Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6638/2025 30.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə aralarında bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin tam təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 2022-ci ildə el adəti ilə evlənmişlər və nikahları xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 523 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X1 adlı bir uşaqları doğulmuşdur. Maraqlı şəxslə nikahlarının pozulması barədə iddia ərizəsi ilə artıq Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Maraqlı şəxsdə nikahın pozulmasına və uşaqların onun himayəsində saxlanılmasına münasibəti müsbətdir. Maraqlı şəxslə uşağın saxlanılması üçün aylıq sabit olaraq 300 manat miqdarında alimentin ödənilməsi, azyaşlı qızının şənbə və bazar günləri olmaqla, həftədə 2 dəfə maraqlı şəxslə görüşmələri, həmçinin maraqlı şəxsin azyaşlı qızının onunla istənilən xarici ölkəyə getməsinə etiraz etməməsi barədə Bakı 20 saylı Mediasiya Təşkilatında razılığa gəlmişlər və “Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 33-cü madəsinin tələblərinə uyğun olaraq, həmin Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixində Barışıq Sazişi imzalamışlar. Ərizəçinin eyni məzmunlu ərizəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-6207/2025 saylı qərardadı ilə icraata qəbulundən imtina edilmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, ərizənin əsaslandırılmasından barışıq sazişinin icrasından imtina ilə bağlı mübahisəli hüquq münasibətinin yaranmış olması müəyyən edilmir. Ən azından bu barədə iddia ərizəsində hər hansı əsaslandırma aparılmamışdır. Çünki tərəflər arasında mediaisya prosesində bağlanmış saziş müqaviləsinə qüvvəsinə malikdir və tərəflərin həmin müqavilə üzrə hüquq və vəzifələrini təsbit edir. Ehtimal edilir ki, ərizəçi elə düşünür ki, barışıq sazişi hər bir halda məhkəmə qaydasında məcburi icra edilməsi üçün təsdiq edilməlidir, halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində qeyd edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Bundan başqa ərizəçinin nəzərinə çatdırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-6207/2025 saylı qərardadı ərizənin verilməsi üçün (********** saylı qəbzlə) ödənilmiş dövlət rüsumunun geri qaytarılması hissəsində icra edilmişdir. Odur ki, əgər ərizəçi mübahisəli hüquq münasibətinin yarandığına əsaslanaraq yenidən ərizə ilə müraciət edəcəyi təqdirdə dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərini nəzərə almalı, istifadə olunmuş qəbzə istinad edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsində qeyd edilmişdir ki, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən biri də, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsidir. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6638/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6638/2025
30.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver