Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-655/2023 16.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi qardaşı xx.xx.1969-cu il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi qardaşı xx.xx.1969-cu il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, qardaşı xx.xx.1969-cu il təvəllüdlü X11 xx.xx.2022-ci tarixdə yaşadığı evdə vəfat etmişdir. Həmin gün evə qardaşının adına təcili tibbi yardım çağırılmış, BŞT və TTYS-nin 9 saylı bölməsi tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıq vərəqəsində kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. Mərhum X3 qəsəbəsinin Keyrəki qəbiristanlığında xx.xx.2022-ci il tarixdə dəfn edilmişdir. Bu barədə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli arayış verilmişdir. O, ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixdə verilmiş cavabda ölümü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəsinin təmin edilməsinin mümkün olmaması və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Qardaşı vəfat edərkən o, hüquqlarını bilmədiyindən vaxtında poliklinikaya müraciət etməmiş və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. 25 saylı poliklinikada qardaşının ölüm səbəbi müəyyən edilmədiyi üçün tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı ona bildirilmişdir. X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsini və dəfn edildiyini şahidləri təsdiq edəcəkdir. xx.xx.1969-cu il təvəllüdlü X5 ölüm faktının müəyyən edilməsi ona ölüm haqqında şəhadətnamənin alınması, pensiya təyin edilməsi üçün tələb olunur. Ona görə də xx.xx.1969-cu il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs2nə və 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs2 və 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs2 və 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; İ-ZJ 287009 saylı xx.xx.1965-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə X12 nikaha daxil olmuşdur. İİİ-SL 287135 saylı xx.xx.1980-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1980-ci ildə Ermənistan Respublikasında anadan olmuş, anası X12, atası X6r. BŞT və TTYŞ 9 saylı bölməsinin xx.xx.2022-ci il tarixli, 9/714 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X5 adına çağırış daxil olmuş, həkim, həkimə qədər ölüm, kişi cinsli meyid qeydini aparmışdır. Binəqədi rayon X8 xx.xx.2022-ci l tarixli, 626 saylı arayışından müəyyən olunur ki, X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən Keyrəki qəbirstanlığında dəfn edilmişdir. Bakı Baş Səhiyyə Mərkəzinin 25 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 179 saylı məktubundan müəyyən olunur ki, X11 xəstəliklə əlaqədar poliklinikaya heç bir vaxt müraciət etmədiyindən onun ölümünü təsdiqləyən hər hansı bir sənədin verilməsi mümkün deyildir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, oğlu xx.xx.1969-cu il təvəllüdlü X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən Keyrəki qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, qardaşı X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən Keyrəki qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, qardaşı X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən Keyrəki qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, qonşusu X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən Keyrəki qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X16 ifadəsində göstərmişdir ki, qonşusu X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən Keyrəki qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X19 ifadəsində göstərmişdir ki, qohumu X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən Keyrəki qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 1 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q- 758/15 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi ilə bağlı məhkəmə qətnaməsi olmadığından X5 ölümünün qeydiyyata alınması mümkün olmamışdır. X1 adına ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1969-cu il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-655/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-655/2023
16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver