Məhkəmə qərarları › İş №2(001)-6494/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6494/2021

08.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6494/2021 08.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “cavabdehlərin mənzildən çıxarılmaları və onun mənzilə köçürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1, Cavabdeh2, Cavabdeh3 Xanhüseyn qızının, Cavabdeh4, Cavabdeh5 və X4 ünvan 1 ünvanında çıxarılmaları, onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 ilə ünvan 1 ünvanındakı evi dəyişərək köçmə orderi almışdır. Digər cavabdehlər hansı hüquqla sözügedən mənzildə yaşayır, iddiaçıya məlum deyil. Cavabdeh L.V.Desinciko Azərbaycan Respublikası ərazisində yoxdur, mənzili iddiaçı ilə dəyişdikdən sonra getmişdir. İddiaçı hər dəfə köçürmə orderi ilə ona aid olan mənzilə köçmək istəmiş, cavabdehlərin müxtəlif bəhanələri ilə rastlaşaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 102 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Ə.ünvan 2 ünvanında mənzil ordenlə X2 məxsusdur, mənzildə məcburi köçkün ailəsi ilə birlikdə yaşayır: Cavabdeh2, Cavabdeh3 Xanhüseyn qızı, Cavabdeh4, Cavabdeh5, X5. - Köçürmə orderində göstərilmişdir ki, İddiaçı Naxçıvani küçəsi, 33b nömrəli binanın 1 otaqlı, 41 nömrəli mənzilinə köçmək hüququ vardır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş sübutlarla tərəflər arasında hər-hansı hüquq münasibətinin yaranıb-yaranmaması, sözügedən mənzilin dövlət qeydiyyatına alınıbalınmaması, iddiaçının hansı tarixdən həmin mənzilə köçmək hüququnun yaranması, cavabdehlərin hansı tarixdə göstərilən mənzildə məskunlaşmaları müəyyən edilə bilməmişdir. Bununla yanaşı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 102 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli arayışda Ə.ünvan 2 ünvanında mənzilin X2 məxsus olması qeyd olunduğu halda Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş köçürmə orderində İddiaçı Naxçıvani küçəsi, 33b nömrəli binanın 1 otaqlı, 41 nömrəli mənzilinə köçmək hüququnun olduğu qeyd olunmuşdur. Göründüyü kimi təqdim edilmiş sənədlər arasında ziddiyyət mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “cavabdehlərin mənzildən çıxarılmaları və onun mənzilə köçürülməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar