Məhkəmə qərarları › İş №2(001)-6331/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6331/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6331/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, 03 aprel 1959-cu il təvəllüdlü X1 rayonu, Məmmədli kəndi, Tofiq İsmayılov küçəsi, ev 7 ünvanında ölüm anınadək onunla yaşamışdır. 09 sentyabr 2024-cü il tarixdə atasının halı birdən pisləşmiş, təcili tibbi yardım ünvana çağırılmışdır. Lakin təcili tibbi yardım işçiləri evə gələnədək atası artıq anası ilə birgə yaşadığı evdə rəhmətə getmişdir. Təcili tibbi yardım stansiyasının həkimi Ədalət Məmmədov tərəfindən 09 sentyabr 2024-cü il tarixli arayışa əsasən “ölümün ilk səbəbi” qrafasında həkimə qədər ölüm, kişi cinsli meyitinin aşkar olunması qeyd edilmişdir. O, atasının rəhmətə getməsi barədə təcili tibbi yardım stansiyasının arayışı ilə Azərbaycan Respublikası “TƏBİB” X16 “Abşeron rayon Mərkəzi Xəstəxanası“ X13 müraciət etmişdir. Azərbaycan Respublikası “TƏBİB” X16 “Abşeron rayon Mərkəzi Xəstəxanası“ X12 12 sentyabr 2024-cü il tarixli 18-1-20/2-A-1035-42-555/2024 saylı məktubunda mərhum atası X2 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməməsi ilə imtina edilmişdir. O, atasının rəhmətə getməsi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 3-16-5/7-13-1699/24 saylı, 26 sentyabr 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktların qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müfaviq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qohumların iştirakı ilə mərhum atası Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, südçülük sovxozu yerləşən qəbiristanlığında dəfn edilmiş və yaşadığı evdə dəfn mərasimi keçirilmişdir. Bunu şahid ifadələri ilə yaxın qohumları və qonşuları təsdiq edə bilərlər. O, hesab edir ki, mərhum atasının ölüm faktı məhkəmə qaydasında müəyyən edilməli və ona ölüm haqqında şəhadətnamə verilməlidir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 03 aprel 1959-cu il təvəllüdlü atası X2 09 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında ölümün qeyd edilmə faktının müəyyən edilməsini barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, atasının vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 26 sentyabr 2024-cü il tarixli, 3-16-5/7-13-1699/24 saylı məktubdan görünür ki, ərizəçinin müraciətinə həmin şöbə tərəfindən baxılmış və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin hazırda təmin edilməsi mümkün deyildir. İş materiallarında olan AZE seriyalı, 14611303 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 03 aprel 1959-cu il tarixdə Gədəbəy rayonunun Şınıx kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Abşeron Rayon Mərkəzi Xəstəxanası“ X16 tərəfindən Ərizəçi ünvanlanmış 18-1-20/2-A-1035-42-555/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli ‘‘İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4 və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X2 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi tərəflərindən mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən verilmiş 85 nömrəli 12 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 403160 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 16 avqust 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası isə X3r. İş materiallarında olan Təcili və X8 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 09 sentyabr 2024-cü il tarixdə X4 üçün çağırış edilmiş, həmin gün saat 13:22-də həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ərizəçinin qonşusu olmaqla yanaşı, ərizəçinin atası X2 09 sentyabr 2024-cü il tarixdə vəfat etməsi faktını təsdiq etmiş, həmçinin yas mərasimlərində iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ərizəçinin əmisi olmaqla yanaşı, qardaşı X2 09 sentyabr 2024-cü il tarixdə vəfat etməsi faktını təsdiq etmiş, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən qəbiristanlığında dəfn edildiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1959-cu il təvəllüdlü X2 09 sentyabr 2024-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etdiyindən və bununla da, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X2 vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X2 09 sentyabr 2024-cü il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar