Məhkəmə qərarları › İş №2(001)-6371/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6371/2023

17.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6371/2023 17.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.2002-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 xx.xx.1985-ci il tarixdə anadan olub, xx.xx.2002-ci il tarixdə vəfat edib. O, Füzuli rayonu, Horadiz qəsəbəsi ərazisində yerləşən Əhmədalılar kənd qəbiristanlığında dəfn edilib. İndiyə qədər qızına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş, bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və X3 ölüm akt qeydi aşkar edilməyib. Qızı 1-ci qrup əlil olub, anadan gəlmə serebral iflic xəstəliyindən əziyyət çəkib. Hüquqi biliyi olmadığına görə indiya kimi şəhadətnamə almalı olduğunu bilməmişdir. Bu barədə məlumatı yalnız təqaüd almaq üçün DOST Mərkəzinə müraciət etdiyi zaman əldə etmişdir. Eyni zamanda DOST Mərkəzində ona təqaüd ala bilməsi üçün şəhadətnamə almalı olması bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, mərhum X2 xx.xx.2002-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında yerləşən evdə ölmüşdür. Hazırki faktın müəyyən edilməsi sənədləşdirmə işləri üçün lazımdır. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 ifadəsində bildirmişdir ki, o, mərhum X3 atası, ərizəçinin isə həyat yoldaşıdır. X2 1-ci qrup əlil olub, anadan gəlmə serebral iflic xəstəliyindən əziyyət çəkib. X2 xx.xx.2002-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə ölmüş və onu Füzuli rayonu, Horadiz qəsəbəsi ərazisində yerləşən Əhmədalılar kənd qəbiristanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir Ərizəçi onun bacısıdır. Ərizəçinin X2 xx.xx.2002-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə ölmüş və onu Füzuli rayonu, Horadiz qəsəbəsi ərazisində yerləşən Əhmədalılar kənd qəbiristanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. X7 1ci qrup əlil olub, anadan gəlmə serebral iflic xəstəliyindən əziyyət çəkib. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin qızı mərhum X7 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə rəhmətə getmişdir. O, yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı 314041 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi arasında nikah 14 iyul 1983-cü il tarixdə Füzuli rayon VVAQ şöbəsində bağlanmışdır. İş materiallarında olan Xİ-ЖГ seriyalı 301666 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 26 aprel 1985-ci il tarixdə Füzuli rayonunda anadan olmuş X3 atası X11, anası Ərizəçidır. İş materiallarında olan Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli 965 nömrəli Arayışının surətindən görünür ki, X7 barəsində Azərbaycan Respublikası Füzui rayon Qeydiyyat şöbəsinin arxivində və avtomatlaşdırılmış Qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Füzuli rayon Qeydiyyat şöbəsi üzrə 2000-2006-cı illər Ölüm akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli Arayışdan görünür ki, 26 aprel 1985-ci il tarixdə Füzuli rayonunda anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün X7 üçün ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs 25 №-li Şəhər Poliklinikasının 26 sentyabr 2023-cü il tarixli 201 №-li Arayışdan görünür ki, Arayış Ərizəçi ərizəsinə əsasən verilmiş, övladı X7 (1985-ci il təvəllüdlü) dediyinə görə xx.xx.2002-ci ildə dünyasını dəyişib. 25 Nömrəli şəhər poliklinikasına müraciət etməyib, ölüm haqqında şəhadətnamə verilməyib. İş materiallarında olan Füzuli rayonu Əhmədalılar bələdiyyəsi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, X7 2002-ci ildə vəfat etmiş və Əhmədalılar kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AA seriyalı 116430 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Füzuli rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 26 aprel 1985-ci il təvəllüdlü X3 30 iyun 2002-ci il tarixdə, Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 26 aprel 1985-ci il təvəllüdlü X3 30 iyun 2002-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə 26 aprel 1985-ci il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar