Məhkəmə qərarları › İş №2(001)-6732/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6732/2021

29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6732/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi atası 1962-ci il təvəllüdlü X1 17.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi atası 1962-ci il təvəllüdlü X1 17.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, atası 1962-ci il təvəllüdlü X8 17.07.2021-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə vəfat etmiş, Binəqədi qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Dəfn və yas mərasimi ilə məşğul olduğundan o, ölüm haqqında tibbi arayış və ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hal-hazırda 1962-ci il təvəllüdlü X1 yaşadığı mənzildən qeydiyyatdan çıxarılması və digər sənədləşmə işlərinin aparılması üçün ona atasının ölümü ilə bağlı şəhadətnamə tələb olunur. Ona görə də, 1962-ci il təvəllüdlü X1 17.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bakı şəhəri Binəqədi rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 27.06.1990-cı il tarixli XV-JQ № 376674 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X3r. 15.05.2014-cü il tarixdə 1 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş AZE seriyalı 14948887 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 15.06.1962-ci il təvəllüdlü X8 Ermənistanın Sisyan rayonunda anadan olmuşdur. Təcili və X5 Stansiyasının ölüm haqqında 17.07.2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi 9a ünvanına X1 adına çağırış daxil olmuş, ünvana gələrkən həkim tərəfindən kişi cinsli meyit aşkar olunmuşdur. Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin 05.08.2021-ci il tarixli 1171 saylı arayışından müəyyən olunur ki, X8 17.07.2021-ci il tarixdə Binəqədi qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşı 1962-ci il təvəllüdlü X8 17.07.2021-ci il tarixdə yaşadıqları evdə vəfat etmiş və Binəqədi qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, həyat yoldaşının qardaşı olan 1962-ci il təvəllüdlü X8 17.07.2021-ci il tarixdə yaşadığı evdə xərçəng xəstəliyindən vəfat etmiş və Binəqədi qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, həyat yoldaşının qardaşı olan 1962-ci il təvəllüdlü X8 17.07.2021-ci il tarixdə yaşadığı evdə xərçəng xəstəliyindən vəfat etmiş və Binəqədi qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Ərizəçi atası 1962-ci il təvəllüdlü X8 17.07.2021-ci il tarixdə yaşadığı evdə xərçəng xəstəliyindən vəfat etmiş və Binəqədi qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maraqlı şəxs 13.08.2021-ci il tarixli 1626\13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, ölüm haqqında həkim şəhadətnaməsini təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi X2 məsləhət görülmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 1962-ci il təvəllüdlü X1 17.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 1962-ci il təvəllüdlü X1 17.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar