Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6748/2023 30.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 3315/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat alimentin tutulması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3315/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat alimentin Maraqlı şəxs Ərizəçi xeyrinə tutulması qət edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 7212/2021 saylı qətnaməsinə əsasən isə tərəflərin nikahı pozulmuşdur. Tərəflər arasında xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00554 saylı mediasiya prosessi zamanı bağlanan barışıq sazişinə əsasən, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat alimenti Ərizəçi ödəmək öhdəliyi götürmüş, lakin maraqlı şəxs alimenti ödəməməklə barışıq sazişini könüllü qaydada icra etməkdən boyun qaçırır. Ona görə də Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023- 00554 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, aprel ayından oktyabr ayıda daxil olmaqla ona hər ay 350 manat aliment ödənilmiş, bu aylar üçün hər aya görə barışıq sazişi üzrə 250 manat aliment borcu qalmışdır. Ona görə də ərizəinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul edib, barışıq sazişinin iş yerində icrasının təmin edilməsi üçün ondan sənəd tələb olunduğunu bildirib ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 56.2. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Bakı şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ № 348349 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2060 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Maraqlı şəxs, anası X4r. 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 807557 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4258 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Maraqlı şəxs, anası X4r. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmaqla mediator X11 tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00554 saylı barışıq sazişindən müəyyən olunur ki, birinci tərəf Ərizəçi bu saziş imzalamaqla ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün ikinci tərəfin xx.xx.2023-cü il tarixdən etibarən ona (ikinci tərəfə təqdim edəcəyi bank hesabına) hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat aliment ödəyəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır. Eyni zamanda ikinci tərəfin ona xx.xx.2023-cü il tarixdən etibarən hər ay 160 manat əlavə xərcin ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Ölkə üzrə uşaqların saxlanılması üçün yaşayış minimumuna dəyişiklik edildikdə ikinci tərəfin aliment məbləğini ona bu dəyişikliyə əsasən ödəycəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu barışıq sazişinin icra olunması və ödənişlərin onun aylıq əmək haqqı və başqa gəlirlərindən tutulması üçün ikinci tərəfin iş yeri üzrə müsahibatlıq şöbəsinə təqdim edəcəyinə dair götürdüyü öhdəliklə razıdır. İkinci tərəfə qarşı digər tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılıqı ilə həll olunduğunu təsdiq edir. İknci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. İkinci tərəf Maraqlı şəxs bu saziş imzalamaqla birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan ananın himayəsində olan övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016cı il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən birinci tərəf Ərizəçi hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat aliment ödəyəcyi ilə bağlı öhdəlik götürür. Eyni zamanda xx.xx.2023-cü il tarixdən etibarən hər ay birinci tərəf Ərizəçi 160 manat əlavə xərcin ödəyəcəyinə dair öhdəlik götürür. Ölkə üzrə uşaqların saxlanılması üçün yaşayış minimumuna dəyişiklik edildikdə birinci tərəfə aliment məbləğini bu dəyişikliyə əsasən ödəyəcəyinə dair öhdəlik götürür. Bu barışıq sazişinin icra olunması və ödənişlərin onun aylıq əmək haqqı və başqa gəlirlərindən tutulması üçün iş yeri üzrə müsahibatlıq şöbəsinə təqdim edəcəyinə dair öhdəlik götürür. Birinci tərəfə qarşı qarşılıqlı tələbin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz öhdəliklərini pozduğu təqdirdə birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Maddə 355-23.1. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, belə nəticəyə gəlir ki, araşdırma zamanı maraqlı şəxs tərəfindən barışıq sazişinin imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə tam icra edilmədiyi, aprel ayından oktyabr ayıda daxil olmaqla hər ay üzrə 250 manat aliment borcunun yarandığı müəyyən olunduğundan, tərəflər arasında təsdiq olunan barışıq sazinin təsdiq edilməsindən imtina edilməsinə əsas ola biləcək sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmaqla mediator X11 tərəfindən təsdiq olunmuş aşağıdakı məzmunda MŞB/8/2023-00554 saylı barışıq sazişi təsdiq edilsin: 1.Birinci tərəf Ərizəçi bu saziş imzalamaqla ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün ikinci tərəfin xx.xx.2023-cü il tarixdən etibarən ona (ikinci tərəfə təqdim edəcəyi bank hesabına) hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat aliment ödəyəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır. Eyni zamanda ikinci tərəfin ona xx.xx.2023-cü il tarixdən etibarən hər ay 160 manat əlavə xərcin ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Ölkə üzrə uşaqların saxlanılması üçün yaşayış minimumuna dəyişiklik edildikdə ikinci tərəfin aliment məbləğini ona bu dəyişikliyə əsasən ödəycəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu barışıq sazişinin icra olunması və ödənişlərin onun aylıq əmək haqqı və başqa gəlirlərindən tutulması üçün ikinci tərəfin iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair götürdüyü öhdəliklə razıdır. İkinci tərəfə qarşı digər tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılıqı ilə həll olunduğunu təsdiq edir. İknci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. 2.İkinci tərəf Maraqlı şəxs bu saziş imzalamaqla birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan ananın himayəsində olan övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən birinci tərəf Ərizəçi hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat aliment ödəyəcyi ilə bağlı öhdəlik götürür. Eyni zamanda xx.xx.2023-cü il tarixdən etibarən hər ay birinci tərəf Ərizəçi 160 manat əlavə xərcin ödəyəcəyinə dair öhdəlik götürür. Ölkə üzrə uşaqların saxlanılması üçün yaşayış minimumuna dəyişiklik edildikdə birinci tərəfə aliment məbləğini bu dəyişikliyə əsasən ödəyəcəyinə dair öhdəlik götürür. Bu barışıq sazişinin icra olunması və ödənişlərin onun aylıq əmək haqqı və başqa gəlirlərindən tutulması üçün iş yeri üzrə müsahibatlıq şöbəsinə təqdim edəcəyinə dair öhdəlik götürür. Birinci tərəfə qarşı qarşılıqlı tələbin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz öhdəliklərini pozduğu təqdirdə birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Maraqlı şəxs dövlət rüsumuna görə 100 manat Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6748/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6748/2023
30.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver