Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6411/2025 04.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat edib. Atasının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Qeydiyyat şöbəsi isə ölüm şəhadətnaməsi ona görə verməmişdir ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilməmişdir. Mərhum atasının ölümünün məhkəmə qaydasında qeyd edilməsi faktı ona görə lazımdır ki, mərhumun dəfn xərcləri ilə bağlı dövlət tərəfindən veriləcək pulun, eləcə də valideynindən miras qalmış hər hansı daşınar və ya daşınmaz əmlakın vərəsəlik qaydasında əldə edilməsidir. Buna görə də, mərhum atasının ölüm faktı müəyyən edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid X11 ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. X1 xx.xx.2025ci il tarixdə yaşadığı evdə vəfat etmiş, Müşfiqabad qəbiristanlığında dəfn edilmişdir. Məhkəmədə şahid X4 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. X5 təzəlikcə vəfat etmiş, yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X-ЖГ seriyalı 309635 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi atası X5, anası isə X8r. İİİ-ЖГ seriyalı 300328 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 ilə X10 arasında olan nikah Ağdam rayon Bağbanlar kənd sovetliyində xx.xx.1983-cü il tarixdə bağlanmış və 05 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Nəcəfova” soyadı verilmişdir. AA seriyalı 118927 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür. Təcili və X6 Stansiyasının “ölüm haqqında xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsi”ndən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 02:35-də ünvan 2 ünvanında yaşayan X2 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda X2 meyidini aşkar etmişdir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında məskunlaşmış Ağdam rayonu məcburi köçkünü xx.xx.1962-ci il təvəllüdlü X5 TTYS-nin "Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə" əsasən xx.xx.2025-ci il tarixində saat 02:35 radələrində həmin ünvanda vəfat etmişdir. Mərhum xx.xx.2025-ci il tarixində 10 nömrəli şəhər poliklinikasına yaxınlaşaraq sürücülük vəsiqəsi üçün lazım olan tibbi arayış Forma 083 almaq üçün poliklinikaya müraciət etmişdir. Sürücülük vəsiqəsinin alınması ilə bağlı nəzərdə tutulmuş tibbi müayinələr paketində aparılan müayinələr nəticəsində heç bir xəstəlik aşkar edilməmişdir. Diaqnoz: " Z02.4-Sürücülük vəsiqəsinin alınması ilə bağlı müayinə". ünvan 5 ünvanında yaşamış mərhum X5 10 nömrəli şəhər poliklinikasına heç bir xəstəliklə müraciət etməmişdir və dispanser qeydiyyatda olmamışdır. Ölüm səbəbi təyin olunmadığı üçün AZS 106 "Ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsi poliklinka tərəfindən imtina edilmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış, X2 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ərizəsi təmin edilməmişdir. Qaradağ rayon Müşfiqabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Qaradağ rayonu inzibati ərazisi olan Müşfiqabad qəbiristanlığında dəfn olunmuşdur. Qəbirdaşının fotoşəklindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-6411/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6411/2025
04.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver