Məhkəmə qərarları › İş №2(001)-6370/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6370/2024

28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6370/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, daha sonra ərizəyə dəqiqləşdirmə ilə xx.xx.1970-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci il təvəllüdlü X12 xx.xx.2024-cü il tarixdə (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi) Pirşağı qəsəbəsi Dəniz Sahilində yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Atasının vəfat etməsi ilə bağlı X16 Stansiyasına məlumat verilmişdir. Bakı şəhəri Təcili və X6 Stansiyasının 14 saylı bölməsinin X16 briqadasından gəlib qeydiyyat apararaq xx.xx.2024-cü il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. O, ölüm haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Bakı Baş Səhiyyə Markəzi” PHŞ 15 nömrəli Şəhər Poliklinikasına rəsmi ərizə ilə müraciət etsə də, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 15 nömrəli Şəhər Poliklinikasında qeydiyyata alınmadığından və adına ambulator kart açılmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Əlavə olaraq bildirir ki, dəfn üçün birdəfəlik müavinətin alınması üçün ölüm haqqında şəhadətnamə lazım olduğundan, həmin müavinəti ala bilmir. Bu barədə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Maraqlı şəxsndə müraciəti əsasında cavab olaraq bildirmişlər ki, atası X7 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsi təmin edilməyərək ona mərhum atası X9 məxsus Ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X14 ifadəsində göstərdi ki, o, ərizəçinin atasının dostu olub. Ərizəçinin atası dəniz qırağında rəhmətə getmişdir, Məmmədli qəsəbəsində dəfn olunmuşdur. Məhkəmədə şahid X3 ifadəsində göstərdi ki, ərizəçi onun baldızıdır. Ərizəçinin atası, yəni qaynatası dəniz qırağında rəhmətə getmişdir, Məmmədli qəsəbəsində dəfn olunmuşdur, yas mərasimi Biləcəridə olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış, atası X7 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 15 nömrəli şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1970ci il təvəllüdlü X1 rayon 15 nömrəli Şəhər Poliklinikasında qeydiyyata alınmayıb və adına ambulator karta açılmayıb. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi imkan xaricindədir. Vİ-ЖГ seriyalı 407397 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 ilə X5 arasında olan nikah Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsində xx.xx.1994-cü il tarixdə bağlanmış və 322 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Şərifova” soyadı verilmişdir. AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 xx.xx.1970-ci il tarixdə doğulmuşdur. Təcili və X6 Stansiyasının “ölüm haqqında xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsi”ndən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:35-də Pirşağı qəsəbəsi Dəniz sahilində yaşayan X7 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda X7 meyidini aşkar etmişdir. XXİ-ЖГ seriyalı 263883 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Ərizəçi atası X12, anası isə X4r. Abşeron rayon Məmmədli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, TTTYS-nın xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsinə” əsasən dünyasını dəyişmiş mərhum X2 rayon Məmmədli kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1970-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1970-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar