Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6599/2021 30.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin 02.08.1954-cü il təvəllüdlü anası X2 20.12.2005-ci il tarixdə uzun müddət ürək-damar xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Həmin gün evə çağırılmış Təcili və Təxirəsalınmaz. X5 tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Lakin o vaxtlar həmin xəbərdarlıq vərəqəsi itmişdir. Ərizəçi ərazi üzrə poliklinikaya tibbi şəhadətnamənin alınması üçün müraciət etsə də, orada ona bu barədə vaxtında müraciət edilmədiyinə görə olüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Eyni zamanda ərizəçi anasının ölümünün qeydə alınması məqsədilə ərazi üzrə qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və eyni zamanda məhkəməyə bildirdi ki, ölüm haqqında şəhadətnamənin alınması müvafiq sənədləşmə işlərinin icra edilməsi üçün zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.08.2021-ci il tarixli, 88 saylı arayışdan görünür ki, Ərizəçi anası X2 həqiqətən 20.12.2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan məzar daşının fotoşəklindən görünür ki, X2 02.08.1954-cü il tarixdə doğulmuş, 20.12.2005-ci il tarixdə isə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 10.08.2021-ci il tarixli cavab məktubundan göründüyü kimi, ərizəçiyə izah edilmişdir ki, anasının adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin arvadıdır, mərhum X2 isə onun qayınanası olmuşdur. Qayınanası 20.12.2005-ci il tarixdə Bakı şəhərində əziyyət çəkdiyi ürək xəstəliyindən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin qonşusudur, mərhum X2 ilə də qonşu olub. Münasibətləri çox yaxşı idi. Bilir ki, Telli Quliyeva 20.12.2005-ci il tarixdə Bakı şəhərində əziyyət çəkdiyi ürək xəstəliyindən vəfat etmişdir. O, dəfn mərasimində şəxsən iştirak etmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 02.08.1954-cü il təvəllüdlü X1 20.12.2005-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 02.08.1954-cü il təvəllüdlü X1 20.12.2005-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-6599/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6599/2021
30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver