Məhkəmə qərarları › İş №2(001)-6231/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6231/2020

23.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6231/2020 23.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçı Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölüm faktının müəyyən edilməklə, müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, ərizə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən, əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, hazırki ərizə üzrə yalnız iddiaçı qismində Ərizəçi Eldurum qızı göstərilmiş və maraqlı şəxs barədə hər hansı məlumat əks etdirilməmişdir. Eyni zamanda, iddiaçı ünvan 1 ünvanında yaşadığını göstərsə də, bu halı təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən isə iddiaçı Ərizəçi ünvan 2 ünvanı üzrə müvəqqəti olaraq qeydiyyata alındığı müəyyən edilir. Halbuki, bu qəbildən olan işlərə ərizəçilərin və maraqlı şəxslərin iştirakı ilə xüsusi icraat qaydasında baxılır və ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; 306.2-ci madəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, hesab edirəm ki, iddiaçı Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçı Ərizəçi qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki məsələyə xüsusi icraat qaydasında baxılması üçün ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Ərizəçi qərardadda göstərilən nöqsanlar (maraqlı şəxsi göstərməklə və Bakı şəhəri Binəqədi rayonu üzrə yaşamağını təsdiq edən sənədi ərizəyə əlavə etməkə) aradan qaldırıldıqdan sonra hazırki məsələyə xüsusi icraat qaydasında baxılması üçün ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar