Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6819/2024 27.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2nun xx.xx.1971-ci il tarixdə Ermənistan SSRİ-nin Basarkeçər rayonu, Böyük Mərzə kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X2 Ermənistan SSRİ-də anadan olmuşdur. X4 vaxtlar ahıl yaşda olduğu üçün o, Emənistan SSRİ-nin Basarkeçər rayonunun, Böyük Məzrə kəndində yaşamışdır. X2 xx.xx.1971-ci ildə Ermənistan SSRİ-nin Basarkeçər rayonunun, Böyük Məzrə kəndində yaşadığı evdə vəfat etmişdir. Ermənistan SSRİ-nin Basarkeçər rayonunun, Böyük Məzrə kəndi 1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri kəndlərdən olmuşdur və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələrindən olmuşdur. Bir çox qohumları, atası, əmiləri, babası, bibiləri həmin ildə Ermənistan SSRi-dən məcburi tərk edilmişdirlər. Lakin mərhum atam X9 məcburi tərk etmədən öncə vəfat etmişdir. Onunla bağlı sənədlər və sair məlumatlar da Ermənistan SSRİ-də qalmışdır. Lakin ərizəyə əlavə etdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə anam X5 rəsmi nikahda olmuşlar. Mənim doğum haqqında şəhadətnaməsindən də görünür ki, anası X5, atam X8r. Həmçinin ərizəsinə əlavə etdiyi Ermənistan SSRİ-nin Vardenis rayonunun, Məzrə Kolxozunun verdiyi 53 nömrəli, xx.xx.1984-cü il tarixli mənə verilən arayışının məzmunundan görünür ki, X2 1971-ci ildə Böyük Məzrə kəndində vəfat etmişdir. Hazırda X2nun ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zərurəti yaranmışdır. Atamın ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etdikdə, tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göründüyü kimi, tələb olunan sənədi başqa qaydada əldə edə bilmədiyimdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin dəlillərinə uyğun izahat vermiş və iddanın təmin olunmasını, bununla bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atasının öldüyü tarix anasının dilindən eşitmişdir. Belə ki, onun doğum günü 25 noyabrda olduğuna görə həmin tarix yadında qalmışdır. Həmçinin uşaqlıqdan atalarının ölüm günündə evlərinə süfrə başına yığışmışlar.Əvvəlki məhkəmə iclasında isə bildirmişdir ki, anası 2 il əvvəl vəfat etmişdir, anasından miras əmlak kimi ev qalmışdır, həmin evi rəsmiləşdirmək üçün atasının ölüm şəhadətnaməsinə ehtiyac vardır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə bir kənddə qonşu olmuşlar. Özü 1962-ci ildə doğulub və Hafizlə uşaqlıqdan tanışdır. Onun atasının adı X9, anasının adı isə Hüseynova Səmərqənddir. Sənəddə ana adı fərqli olsa da, onu hamı Səmərqənd xala deyə çağırmışdır. Mərhumun ölümü 1971-ci ilin təqribən noyabr-dekabr aylarına düşür. Həmin ərəfələrdə onun 9-10 yaşı olmuşdur. Həmin hadisələr, qurulan palatka onun yadındadır. Məhkəmə iclasında şahid qismində dindirilən X16(Hüseyn) qızı ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Atası ölən vaxt təxminən 5 yaşı olmuşdur. Yas mərasimi yadındadır, lakin qəbri yadında deyil. Onlar uşaq olduqlarından qəbir üstünə aparılmırdılar. Atası 1971-ci ilin payız aylarında ölüb. Əvvəllər onun ölüm günündə evdə yığışmışlar. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İ-ЗЖ seriyalı, №257598 saylı doğum haqqında şəhadətnamənin erməni dilindən tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixində Ermənistan SSRnin Basarkeçər rayonunda, Böyük Mərzə kəndində doğulmuşdur. X2, anası X3r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun mətnində göstərilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Atası adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır.” İ-ЗЖ seriyalı № 160822 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X1 arasında xx.xx.1963-cü il tarixində nikah bağlanmışdır. Nikahdan sonra arvada Kazımova soyadı verilmişdir. Ermənistan SSRİ-nin Vardenis rayonu, Məzrə Kolxozunun verdiyi 53 nömrəli, xx.xx.1984-cü il tarixli arayışdan görünür ki, X9 1971-ci ildə Böyük Məzrə kəndində vəfat etmişdir. İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi mərhum atasının ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona sənədləşmə işlərinin aparılması üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X9 ərizəçinin atası olmuşdur. X6 xx.xx.1971-ci il tarixində Ermənistan SSRİ-nin Basarkeçər rayonu, Böyük Mərzə kəndində ölməsi faktı barədə şahidlər tərəfindən ətraflı məlumat verilmiş və məhkəmə həmin ifadələri mötəbər sübut kimi qəbul etmişdir. Digər tərəfdən Ermənistan SSRİ-nin Vardenis rayonu, Məzrə Kolxozunun verdiyi 53 nömrəli, xx.xx.1984-cü il tarixli arayış da bu faktı təsdiq edir. Odur ki, 1929-cu il təvəllüdlü X6 xx.xx.1971-ci il tarixdə Ermənistan SSRİ-nin Basarkeçər rayonu, Böyük Mərzə kəndində ölməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi atası 1929-cu il təvəllüdlü X6 xx.xx.1971-ci il tarixdə Ermənistan SSRİ-nin Basarkeçər rayonu Böyük Mərzə kəndində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. 1929-cu il təvəllüdlü X6 xx.xx.1971-ci il tarixdə Ermənistan SSRİ-nin, Basarkeçər rayonu, Böyük Mərzə kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6819/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6819/2024
27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver