Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6479/2022 30.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi xx.xx.1983-cü il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi xx.xx.1983-cü il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, həyat yoldaşı xx.xx.1983-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə yaşadıqları Sumqayıt şəhəri Novxanı bağları massivindəki fərdi bağda olarkən qəflətən səhhəti pisləmiş və huşunu itirmişdir. O, həyat yoldaşını Sumqayıt şəhəri Təcili və X5 Xəstəxanasına çatdırmasına baxmayaraq onu xilas etmək mümkün olmamış və həmin gün Əsmər vəfat etmişdir. Daha sonra yoldaşının ölümü ilə bağlı ölüm haqqında şəhadətnamənin alınması üçün xəstəxanaya müraciət etsə də, həmin sənəd ona verməmişdir. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etdikdə Maraqlı şəxs ərizəyə cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.1-ci bəndini əsas gətirərək ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsin və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılması gərəkdiyi kimi əsaslandırmışdır. O, mərhum X3 ilə Bakı şəhəri Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi 22/24 saylı evin 55 saylı mənzilində qeydiyyatda olmaqla yaşadığından ölüm haqqında şəhadətnamənin verilməsinə dair sənəd üçün Maraqlı şəxsnə müraciət etmişdir. Ölüm faktının müəyyən edilməsi ona ölüm haqqında şəhadətnamənin alınması, mərumun qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılması üçün tələb lunur. Ona görə də, xx.xx.1983-cü il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubla ərizəyə etiraz etmədiyini və işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Bakı şəhəri Binəqədi rayonu VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 190310 saylı xx.xx.2005-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi ilə X2 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 901 saylı qeyd aparılmış, nikaha daxil olduqdan sonra arvada Səfərova soyadı vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Sumqayıt şəhər Novxanı bağlar massivi fərdi evdə yaşamış xx.xx.1983-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə yaşadığı bağ evində qəflətən vəfat etmiş, hadisə yerində hər-hansı bir cinayət hadisəsi və ya hüquq pozuntusu aşkar edilməmiş, ölüm hadisəsi cinayət xartakterli deyildir. Abşeron Rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 180 saylı arayışından müəyyən olunur ki, xx.xx.1983-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, Ərizəçi ilə eyni qəsəbədə yaşadığından, bilir ki, sonuncunun həyat yoldaşı X3 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ölmüş və Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, o, Ərizəçi ilə qonşuluqda yaşadığından bilir ki, sonuncunun həyat yoldaşı X3 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ölmüş və Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/9-2614/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılması, arvadı X1 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində öldüyündən adına ölüm haqqında səhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1983-cü il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6479/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6479/2022
30.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver