Məhkəmə qərarları › İş №2(001)-6782/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6782/2021

27.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6782/2021 27.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23.03.1955-ci il təvəllüdlü X2 08.06.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 23.03.1955-ci il təvəllüdlü X5 08 iyun 2021-ci il tarixdə qəfildən vəfat etmişdir. Onlar tərəfindən təcili tibbi yardım çağırılmış və BŞT və TTYS tərəfindən 08.06.2021-ci il tarixdə verilmiş xəbərdarlıq vərəqəsində də kişi cinsli meyitin aşkar edilməsi göstərilmişdir. Mərhum 10 saylı şəhər Poliklinikasında qeydiyyatda olmuşdur. Lakin hüquqlarını bilmədiyindən o, 3 gün ərzində poliklinikaya müraciət etməmiş və bu səbəbdən də, həkimin ölüm haqqında tibbi şəhadətnaməsini almaq mümkün olmamışdır. 10 saylı şəhər Poliklinikası tərəfindən verilmiş arayışda ölüm səbəbinin bilinməməsi və diaqnozun məlum olmaması səbəbindən ölüm barədə arayışın verilməsinin mümkün olmadığı göstərilmişdir. Mərhum Sulutəpə qəbristanlığında 08.06.2021-ci il tarixdə dəfn edilmişdir. Onun tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi vacibdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, 23.03.1955-ci il təvəllüdlü X2 08.06.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, o, X1nun oğludur. Atası X1 08 iyun 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atasının ölməsi barədə məlumatı işdə olan zaman həyat yoldaşı ona zəng vuraraq, bildirmişdir. O, evə gəldikdə, artıq atasının ölmüşdür. Onlar atası X3 Sulu-Təpə qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, X1 onun qayınatasıdır. X1 08 iyun 2021-ci il tarixdə özünü narahat hiss etdiyinə görə, onlar təcili tibbi yardıma zəng vurmuşlar. Həkim gələnədək artıq qayınatası ölmüşdür. Onlar qaynatası X3 Sulu-Təpə qəbristanlığında dəfn etmişlər. Mülki işin materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyasının 08 iyun 2021-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin günü saat 13:46-da Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 1A, 87 saylı mənzilə X2 adına çağırış olmuş, çağırışa gələn həkimlər X2 öldüyünü görmüşlər. Mülki işin materiallarında olan Sulu-Təpə qəbirstanlığının nəzarətçisi Vəliyev Yaqub tərəfindən verilmiş 15.09.2021-ci il tarixli arayışdan görünür ki, X1 08.06.2021-ci il tarixdə Sulu-Təpə qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Maraqlı şəxsndən verilmiş 27 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün X2 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işin materiallarında olan məhrum X2 qəbrinin fotoşəkilindən görünür ki, onun qəbir daşında “X5” ölüm tarixi kimi isə “23.03.1955-08.06.2021” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X2 08.06.2021-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 23.03.1955-ci il təvəllüdlü X2 08.06.2021-ci ildə, Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə 23.03.1955-ci il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar