Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6652/2022 06.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, daha sonra isə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2nun 01 noyabr 1981-ci il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X2 1981-ci ildə Xankəndi şəhərində vəfat etmişdir. Mərhum Kərkicahanda yerləşən qəbristanlıqda dəfn edilmişdir. Həmin vaxt ölüm haqqında şəhadətnamə götürülməmişdir və bu barədə hər hansı bir məlumat da əldə edilməsi mümkünsüzdür. Ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət edilmiş, 23 sentyabr 2022-ci il tarixdə verilmiş cavabda ölümü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin təmin edilməsinin mümkün olmaması və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Həmin vaxt poliklinikaya müraciət edilməmişdir və bu səbəbdən də həmin vaxt həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Hal-hazırda da əldə edilməsi mümkünsüzdür. X7 26 sentyabr 2012-ci il tarixdə vəfat etmişdir. Hazırda atası X5 01 noyabr 1981-ci il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsi onun qızının universitetdə ödənişsiz təhsil alması ilə bağlıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, atası uzun müddət sürən xəstəlikdən əziyyət çəkirdi və onun ölümünü şahid kimi təsdiq edə biləcək qohumların əksəriyyəti vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində bildirmişdir ki, mərhum X10 onun anasının dayısının kürəkəni idi. X1 şəhərində 01 noyabr 1981-ci il tarixdə ev şəraitində uzun sürən xəstəlikdən ölmüşdür. O, yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli, 05/Q-2500/69 nömrəli arayışın surətindən görünür ki, X12 26 sentyabr 2012-ci il tarixdə ölmüşdür. İİ-ЖГ seriyalı 266042 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 X2, X7dır. Xocalı rayon icra hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə ünvanlanmış 28 iyun 2022-ci il tarixli, 594 nömrəli məktubun surətindən görünür ki, Ərizəçi 18 sentyabr 1988-ci il tarixədək Xankəndi şəhərində yaşamışdır. Hal-hazırda Bakı şəhərinin Binəqədi rayonunda məskunlaşıb. X2 1981-ci il tarixdə vəfat edib. Anası X3 şəhərindən məcburi köçkün düşüb, 26 sentyabr 2012-ci il tarixdə vəfat edib. Ərizəçi övladı X8 məcburi köçkün vəsiqəsi almasına köməklik göstərilməsi xahiş edilmişdir. Xocalı rayon icra hakimiyyətinin başçısı tərəfindən Ərizəçi ünvanlanmış 12 sentyabr 2022-ci il tarixli, 839 nömrəli məktubun surətindən görünür ki, onun X2nun 1981-ci ildə Xankəndi şəhərində vəfat etməsi ilə bağlı Xocalı rayon icra hakimiyyəti başçısının aparatında hər-hansı sənəd mövcud deyil. Ərizəçi 18 sentyabr 1988-ci il tarixədək Xankəndi şəhərində yaşamışdır. Hal-hazırda Bakı şəhərinin Binəqədi rayonunda məskunlaşıb. X2 1981-ci il tarixdə vəfat edib. Anası X3 şəhərindən məcburi köçkün düşüb, 26 sentyabr 2012-ci il tarixdə vəfat edib. Ərizəçi övladı X8 məcburi köçkün vəsiqəsi almasına köməklik göstərilməsi xahiş edilmişdir. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 23 sentyabr 2022-ci il tarixli, 05/Q- 2848/15 nömrəli məktubdan görünür ki, onun 1981-ci il tarixdə vəfat edən X2 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X4 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. AA seriyalı 301892 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin X2 01 noyabr 1981-ci il tarixdə Xankəndi şəhərində, ev şəraitində vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 01 noyabr 1981-ci il tarixdə Xankəndi şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi atası - X4 01 noyabr 1981-ci il tarixdə Xankəndi şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6652/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6652/2022
06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver