Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6336/2021 02.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi anası 1937-ci il təvəllüdlü X2 13.08.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi anası 1937-ci il təvəllüdlü X2 13.08.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, anası 1937-ci il təvəllüdlü X6 13.08.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Biləcəri qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt zərurət olmadığından anasının ölüm akt qeydi tərtib olunmamışdır. Onlar Ağdam rayonundan məcburi köçkün olduqlarından, hal-hazırda məcburi köçkünlərin qeydiyyatı aparıldığından ondan anasının ölümü haqqında şəhadətnamə tələb olunur. Ona görə də, 1937-ci il təvəllüdlü X2 13.08.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Ağdam rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 23.08.1969-cu il tarixli AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1969cu il tarixdə Ağdam rayonunda anadan olmuş, atası X4, anası X3r. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.07.2021-ci il tarixli 05\Q- 1162\69 saylı arayışdan müəyyən olunur ki, arxiv məlumatları Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 13.08.2005-13.08.2011-ci illərə dair ilkin, 2009-2015-ci illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmış, X6 barəsində Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. 29.09.2005-cı il tarixdə Səbail RPİ tərəfindən verilmiş AZE seriyalı 03961946 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, XX.XX.1937-ci il təvəllüdlü X1 rayonunda anadan olmuşdur. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 26.07.2021-ci il tarixli A-636 saylı arayışından müəyyən olunur ki, X6 13.08.2008-ci il tarixdə 1 saylı Biləcəri qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, həyat yoldaşının xalası 1937-ci il təvəllüdlü X6 13.08.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Biləcəri qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, anası 1937-ci il təvəllüdlü X6 13.08.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Biləcəri qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Binəqədi rayon qeydiyyat şöbəsinin 06.07.2021-ci il tarixli 1315\13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, ölüm haqqında həkim şəhadətnaməsini təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi məsləhət görülmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 1937-ci il təvəllüdlü X2 13.08.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 1937-ci il təvəllüdlü X2 13.08.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6336/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6336/2021
02.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver