Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6224/2020 26.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi anası xx.xx.1954-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi anası xx.xx.1954-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, anası xx.xx.1954-cü il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə yaşadığı evdə ölmüş, lakin tibbi şəhadətnamə olmadığından ölümü təsdiq edən sənədi ala bilməmişdir. O, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 saylı şəhər poliklinikasına və Binəqədi rayon qeydiyyat şöbəsinə yazılı ərizə ilə müraciət etsə də, poliklinika arayışı, qeydiyyat şöbəsi isə ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmiş, eyni zamanda öz imtina ərizəsində ona bu barədə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Ölüm faktının müəyyən edilməsi ona anasının qeydiyyatda olduğu mənzildən qeydiyyatdan çıxarılması, dəfn xərcləri ilə bağlı pul vəsaitini almaq üçün tələb olunur. Ona görə də o, anası xx.xx.1954-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiaya etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bakı şəhəri Binəqədi RPİ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı 08154451 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 1 V saylı evdə qeydiyyatda olan X3 xx.xx.1954-cü il tarixdə Ermənistanın Sisiyan rayonunda anadan olmuşdur. Binəqədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli İİİ ЖГ № 397393 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 527 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X5, anası X4r. Binəqədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli İİ ЖГ № 444465 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 527 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X5, anası X2r. Təcili və X9 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X1 adına daxil olan çağırışa həkim xx.xx.2020-ci il tarixdə saat 18:20-də gəlmiş, aparılmış müalicə təsbirlərinə baxmayaraq xəstə həkimin yanında ölmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi Ə.D.Məlikov adına 6 nömrəli birləşmiş şəhər Xəstəxanasının PHŞ poliklinika şöbəsinin № 32 saylı xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi 1 V ünvanında yaşamış, 1954-cü il təvəllüdlü X3 1996-cı ildə sağ tərəfli xroniki pielonefrit, Arterial hipertonioya, 2018-ci ildən ÜİX. Gərginlik stenokardiyası İİ f/s. Arterial hipertoniya İİ mərhələ diaqnozu ilə 6 saylı BŞX-nin poliklinika şöbəsində dispanser qeydiyyatda olmuşdur. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 79 saylı arayışından müəyyən olunur ki, X3 xx.xx.2020-ci il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, uzun xəstəlikdən sonra anası xx.xx.1954-cü il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, qonşusu xx.xx.1954-cü il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, arvadı xx.xx.1954-cü il təvəllüdlü X3 uzun xəstəlikdən sonra xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/q-2222/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, anası X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasının mümkün olmadığıİsmayılov Amil Biniyət oğluna bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1954-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6224/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6224/2020
26.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver