Məhkəmə qərarları › İş №2(001)-6132/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6132/2020

19.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6132/2020 19.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx xxxxxx 1956-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmuş X2 xx xxxxxx 2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası xx xxxxxx 1956-cı il təvəllüdlü X8 xx xxxxxx 2020-ci il tarixdə evdə vəfat etmişdir. Tərəfindən həmin vaxt təcili tibbi yardım çağırılmışdır və X6 Yardım Stansiyası tərəfindən xəbərdarlıq vərəqi verilmişdir. Xəbərdarlıq vərəqində qadın cinsli meyitin aşkar olunması göstərilmişdir. Lakin hüquqlarını bilmədiyindən o, 3 gün ərzində poliklinikaya müraciət etməmiş və həkimin ölüm haqqında tibbi şəhadətnaməsini almamışdır. O, bununla bağlı 15 saylı şəhər poliklinikasına müraciət etsə də, ona verilmiş cavabda X2 poliklinikaya müraciətinin qeydə alınmadığı və həkim müayinəsində olmadığı səbəbindən ölüm haqqında arayış verilməsinin mümkün olmadığı bildirilmişdir. Mərhum anası Kürdəmir rayonu Mollakənd kənd qəbristanlığında dəfn olunmuşdur . Bu barədə Mollakənd kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən arayış verilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət edilmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə ünvalayaraq, ərizəyə etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. X1 həmişə təzyiq problemi olmuşdur. O da tibb bacısı olduğuna görə mərhumun təzyiqini həmişə o, yoxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00-22:00 radələrində qonşusu Tərlan xanım ona bildirmişdir ki, mərhumun vəziyyəti pisdir, evinin qapıları bağılıdır, lakin pəncərədən evdə uzanıqlı vəziyyətdə olduğu görsənir. Onlar evə yaxınlaşmış, ərizəçi evin arxa pəncərəsindən içəri daxil olmuş və qapını açmışdır. Onlar evə daxil olanda artıq mərhum ölmüşdür. Respublikada yayılmış koronavirus epidemiyasına görə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar yas mərasimi verilməmişdir. Mərhum Kürdəmir rayonunda dəfn edilmiş, lakin o, dəfnə gedə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, mərhumun qardaşı qızıdır. O, Zabrat qəsəbəsində yaşayır. Tərlan xanım xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00-22:00 radələrində ona zəng vuraraq bildirmişdir ki, mərhumun vəziyyəti pisdir. O, həyat yoldaşı ilə mərhumun evinə gələndə görmüşdür ki, mərhum uzanaqlı vəziyyətdədir. Respublikada yayılmış koronovirus epidemiyasına görə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar yas mərasimi verilməmişdir. Mərhum Kürdəmir rayonunda dəfn edilmiş və o, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00-22:00 radələrində ərizəçi onun yanına gələrək bildirmişdir ki, evin qapısı bağlıdır və pəncərədən görünür ki, anası yerdə uzanıb. Ərizəçi evin arxa pəncərəsindən içəri girərək qapını açmış və onlar İfrat xanımın artıq rəhmətə getdiyini görmüşlər. Bununla bağlı tibbi yardıma zəng etmişlər. Respublikada yayılmış koronavirus epidemiyasına görə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar yas mərasimi verilməmişdir. Mərhum Kürdəmir rayonunda dəfn edilmiş, lakin o, dəfnə gedə bilməmişdir. İş materiallarında olan: AZE seriyalı, 08889680 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx xxxxxx 1956-cı il tarixdə Kürdəmir rayonunda doğulmuşdur; Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 23:16-da ünvan 2 ünvanında X2 meyidi aşkar edilmişdir; Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Mollakənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X8 vəfat edərək, xx xxxxxx 2020-ci il tarixdə Kürdəmir rayonu Mollakənd kəndində kəndə məxsus qəbirstanlıqda dəfn olunmuşdur. 15 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, X2 15 nömrəli şəhər poliklinikasına müraciəti qeydə alınmamış, həkim müayinəsində olmamışdır. Bu səbəbdən ölüm haqqında arayış vermək üçün ölümün səbəbini təsdiq edən sənəd olmadığı üçün ölüm haqqında arayış vermək imkanları xaricindədir; Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən X5 ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 05/Q-1962/13 nömrəli məktubdan görünür ki, onun xx xxxxxx 2020-ci il tarixdə rəhmətə gedən anası X8 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Anasının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin anası X8 xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında ev şəraitində ölmüş, lakin ərizəçinin anasının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1956-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1956-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar