Məhkəmə qərarları › İş №2(001)-6547/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6547/2020

02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6547/2020 02.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, X2 xx xxxxxxx 2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1964-cü il təvəllüdlü qardaşı X2 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda vəfat etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, ölüm haqqında şəhadətnamənin verilməsi üçün 3 saylı Bakı Maraqlı şəxsiyyat şöbəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, mərhum qardaşı X4 xx xxxxxxx 2020-ci il tarixdə müvəqqəti yaşadığı ünvan 1 ünvanında xəstəlikdən vəfat etmişdir. Onlar xx xxxxxxxx 2020-ci il tarixdə qardaşının xəstəliyindən xəbər tutmuş, lakin həkimlərin məsləhəti ilə qardaşına köməklik etməyin gec olduğunu bilmişlər. Ona görə də, qardaşına tibbi yardım göstərilməmiş, müalicə aparılmamışdır. Həmçinin, qardaşını xəstəliklə bağlı poliklinikaya qeydiyyata salmağı da unutmuşlar. Qardaşı vəfat etdikdən sonra o, 3 saylı Bakı Maraqlı şəxsiyyat şöbəsinə müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 3 saylı Bakı Maraqlı şəxsiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, onlar tərəfindən məhkəməyə ünvanlandırılmış məktubda işə onların iştirakı olmadan baxılması xahiş olunmuş, ərizənin təmin olunmasına etirazın olmadığı göstərilmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi mərhum X2 qardaşıdır. - 37 saylı MKİS-in nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 Bakı şəhəri, Nərimanov rayonu, M.Məmməd küçəsi, 4 nömrəli evin 4a saylı mənzilində qeydiyyatsız yaşamışdır. - Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, X4 həmin tarixdə vəfat etmişdir. - Şəki şəhəri “Əşirlər” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışda göstərilmişdir ki, X4 xx xxxxxxx 2020-ci il tarixdə vəfat etmiş, dəfn mərasimini qardaşı Ərizəçi təşkil etmişdir. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlandırılmış xx xxxxxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşı ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ərizənin qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyil. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, habelə maraqlı şəxsin ərizənin təmin olunmasına etirazının olmamasını nəzərə alaraq hesab edir ki, ərizəçinin xahişi qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X2 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X2 xx xxxxxxx 2020-ci il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Buna görə də, iddia maraqlı şəxsin üzərinə öhdəlik qoyulması hissəsində təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi qismən təmin edilsin. xx xxxx 1964-cü il tarixdə anadan olmuş X2 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar