Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6399/2023 25.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə, Xəzər rayonu, Buzovna qəsəbəsi, Vaqif Səmədoğlu ünvanında ölməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı xx.xx.1994-cü il təvəllüdlü X11 xx.xx.2023-cü il tarixdə qaraciyər hüceyrəli xərçəng xəstəliyindən vəfat etmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhər Təcili və X9 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndə qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 02:04-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Vaqif Səmədoğlu ünvanında 29 yaşında X11 R-98 həkimə qədər ölmüşdür. Kişi cinsindən meyit. Qardaşı qaraciyər hüceyrəli xərçəng xəstəliyindən əziyyət çəkmişdir. xx.xx.2022-ci il tarixində X3 xəstəxanasında qaraciyər seqmentektomiya cərrahi əməliyyat olunmuş və əməliyyat sonrası çıxarılan kütlənin tibbi pataloji müayinəsində hepatosellüler karsinom pataloji diaqnoz qoyulmuşdur. Xəstəliyin artıq metostaz verilməsi təsdiq edilmişdir. Qardaşı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Milli Onkologiya Mərkəzində xəstəxanada müalicə olmuş, daha sonra rayon onkoloqonun nəzarəti altında evə buraxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilən L0146211-Y230006843 nömrəli xəstəlik tarixindən çıxarışda (epikriz) qeyd edildiyi kimi qardaşında “A-Əsas diaqnoz:C22.0-Qaraciyər hüceyrəli xərçəng Pt2N0M1 mərhələ İV G3”, diaqnoz qeydi: HCC.C4 fəqərəsinə metastaz, kombinə müalicədən sonrakı vəziyyət. (Cərrahi+target terapiya). Proqressivləşmə. Sümüklərdə mts.Pt2N0M1 mərhələ İV” diaqnozu qoyulmuşdur. İntensiv müalicələr nəticəsiz qalmış, nəticədə qardaşı vəfat etmişdir. Sulutəpə qəbiristanlığından verilmiş arayışdan da göründüyü kimi, qardaşı xx.xx.2023-cü il tarixində Sulu-Təpə qəbiristanlığında dəfn olunmuşdur. Qardaşının dəfn olunmasına baxmayaraq hələ də onun ölüm haqqında məlumatı sistemə əlavə edilməmiş və onun vəfat etməsinə baxmayaraq sistemdə yaşayır kimi qalması qanunvericiliyin tələblərini kobud şəkildə pozur. Odur ki, bunun aradan qaldırılması, qardaşının ölümünün qeydə alınması zəruridir. Bu səbəbdən aidiyyatı qaydada Abşeron rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, xx.xx.2023-cü il tarixli, 3- 16-5/8-2/55/2023 saylı imtina cavabı ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Abşeron RMX-sı PHX-ya müraciət edərək xx.xx.1994-cü il təvəllüdlü X8 ölüm haqqında tibbi şəhadətnamə verilməsini xahiş etsə də, ona verilən xx.xx.2023-cü il tarixli cavab məktubunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarın 4.3-cü bəndinə istinad edilərək ölümün baş vermə səbəbi məlum olmadığı əsası ilə tibbi şəhadətnamənin verilməsindən imtina cavabı verilmişdir. “Ölüm haqqında şəhadətnamə”ni ala bilmədikləri və bunun əsasında müvafiq prosesləri apara bilmədikləri üçün mərhum X1nun ölməsi faktı tanınmalıdır. Bu faktın tanınması onunla bağlı qeydiyyat işlərinin aparılması, mirasla və gələcəkdə yarana bilən məsələlərin həll edilməsi, ən əsası isə onun qarşısında son vəzifəsinin yerinə yetirilməsi üçün zəruridir. X1 barəsində ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri mümkündür. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində bildirmişdir ərizəçi X2 onun övladıdır. X4 xx.xx.2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Vaqif Səmədoğlu ünvanında yerləşən evdə ölmüş və onu Sulu Təpə qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. X4 qaraciyər xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində bildirmişdir ki, o, X2nun bibisi qızıdır. X2 qaraciyər xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Axırıncı dəfə müalicə üçünTürkiyə Respublikasına getmişlər. X11 xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Vaqif Səmədoğlu ünvanında ölmüş və onu Sulu Təpə qəbirstanlığında dəfn etmişlər. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 ifadəsində bildirmişdir ki, o, X2nun bibisi qızının həyat yoldaşıdır. X2 qaraciyər xərçəngi xəstəliyindən əziyyət çəkirdi. X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yaşadığı evdə rəhmətə getmişdir. O,dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan XVİİİ-ЖГ seriyalı 966563 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X12, anası X7r. İş materiallarında olan XX-ЖГ seriyalı 288081 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X12, anası X7r. İş materiallarına əlavə edilmiş X5 xəstəxanasının epikriz raporundan görünür ki, Bayramov Mürşüd qaraciyər seqmentektomiya cərrahi əməliyyat olunmuş və xx.xx.2022-ci il tarixindən-xx.xx.2022-ci il tarixinə kimi xəstəxanada olmuşdur. Əməliyyat sonrası çıxarılan kütlənin tibbi pataloji müayinəsində hepatosellüler karsinom pataloji diaqnoz qoyulmuşdur. Xəstəliyin artıq metostaz verilməsi təsdiq edilmişdir. X25 Mərkəzinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müayinə raporlarından görünür ki, Bayramov Mürşüdə qaraciyər və intrahepatik öd yollarında bədxassəli şiş diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan(epikriz) görünür ki, X11 xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək Milli Onkologiya Mərkəzində xəstəxanada müalicə olmuş, ona “A- Əsas diaqnoz:C22.0-Qaraciyər hüceyrəli xərçəng Pt2N0M1 mərhələ İV G3”, diaqnoz qeydi: HCC.C4 fəqərəsinə metastaz, kombinə müalicədən sonrakı vəziyyət. (Cərrahi+target terapiya). Proqressivləşmə. Sümüklərdə mts.Pt2N0M1 mərhələ İV diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X9 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 02:04-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Vaqif Səmədoğlu ünvanına X6 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında kişi cinsli meyit (həkiməqədər ölüm) aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 xx.xx.2023-cü ildə Sulu Təpə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Abşeron Rayon Mərkəzi X13 Şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması müyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarın 4.3-cü bəndinə istinad edilərək ölümün baş vermə səbəbi məlum olmadığı əsası ilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli Arayışdan görünür ki, X11 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən onun ölümünün qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.1994-cü il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonunda ev şəraitində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. “Dövlət rüsumu” haqqında Qanunun 8.2-ci maddəsinə əsasən 8.2. qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1994-cü il təvəllüdlü X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6399/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6399/2023
25.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver