Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6217/2022 01.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə ərizəçi işdə olduğu zaman oğlu Əli yataq otağının pəncərəsini açaraq, 6-cı mərtəbədən yıxılmışdır. Abşeron rayon Prokurorluğunun müstəntiqi X1 64-C-20 nömrəli, xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardad bütün bunlar qeyd olunmuşdur. Ərizəçini oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Abşeron rayonu, Saray qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, hal-hazırda oğlunun ölüm faktının müəyyən edilməsi ona sənədləşmə işlərinin aparılması üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 atası Ərizəçidur. İş materiallarında olan Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarda aşağıdakılar qeyd olunmuşdur: “ ... xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Abşeron RPl-dən rayon prokurorluğuna ünvan 1 ünvanında yaşayan bir nəfər şəxsin həmin mənzilin yataq otağındakı pəncərədən yıxılaraq ölməsi barədə məlumat daxil olmuşdur. İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasının Krasnodar diyarında anadan olan, azərbaycanlı, autizm xəstəsi, ünvan 2 ünvanında yaşayan X3 yaşadığı binanın yataq otağındakı pəncərədən yıxılaraq ölmüşdür. ... Beləliklə, aparılmış araşdırma zamanı xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasında anadan olan, autizm xəstəsi, Azərbaycanlı, ünvan 3 ünvanında yaşayan X2 yaşadığı həmin mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktında cinayət hadisəsinin olmadığı müəyyən edilmişdir”. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyinə görə ölümün qeydə alınması qeydiyyat şöbəsinin imkanları xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsaəsən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasının Krasnodar diyarında doğulmuş X2 xx.xx.2020-ci il tarixdə yaşadığı mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı müəyyən edilməlidir. Ərizənin qətnamə əsasında ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edilməlidir ki, hər hansı dövlət qurumunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında üzərinə düşən vəzifəni icra etməli olmasının xüsusi olaraq qətnamədə göstərilməsini məhkəmə zəruri hesab etmir. Bu qətnamənin nəticə hissəsi ilə ehtiva edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasının Krasnodar diyarında doğulmuş X2 xx.xx.2020-ci il tarixdə yaşadığı mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-6217/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6217/2022
01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver