərinə düşən öhdəliyi icra etməmişdir və görünən də odur ki, onun könüllü olaraq bu barışıq sazişini icra etmək niyyəti yoxdur. Ərizəçi nə xx.xx.2024-cü il tarixə, nə də ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında məhkəməyə bildirmişdir ki, hal-hazırda ərizənin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, o, barışıq sazişini icra etmiş və ərizəçiyə 10000 manat məbləğində pulu ödəmişdir. Maraqlı şəxs məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, o, ərizəçi ilə aralarında bağlanmış barışıq sazişi üzrə ərizəçiyə xx.xx.2023-cü il tarixdə 5005 manat, xx.xx.2024-cü il tarixdə 500 manat və xx.xx.2024-cü il tarixdə 4500 manat məbləğində pul ödəmişdir. Yəni hal-hazırda Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-001081 saylı barışıq sazişi (*Maraqlı şəxs Ərizəçi 10000 manat məbləğində pul ödəyəcəyinə dair) maraqlı şəxs tərəfindən tam həcmdə icra edilmişdir. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Ödəniş qəbzlərinin tarixlərindən göründüyü kimi, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinə hüquqi əsas olmuş (*sonuncu 4500 manat məbləğində ödəniş xx.xx.2024-cü il tarixdə - hazırkı ərizə məhkəməyə təqdim edildikdən sonra icra edilmişdir), lakin hal-hazırda ödənilməli olan məbləğ tam şəkildə ödənildiyindən, barışıq sazişinin təsdiq edilməsinə zərurət aradan qalxmışdır. Məhkəmə bu barədə ərizəçinin mövqeyini öyrənmək məqsədilə xx.xx.2024-cü il tarixdə məhkəmə iclasını təxirə salmış, lakin ərizəçi növbəti məhkəmə iclasına da gəlməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, zərurət aradan qalxdığından Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-001081 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-001081 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar