Məhkəmə qərarları › İş №2(001)-6678/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6678/2020

30.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6678/2020 30.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi oğlu xx.xx.1978-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi oğlu xx.xx.1978-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında həyat yoldaşı ilə birgə daimi olaraq yaşayır. Məhrum oğlu xx.xx.1978ci il təvəllüdlü X3 başqa ünvanda rəsmi qeydiyyatda olsa da onlarla birlikdə yaşamışdır. xx.xx.2020-ci il tarixdə günorta məhrum oğlu anasına özünü yorğun hiss etdiyini və yatmağa getdiyini bildirmiş, bir müddət sonra anası oğlunu oyatmaq məqsədi ilə çağırmış, lakin Vüqar heç bir cavab verməmiş, Vüqarın hərəkətsizliyini görərkən anası qonşuları köməyə çağmış və dərhal X12 Müəssisəsinin 103 nömrəli qaynar xəttinə məlumat verilmişdir. Hadisə yerinə gələn tibb işçiləri mərhumun öldüyünü bildirmişdir və ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişlər. Onlar X12 Müəssisəsinin əməkdaşlarına oğlunun uzun müddət hipertoniya və ürəyin işəmik xəstəliyindən əziyyət çəkməsini, İİ dərəcəli əlil olmasını bildirmişlər. xx.xx.1978-ci il təvəllüdlü X3 öldüyü gün, qohumlarının və qonşuların iştirakı ilə dəfn olunmuşdur. O, ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında şəhadətnamə ona oğlunun qeydiyyatda olduğu mənzildən qeydiyyatdan çıxarılması, nəvələrinin bəzi sənədləşmə işləri ilə bağlı tələb olunur. Ona görə də xx.xx.1978-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Suraxanı RPİ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı 14586487 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Əmircan qəsəbəsi 1 nömrəli yataqxanada qeydiyyatda olan X3 xx.xx.1978ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Təcili və X6 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X1 adına daxil olan çağırışa həkim xx.xx.2020-ci il tarixdə saat 14:41-də gələrkən həkimə qədər ölmüş kişi cinsli meyit aşkar olunmuşdur. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhər Təcili və X6 Stansiyasının xx.xx.2020-ci il tarixli 1147 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə saat 14:20-də 103 xidmətinə Binəqədi rayonu İ.Hacıyev küçəsi ev 4 ünvanından Vüqarın adına daxil olan çağırışı 9 saylı bölmənin həkimi Günay Nəzərova icra edərək, ünvanda X2 (42 yaş) məxsus meyit ilə rastlaşmış və həkimə qədər ölüm, kişi cinsli meyit diaqnozu qoymuş və laborator müayinə üçün yaxma götürmüşdür. Mərhum, anasının deməsinə görə uzun müddətdir hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkmiş, İİ dərəcəli əlil olmuşdur. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 101 saylı arayışından müəyyən olunur ki, X3 xx.xx.2020-ci il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, oğlu xx.xx.1978-ci il təvəllüdlü X3 uzun xəstəlikdən sonra xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, bacısı oğlu xx.xx.1978-ci il təvəllüdlü X3 uzun xəstəlikdən sonra xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, qonşusu xx.xx.1978-ci il təvəllüdlü X3 uzun xəstəlikdən sonra xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/q-2367/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, oğlu X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasının mümkün olmadığı Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1978-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar