Məhkəmə qərarları › İş №2(001)-6561/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6561/2022

21.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6561/2022 21.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə xəstəlik nəticəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il təvəllüdlü mərhum azyaşlı oğlu X5 xəstəlikdən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Həmin gün evə çağırılmış Təcili və X8 Stansiyası tərəfindən, ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıqda bunlar qeyd edilir: xx.xx.2022-ci il tarixdə saat 07:21 radələrində X3 məxsus kişi cinsli meyid Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abbasov 24– də aşkarlanmışdır. Ərazi üzrə Poliklinikaya tibbi şəhadətnamənin alınması üçün müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnaməni almaq mümkün olmamışdır. Rəhmətlik övladına bu səbəbdən ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Azyaşlı övladı X2 ölməsini təsdiq edən sənəd hər bir halda hansısa orqan tərəfindən tələb olunacaqdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Eyni zamanda övladının ölümünün qeydə alınması məqsədi ilə ərazi üzrə qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir kimi cavab vermişlər. Ona görə də ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə mürtaciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Ərizəçi əmisinin həyat yoldaşıdır. Ərizəçinin oğlu xəstə idi. Belə ki, uşaq danışmır, yerimir və görmürdü. Mərhum 02 oktyabr 2022-ci ildə yaşadığı evdə ölmüş və onu Qobustan rayonunda yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. Nəvəsi xx.xx.2018-ci il təvəllüdlü X5 doğulandan xəstə idi. Belə ki, o, yerimir, danışmır, görmürdü və başı get-gedə böyüyürdü. Nəvəsi 02 oktyabr 2022-ci il tarixdə yaşadığı evdə rəhmətə getmiş və onu Qobustan rayonunda yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. Nəvəsi xx.xx.2018-ci il təvəllüdlü X5 “iflic” xəstələyindən əziyyət çəkirdi. Belə ki, o, yerimir, danışmır, görmürdü və başı get-gedə böyüyürdü. Nəvəsi 02 oktyabr 2022-ci il tarixdə yaşadığı evdə rəhmətə getmiş və onu Qobustan rayonunda yerləşən qəbirstanlıqda dəfn etmişlər. İş materiallarında olan İ-NK seriyalı 835976 №-li doğum haqqında şəhadətnamənin rus dilindən azərbaycan dilinə tərcümə edilərək, lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atası X6, anası isə Ərizəçidır. İş materiallarında olan Bakı şəhəri Təcili və X8 Stansiyasının 02 oktyabr 2022-ci il tarixli Arayışından görünür ki, 02 oktyabr 2022-ci il tarixdə saat 07:21-də Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.Abbasov 24 ünvana X2 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı Baş Səhiyyə X13 şəxsi 11 №-li Uşaq Poliklinikasının 08 oktyabr 2022-ci il tarixli Arayışından görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə evdə vəfat etmişdir. Dəfələrlə poliklinikaya dəvət olunmasına baxmayaraq həkim baxışından imtina edilib. 2022-ci il ərzində həkim müayinəsindən keçmədiyi üçün ölüm haqqında arayış verilməmişdir. İş materiallarında olan Maraqlı şəxsndən Ərizəçi ünvanlanmış 06 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, X2 adına tərtib olunmuş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X5 üçün ölüm haqqında şəhadətnamə almaq barədə Ərizəçi ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Qobustan Rayon İcra Hakimiyyətinin Qurbancı kənd icra nümayəndəsi X1, Qobustan rayon Qurbancı kənd sakini X7 və Bakı şəhər Binəqədi rayon sakini Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Aktdan görünür ki, Bakı şəhər Binəqədi rayon sakini X5 xx.xx.2018-ci ildə anadan olub. xx.xx.2022-ci il tarixdə evdə vəfat etmişdir. Qobustan rayon Qurbancı kənd qırıxlar adlanan qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 09 fevral 2018-ci il təvəllüdlü X2 02 oktyabr 2022-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 09 fevral 2018-ci il təvəllüdlü X2 02 oktyabr 2022-ci ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə 09 fevral 2018-ci il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar