Məhkəmə qərarları › İş №2(001)-6238/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6238/2020

07.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6238/2020 07.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi “şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1910-cu il təvəllüdlü mərhum babası X2 XX.XX.1979-cu il tarixdə müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1910-cu il təvəllüdlü mərhum babası X7 1979-cu il tarixdə uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Belə ki, babası Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində anadan olmuş və orada yaşamışdır. Babasının oğlu yəni atası xx xxxxxxxx 1942-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Atasının mülkiyyətində olan əmlakın vərəsəlik yolu ilə qəbul edilməsi üçün ərazi üzrə Notariat kontoruna müraciəti əsasında bir sıra sənədlər tələb olunmuş, o cümlədən babasının ölüm şəhadətnaməsi sənədlər siyahısında qeyd olunmuşdur. Eyni zamanda babasının ölümünün qeydə alınması məqsədi ilə Cəbrayıl rayonu Qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsindən cavab olaraq bildirmişlər ki, 1975-1981-ci illər ərzində Cəbrayıl rayon qeydiyyat şöbəsinin və Çaxırlı icra nümayəndəliyinin arxivində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Odur ki, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də ölüm haqqında şəhadətnaməsinin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, XX.XX.1910-cu il təvəllüdlü mərhum babası X2 XX.XX.1979-cu il tarixdə müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Cəbrayıl rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, İsgəndərov Mehdi onun qayınatası olmuşdur. 1979-cu ildə vəfat etmişdir. Mərhum Cocuqmərcanlı kəndində anadan olmuş, orada böyümüşdür. Xəstə olduğu üçün vəfat etmiş, Lələtəpədə basdırılmışdır. Mehdinin ölüm gününü dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, Mehdi onun atası olmuşdur. Onlar iki qardaş olmuşlar. Ərizəçi qardaşının qızıdır. Atası xərçəng xəstəliyindən 1979-cu ildə rəhmətə getmişdir. Atasının rəhmətə getdiyi günü dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, Mehdi ilə bir kəndli olmuş, eyni rayonda doğulmuşlar. Mehdi elə rayonda yaşamış, arada Bakıya da gəlmişdir. Mehdi 1979-cu ildə, rayonda rəhmətə getmişdir. Onun yas mərasimində iştirak etmişdir. Mehdinin öldüyü günün tarixini dəqiq bilmir. Mülki işin materiallarında olan V-ЖГ seriyalı № 342755 nömrəli doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş Ərizəçi atası X10, anası X1r. Mülki işin materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətindən xx xxx 2020-ci il tarixdə verilmiş doğum akt qeydinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxxx 1942-ci ildə anadan olmuş X4 atası X7, anası X5r. Mülki işin materiallarında olan AZ-İİ seriyalı, № 074532 nömrəli ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür və bu barədə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 02 ayının 04 günündə 263 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Cəbrayıl rayon qeydiyyat şöbəsindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Ərizəçi Cəbrayıl rayon qeydiyyat şöbəsinə babası X2 ölümü haqqında təkrar şəhadətnamə alınması ilə bağlı ərizəsinə cavab olaraq bildirilmişdir ki, 1975-1981-ci illər ərzində Cəbrayıl rayon qeydiyyat şöbəsinin və Çaxırlı icra nümayəndəliyinin arxivində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X2 1979-cu il tarixdə vəfat etməsi təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1910-cu il təvəllüdlü X2 1979-cu ildə ölməsi faktı müəyyən edilsin. Qətnamə 1910-cu il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar