Məhkəmə qərarları › İş №2(001)-6185/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6185/2025

17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6185/2025 17.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı mülki iş üzrə Açar sözlər: (şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçilər Ərizəçi1 Hüseyin oğlunun və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçilər Ərizəçi1 Hüseyin oğlu və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 19 noyabr 1943-cü il təvəllüdlü ögey qardaşı X7 ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, valideynləri X22 və X6 faktiki 1945-ci ildə ailə qurmuş və 26 aprel 1967-ci il tarixdə Bakı şəhəri, Maraqlı şəxsndə (keçmiş Bakı şəhəri, Kirov rayonu VVAQ bürosu) rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları, yəni onlar doğulmuşlar. X2 xx.xx.1978-ci il tarixdə, anaları X6 xx.xx.2005-ci il tarixdə vəfat etmişlər. Bundan başqa atasının vəfatından sonra ünvan 1 ünvanında yerləşən 30 saylı ev miras qalmış, həmin əmlakı onlar həm faktiki və notariat qaydada qəbul etmiş, bununla əlaqədar adına qanun üzrə vərəsəlik şəhadətnamə verilmiş və həmin şəhadətnamələr əsasında adına ünvan 2 ünvanında yerləşən 30 saylı evə dair çıxarış verilmişdir. Eyni zamanda miras əmlakın üzərində hər birinin 2/8 hissədə payı müəyyən edilmiş, bir pay isə atasının adına 2/8 hissədə açıq saxlanılmışdır. Atası birinci dəfə X8 ilə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri Kirov Xalq Məhkəməsinin xx.xx.1966-cı il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Həmin nikahdan bir övladı, xx.xx.1943-cü il təvəllüdlü X13 doğulmuşdur. Ögey qardaşları atasının dəfnində və yasında iştirak etməmişdir, 1987-ci ildə Rusiyaya köçüb getmiş, bir daha qayıtmamış, onlarla əlaqə saxlamamışdır. Hazırda onun 82 yaşı olmalıdır, lakin 40 il ərzində ondan xəbər olmamış, sağ olub-olmamasından məlumatsızdırlar. Ehtimal edirlər ki, vəfat edib. Çünki sağ olmuş olsaydı, məlumat verərdi. Azərbaycan Respublikası DİN Baş Paport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən sorğuya cavab olaraq verilən arayışa görə o, Azərbaycanda qeydiyyatda olmamış, yəni şəxsiyyət vəsiqəsi almamışdır. X17 Xidməti tərəfindən verilən sorğuya cavaba əsasən X7 bu günə qədər dəfn olunub-olunmaması, eyni zamanda kimsəsiz kimi dəfn olunub-olunmaması barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və X31 tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, 1943-cü il təvəllüdlü X13 xx.xx.2000-ci ildən bu günə qədər məhkəmə tibbi ekspertizalar, Bakı şəhərinin rayon, Sumqayıt Şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından keçməmişdir və s.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadə verərək bildirdi ki, ərizəçilərdən Hikmət onun yoldaşı, Fikrət isə qaynıdır. Ruslanı isə ümumiyyətlə görməmişdir.

6. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadə verərək bildirdi ki, ərizəçilərdən Fikrət onun yoldaşı, Hikmət isə qaynıdır. Ruslanı 1982-ci ildə 1-2 dəfə görmüş, daha sonra eşitmişdir ki, Rusiyaya getmişdir. Bundan sonra ondan heç bir xəbər olmamışdır.

7. Məhkəmə iclasında iştirak edən şahid X32 Bala ifadə verərək bildirdi ki, ərizəçilərlə qonşudur. Onların qardaşı Ruslanı 1982-ci ildən görmür. Elə həmin vaxtdan məlumatı yoxdur.

Mülki işin materialları:

8. АЗ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X22, anası X1r.

9. АЗ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X22, anası X1r.

10. İ-ИE seriyalı, 527806 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X3 arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanmışdır.

11. 105 № saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Ruslan xx.xx.1943-cü ildə doğulmuş, atası Hüseynov Hüseyn, anası Hüseynova Pərixanımdır.

12. 23.10.2024-cü il tarixli qanun üzrə X20 Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 X10 vərəsəsi kimi mərhuma məxsus ünvan 3 ünvanından yerləşən miras əmlakdan 2/8 hissədə pay almalıdır.

13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X31 tərəfindən verilən çıxarışın surətindən görünür ki, ünvan 3, Yeni qaydalarla: AZ1053, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 2/8 hissədə xüsusi mülkiyyət hüququ ilə Ərizəçi1 adına xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmişdir. X5 məxsus 2/8 hissəsi açıq saxlanılmış, 2/8 hissədə Ərizəçi2, 2/8 hissədə X4 ayrılmışdır.

14. İ-ЖГ seriyalı, 445733 saylı ölüm haqqında şəhadətnamənin surətindən gürünür ki, X22 xx.xx.1978-ci il tarixdə ölmüşdür.

15. AZ-İİ seriyalı, 403131 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

16. Boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X8 arasında olan nikah Kirov Rayon Məhkəməsinin xx.xx.1966-cı il tarixli qətnaməsi ilə pozulmuşdur.

17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X18” X31 tərəfindən 12 saylı Vəkil Bürosuna ünvanlanan xx.xx.2025-ci il tarixli, 3662 saylı məktubda göstərilir ki, 1943-cü il təvəllüdlü X13 xx.xx.2000-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X18” PHŞ-nin Mərkəzi məhkəmə-tibbi ekspertizalar, Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivindən 12 saylı Vəkil Bürosuna ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda göstərilir ki, vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır.

19. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsindən 12 saylı Vəkil Bürosuna ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda göstərilir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq uçotları üzrə yoxlanılarkən xx.xx.1943-cü il təvəllüdlü X7 axtarışına dair məlumat aşkar olunmamış, xx.xx.1969-cu il tarixdə, 1745 nömrəli cinayət işi üzrə Azərbaycan SSRİ CM-nin 81-ci maddəsinin 1-ci hissəsi ilə məhkum olunması müəyyən edilmişdir.

20. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, xx.xx.1943-cü il təvəllüdlü X7 qeydiyyatda olduğu ünvan barədə məlumat qeyd edilməmişdir

21. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən 12 saylı Vəkil Bürosuna ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda göstərilir ki, xx.xx.1943-cü il tarixdə anadan olmuş X7 bu günə qədər dəfn olub-olmaması, eyni zamanda kimsəsiz kimi dəfn olunub-olunmaması barədə heç bir məlumat yoxdur.

22. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1943-cü il təvəllüdlü X7 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

29. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Məhkəmənin mövqeyi:

30. Məhkəmə qaydasında şəxsin ölmüş elan edilmə faktının müəyyən edilməsi həmin şəxsin ölmüş olması ehtimalıdır. Bu hal o zaman yaranır ki, onun ölmüş olmasını təsdiq edən sübutlar kifayət edici səviyyədə olsun. Qeyd olunan maddələrdən görünür ki, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Birinci halda – şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, ikinci halda – şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsi və ondan altı ay ərzində xəbər çıxmaması, üçüncü halda – hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxs haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumatın alınmaması.

31. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını nəzərə alıb, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

32. Belə ki, ərizəçilərin ögey qardaşı X11 ölməsi faktı məhkəmədə tədqiq edilmiş yuxarıda istinad edilən sənədlərlə öz təsdiqini tapır. Məhkəmə baxılan məsələdə tədqiq edilmiş həmin sənədləri mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, bu sənədlər qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. 1980-1982-ci ildən etibarən X11 olduğu yer barədə hər hansı bir məlumat olmamış, onun axtarışları müsbət nəticə verməmişdir.

33. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Həmçinin, işin faktiki hallar ilə müəyyən olunur ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəçiyə, vərəsəliklə bağlı rəsmiləşdirmə işlərinin aparılması üçün lazımdır.

34. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, 19 noyabr 1943-cü il tarixdə doğulmuş X23 ölmüş elan edilməli, ölmüş elan edilmə haqqında qətnamənin qanuni qüvvəyə mindiyi gün X11 ölüm günü sayılmalıdır.

35. Məhkəmə qeyd edir ki, hazırki qətnamə X11 ölüm haqqında akt qeydinin tərtib edilərək bu barədə şəhadətnamənin verilməsi üçün əsasdır.

34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. 19 noyabr 1943-cü il tarixdə doğulmuş X23 ölmüş elan edilsin, onun ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün sayılsın. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar