Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6536/2023 07.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə Ərizəçi bacısı xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi bacısı xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi bacısı xx.xx.1973-cü il təvəllüdlü X1 nikahı pozulduqdan sonra 10 il ərizəçinin himayəsində yaşamış və uzun sürən iflic xəstəliyindən sonra xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçi bacısı xx.xx.1973-cü il təvəllüdlü X1 ölümü haqqında şəhadətnaməsinin alınması üçün yaranmış zərurətlə bağlı Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə tibbi şəhadətnamənin verilməsi, Cəbrayıl rayon qeydiyyat şöbəsinə isə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də ona adiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizəsinin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Azərbaycan Respublikası vətəndaşının Seriya AZE 07814446 saylı xx.xx.2010-cu il tarixdə Saatlı RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx.xx.1973-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olmuşdur. Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Təcili və X3 Stansiyasının xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, Maszır qəsəbəsi S.Aşıq küçəsi 26 saylı ev ünvanına X1 adına daxil olan çağırışa gələn həkim Hüseynova həkimə qədər ölüm qadın cinsində meyit aşkar etmişdir. Cəbrayıl rayon İHB-nin C.Mərcanlı kənd ərazi nümayəndəsi A.Atakişiyev tərəfindən verilmiş 128 saylı xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, ünvan 1 ünvanında bacısı Ərizəçi himayəsində yaşayan X4 uzun sürən xəstəlikdən sonra xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 18- 1-20/2-M-526-42-342/2023 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamənin ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi və tibbi sənədlər əsasında 4.4. və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilməsi, Ərizəçi ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı Ərizəçi bildirilmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, xalası iflic xəstəsi olan X4 yaşadığı evdə ölmüş, Füzuli rayonunda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, bacısı iflic xəstəsi olan X4 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə ölmüş, Füzuli rayonunda dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 16-5/8-11/132/2023 saylı məktubundan müəyyən olunur ki, bacısı X1 ölümü haqqında tibbi şəhadətnamə olmadığından ölüm aktının aşılmasının mümkün olmadığı Ərizəçi bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1973-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6536/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6536/2023
07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver