Məhkəmə qərarları › İş №2(001)-6491/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6491/2021

28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6491/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu 01 yanvar 1983-cü il təvəllüdlü X7 oglu qəfildən ürək tutması nəlicəsində vəfat emişdir. 18 iyul 2021-ci il tarixdə evlərinə təcili tibbi yardım gələrkən ərizəçinin oğlu artıq rəhmətə getmişdir. Ərizəçinin oğlu qohumların iştirakı ilə 18 iyul 2021-ci il tarixdə Abşeron rayonunun Mehdiabad qəbırstanlığında dəfn edilmiş və yaşadığı evdə dəfn mərasimi keçirilmişdir. Ərizəçi oğlunun vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tibb müəssisəsinin müfaviq sənədi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və eyni zamanda məhkəməyə bildirdi ki, ölüm haqqında şəhadətnamənin alınması müvafiq sənədləşmə işlərinin icra edilməsi üçün zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 18.07.2021-ci il tarixdə Mehdiabad qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 03.08.2021-ci il tarixli cavab məktubundan göründüyü kimi, ərizəçiyə izah edilmişdir ki, oğlunun adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. İş materiallarında olan Təcili və X2 Stansiyasının Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 18.07.2021-ci il tarixdə Binəqədi qəsəbəsi, İİİ mədən, korpus 109 ünvanına X1 adına çağırış olmuş və həmin ünvanda kişi cinsli meyit aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində məhkəməyə bildirdi ki, X4 onun oğludur, əziyyət çəkdiyi xəstəlikdən 18.07.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçi onun qonşusudur, oğlunun ürəyinin xəstə olmasından məlumatı var idi, dəfələrlə özü onu həkimə də aparmışdır. X4 18.07.2021-ci il tarixdə Bakı şəhərində evlərində vəfat etmiş və Mehdiabad qəbirstanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 01.01.1983-cü il təvəllüdlü X1 18.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 01.01.1983-cü il təvəllüdlü X1 18.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar