Məhkəmə qərarları › İş №2(001)-6552/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6552/2025

26.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6552/2025 26.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı “mediasiya prosesi nəricəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Ərizəçi Maraqlı şəxsnə (bundan sonra Maraqlı şəxs MMC) qarşı “mediasiya prosesi nəricəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə ilə ərizəçi onunla Maraqlı şəxs MMC arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-02054 saylı “Barışıq Sazişi”nin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir.

4. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu: - Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. - Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. - Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. - Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. - Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

6. Məhkəmə mülki prosessual qanunvericiliyin istinad edilən normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçi hazırki ərizə ilə məhkəmə müraciət etməkdə haqlı olmamışdır.

7. Belə ki, Mediasiya haqqında Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra edilməlidir. Barışıq sazişi qanunla müəyyən edilmiş könüllü icra müddəti ərzində icra edilmədikdə ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər.

8. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində barışıq sazişi bağlanmış, ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək üçün xx.xx.2025-ci il tarixində dövlət rüsumu ödəmiş və xx.xx.2025-ci il tarixində isə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir.

9. Göründüyü kimi ərizəçi barışıq sazişinin icrası üçün qanunvericiliklə müəyyən edilmiş könüllü icra müddətini gözləmədən barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırda ərizəyə məhkəmə qaydasında baxıla bilməz.

10. Beləliklə də məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir.

11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263-264, 267-268 və 445-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. Ərizəçi Maraqlı şəxsnə qarşı “mediasiya prosesi nəricəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə ərizəsinin qəbul edilməsindən imtina edilsin.

2. Ərizəçiyə müvafiq tələblə səlahiyyətli orqana müraciət etmək hüququnun olması izah olunsun.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar