Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6415/2024 25.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X7 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə X1 05 sentyabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01 aprel 1954-cü il təvəllüdlü atası X1 05 sentyabr 2024-cü il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ailəsi, həmçinin atası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Əliyar Əliyev küçəsi, 120 saylı evin 39 saylı mənzilində yaşamışlar. Hər il yay aylarında ərizəçi atası və anası ilə birlikdə Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən evlərinə gedib, müəyyən müddət orada qalmışlar. 2024-cü ilin avqust ayında onlar yenidən Qazax rayonuna getmiş, sonra ərizəçi anası ilə birlikdə Bakı şəhərinə qayıtsalar da, atası baş tutacaq toy məclisi ilə əlaqədar rayonda qalmışdır. Ərizəçinin atasının səhhətində ciddi xəstəlik olmasa da, ürəyində aritmiya olmuş, bununla əlaqədar bir qədər müalicə almışdır. 5 sentyabr tarixində ərizəçinin əmisi Şakir anasına zəng vuraraq atası Fəxrəddinin telefona cavab vermədiyini bildirmiş, sonra Şakir Musa adlı qohumlarına zəng vuraraq sonuncunu onların evinə göndərmiş, Musa isə ərizəçinin atasını evdə ölü vəziyyətində aşkar etmişdir. Belə başa düşmüşlər ki, atası evdə tək olarkən çox güman ki, ürək çatışmazlığından vəfat etmişdir. Atası ata yurdu olan Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında hüquqi faktın müəyyən edilməsinin mərhuma məxsus əmlakın sənədləşməsi üçün ona lazım olduğunu bildirmişdir. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək maraqlı şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 aprel 1954-cü il təvəllüdlü Ərizəçi X1 övladıdır. Qazax rayonu İcra Hakimiyyəti başçısının Yuxarı salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 01 oktyabr 2024-cü il tarixli arayışında göstərilmişdir ki, xx.xx.1954cü il təvəllüdlü X2 bakı şəhəri Binəqədi rayonunda qeydiyyatda olmasına baxmayaraq, Qazax rayonunun Yuxarı Salahlı kəndində mülkiyyətində olan fərdi yaşayış evində 05 sentyabr 2024-cü il tarixdə vəfat etmiş və ata yurdu Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli arayışda göstərilmişdir ki, “05 sentyabr 2024-cü il tarixdə vəfat etmiş X2 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinizə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Rəhmətə gedənin adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni hazırda təmin edə bilmirik.” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, X6 və Şahid1 X1 ev şəraitində, öz əcəli ilə, çox gümanki gecə yatarkən ürək tutmasından 05 sentyabr 2024-cü il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində vəfat etməsini bildirmişlər. Tətbiq edilən hüquq: Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, tədqiq edilmiş sənədlərlə tam sübuta yetirildiyindən onun atası X1 05 sentyabr 2024-cü il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində vəfat etməsi faktı müəyyən edilməli, məhkəmə xərcləri isə ərizəçinin öünə aid edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. 01 aprel 1954-cü il tarixdə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuş X1 05 sentyabr 2024-cü il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində (ev şəraitində) ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(001)-6415/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6415/2024
25.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver