Məhkəmə qərarları › İş №2(001)-642/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-642/2021

03.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-642/2021 03.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahları dövründə əldə edilmiş və Cavabdeh adına qeydiyyata alınmış 2012-ci il buraxılışlı **-SM-*** dövlət qeydiyyat nişanlı “Toyota Carmy minik” markalı və 2007-ci il buraxılışlı **-US-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200 minik” markalı avtomobillərin üzərində himayəsində olan uşaqların da mənafeyi nəzərə alınmaqla 2/3 hissədə onun- İddiaçı, 1/3 hissədə Cavabdeh paylarının müəyyən olunması, 2013-cü il buraxılışlı **-SM- *** dövlət qeydiyyat nişanlı “Kia Cerato minik” markalı avtomobilin dəyərinin 2/3 hissəsinin isə Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı həmin iddia tələbi ilə bağlı iddianı təmin etmə tədbirinin görülərək, işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək Cavabdeh adına qeydiyyata alınmış 2012-ci il buraxılışlı ** SM *** dövlət qeydiyyat nişanlı “Toyoto Camry minik” markalı və 2007-ci il buraxılışlı ** US *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200 minik” markalı avtomobillərin üzərinə həbs qoyulması və onların Dövlət Yol Polisinin cərimə duracağında saxlanılmaları barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, Cavabdeh məxsus 2012-ci il buraxılışlı ** SM *** dövlət qeydiyyat nişanlı “Toyoto Camry minik” markalı və 2007-ci il buraxılışlı ** US *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200 minik” markalı avtomobillərin üzərinə həbs qoyulmuş, qalan hissədə ərizə təmin edilməmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, habelə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli iddianı təmin etmə tədbiri ilə bağlı qərardadı əsasında görülmüş təmin tədbirinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda Cavabdeh da ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli iddianı təmin etmə tədbiri ilə bağlı qərardadın ləğv edilməsini və ona məxsus 2012-ci il buraxılışlı ** SM *** dövlət qeydiyyat nişanlı “Toyoto Camry minik” markalı və 2007-ci il buraxılışlı ** US *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200 minik” markalı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə tətbiq olunmuş iddianı təmin etmə tədbiri ləğv edilməli və cavabdehə məxsus avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 162.1-ci maddəsinə görə iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli qərarının 15-ci bəndinə görə iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 162.1, 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ərizənin baxılmamış saxlanması və iddia təmin tədbirlərinin ləğv edilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 5315/2020 saylı qərardadı ilə tətbiq olunmuş iddianı təmin etmə tədbiri ləğv olunsun. Cavabdeh məxsus 2012-ci il buraxılışlı ** SM *** dövlət qeydiyyat nişanlı “Toyoto Camry minik” markalı və 2007-ci il buraxılışlı ** US *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200 minik” markalı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın üçüncü və dördüncü bəndlərinin icrası öz səlahiyyətləri daxilində Binəqədi rayon icra şöbəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət X1 həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar