Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6329/2022 05.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində işə cəlb edilməklə “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 sentyabr 1936-cı il tarixdə Rusiya Federasiyası, Novqorod vilayətində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X1 xx.xx.2021-ci il tarixdə yaşadığı mənzildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və iş materiallarında olan sübutlara əsaslanaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X6 və onun həyat yoldaşı olmuş X3 qonşuları olmuşlar. Aralarında bağlanmış müqaviləyə əsasən həmin mənzil sonradan ərizəçinin mülkiyyətinə keçmiş, ərizəçi də bunun müqabilində onları ömürlərinin sonunadək saxlamaq öhdəliyini üzərinə götürmüşdür. 2019-cu ilin iyul ayında X10, 2021-ci ilin noyabr ayında isə X6 dünyasını dəyişmişdir. Onun ərizəçi ilə də yaxşı münasibətləri olduğundan o, tez-tez ərizəçinin mənzilində olur və orada X2 də görüşürdü. Belə ki, X6 ərizəçi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 11A saylı evin, 150 saylı mənzilində yaşayırdı və ona məhz ərizəçi qulluq göstərir, o cümlədən onun səhhətinin qeydinə qalırdı. X6 xx.xx.2021-ci il tarixdə yaşadığı mənzildə dünyasını dəyişmişdir. Həmin gün o da, mənzildə olmuşdur. X1 dəfni ilə bağlı bütün xərcləri də məhz ərizəçi qarşılamışdır. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X11 Ərizəçi və onunla birlikdə yaşayan X2 bir blokda yaşadığını bildirmiş və şahid X4 ifadəsinə uyğun ifadə vermişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini, habelə şahidlərin ifadəsini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə X6 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış renta müqaviləsinə əsasən X6, onun və onun həyat yoldaşı X7 ömrünün axırınadək saxlanılması və yaşamaq üçün zəruri olan bütün neymətlərlə təmin edilməsi, o cümlədən ayda onlara 250 manat ödənilməsi şərti ilə mülkiyyətində olan və 25.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, H.Hüseynov küçəsi, 11A saylı evin, 150 saylı mənzilini Ərizəçi rentaya vermişdir. Bundan sonra həmin mənzilə dair ərizəçinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və X6, habelə onun həyat yoldaşı X10 mənzildə pasport qeydiyatında qalmaqla orada yaşamağa davam etmişdilər, ərizəçi də onlara qulluq göstərmişdir. xx.xx.2019-cu il tarixdə X10 ürəyin xroniki işemik xəstəliyi səbəbindən öldükdən sonra ərizəçi həmin mənzilə köçmüş və X2 birlikdə yaşamaqla ona müqavilənin şərtlərinə uyğun qulluq göstərmişdir. X6 xx.xx.2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 11A saylı evin, 150 saylı mənzilində ölmüşdür. Bu hal həmin tarixdə çağırışa gəlmiş Bakı şəhər Təcili və X8 stansiyasının 9 saylı bölməsinin təcili tibbi yardım briqadası tərəfindən aşkar edilmişdir (briqada kişi cinsli meyit aşkar etmişdir). Bu şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, rus qəbirstanlığında dəfn edilmiş və bu barədə Bakı şəhəri, Suraxanı rayonu Əmircan bələdiyəsi tərəfindən 04 oktyabr 2022-ci il tarixdə arayış verilmişdir (qəbir daşının fotoşəkili təqdim edilmişdir). Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə alınması üçün Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı Baş Səhiyyə X14 Şəxsin 10 nömrəli şəhər Poliklinikasına müraciət etmiş, lakin poliklinika X1 xəstə kimi dispanser qeydiyyatına alınmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından Bakı şəhəri Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ölüm haqqında şəhadətnamə olmadığından ərizəçi onun mülkiyyətində olan mənzildə pasport qeydiyatında olan X1 qeydiyyatını ölüm səbəbi ilə ləğv etdirə bilmir. Bu səbəbdən ərizəçi hazırda ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölüm faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Bununla belə, məhkəmə qeyd edir ki, xx.xx.1936-cı il tarixdə Rusiya Federasiyası, Novqorod vilayətində doğulmuş X1 xx.xx.2021-ci il tarixdə pasport qeydiyyatında olmaqla ərizəçinin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 11A saylı evin, 150 saylı mənzilində, ev şəraitində ölməsi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi rus qəbirstanlığında dəfn edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Ərizəçi ölməsi səbəbi ilə bu şəxsin öz mülkiyyətində olan mənzildən pasport qeydiyyatını ləğv etdirmək üçün aidiyyəti üzrə müraciət etmiş, lakin onun ölüm haqqında şəhdatənaməsi olmadığından ona imtina edilmişdir. Bu səbəbdən ərizəçi onun ölüm faktını təsdiq edən sənədi əldə etmək üçün aidiyyəti tibb müəssisəsinə müraciət etmiş, lakin ona bu sənədin verilməsindən imtina edilmişdir. Bu barədə sənəd olmadığından aidiyyəti qeydiyyat şöbəsində də ölüm barədə qeyd aparmaq mümkün olmamış və nəticədə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hüquqi nəticə etibarı ilə ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə öz mülkiyyətində olan mənzildən X1 pasport qeydiyyatını ləğv etdirmək üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1936-cı il tarixdə Rusiya Federasiyası, Novqorod vilayətində doğulmuş X1 xx.xx.2021-ci il tarixdə pasport qeydiyyatında olduğu Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov (əvvəlki 22-ci Dağılıq küçəsi) küçəsi, 11A saylı evin, 150 saylı mənzilində, ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il tarixdə Rusiya Federasiyası, Novqorod vilayətində doğulmuş X1 xx.xx.2021-ci il tarixdə pasport qeydiyyatında olduğu Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov (əvvəlki 22-ci Dağılıq küçəsi) küçəsi, 11A saylı evin, 150 saylı mənzilində, ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6329/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6329/2022
05.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver